ARZU RƏHİMOVUN "YAĞLI-BUĞLU" PAYIZ SEZONU
Tarix: 14-10-2013, 16:59 | Çap et
DİA.AZ: - Gənclərin hərbi xidmətə çağırılması, hərbi-həkim komissiyalarında tibbi müayinədən keçmələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) səlahiyyətinə aid olan məsələlərdəndir. Ölkə başçısının müvafiq qərarı ilə 2012-ci ildə ləğv edilən Respublika Hərbi Komissarlığının yerində sözügedən xidmət yaradılıb. Yeni qurumun fəaliyyətə başlaması vətəndaşları, ələlxüsus da övladı hərbi xidmət yaşına çatanları ümidləndirmişdi ki, bu sahədə rüşvətə, korrupsiyaya, əyri işlərə birdəfəlik son qoyulacaq, gənclərin hərbi xidmətə aparılması prosesi tam şəffaf şəkildə həyata keçiriləcək. Lakin xidmətin bir il ərzindəki fəaliyyəti göstərdi ki, general-leytenant Arzu Rəhimovun rəhbərlik etdiyi SHXÇDX nəinki köhnədən yığılıb qalan problemləri həll etdi, əksinə hərbi çağırış sistemində böhran vəziyyəti daha da dərinləşdi. Hazırda xidmətin yerli şöbələrində gənc çağırışçıların hansı prinsiplər əsasında hərbi xidmətə aparıldığı heç kimə sirr deyil. Xidmətin yerlərdəki şöbələrinin rəhbərləri tam sağlam, başqa sözlə ifadə etsək, hərbi xidmətə yararlı olan gənclərdən müəyyən miqdarda rüşvət alaraq onları «niqodnıy» hərbi biletlə təmin edirlər. Xidmət yarandıqdan sonra isə hərbi xidmətə yararsız biletinin də qiyməti qalxıb. Bizdə olan məlumata görə, ötən hərbi çağırış müddətində hərbi xidmətdən yayınmağın bədəli çox böyük olub. Qurumda mövcud olan nöqsanlarla bağlı dəfələrlə məqalə yazsaq da, yuxarı instansiyalar tərəfindən heç bir reaksiya gəlməyib. Belə olan halda isə xidmət rəisi Arzu Rəhimov qanunsuz işlərini bir qədər də artıraraq hərbi çağırış sistemini tamamilə iflic vəziyyətə salmağı sanki qarşısına məqsəd qoyub. Dünən mötəbər qaynaqlardan DİA.AZ olaraq əldə etdiyimiz bilgilərə görə, general-leytenantın başı oktyabr çağırışına bərk qarışıb: «9 oktyabr prezident seçkiləri ilə əlaqədar olaraq çağırış ayın 10-dan start götürüb. Oktyabr çağırışının ötən çağırışlardan fərqi var. Çünki bu çağırış ayında qaranlıq məsələlərə bir qədər düzəlişlər edilib. Təbii ki, bu düzəlişlər azalmaya yox, artmağa doğru edilib. Xidmət yarandığı vaxtdan bu günə qədər çağırışçıları razı salacaq işlərə imza atmayıb. Əgər iyul çağırışı zamanı «niqodnıy» hərbi bilet almağın bədəli az idisə, hazırda artıb Özü də xidmətə tabe olan şöbələrin rəisləri və müavinləri hər adamı hərbi xidmətə yararsız hesab etmirlər. Onunla bərabər, «day-dayın» olması da əsas şərtlərdən biridir. Bu dəqiqə xidmətin bütün şöbələrində əməlli-başlı canlanma var. Adi bir şeyi qeyd etmək istəyirəm. Hərbi xidmətə çağırış müddətini ayın sonuna kimi uzatmaq istəyən çağırışçılar şöbə rəislərinə 100-200 arasında «hörmət» edirlər. Buna gücü çatmayanları isə çağırış vərəqəsində qeyd olunmuş tarixdə hərbi xidmətə aparırlar». Mənbəmiz onu da vurğulayır ki, Arzu Rəhimovun rəhbərlik etdiyi xidmətin tabeçiliyindəki şöbələrdə səhhətində problem olan gənclərin hərbi xidmətə aparılması hallarına da rast gəlinməkdədir: «Pul verib hərbi xidmətdən yayınan gənclərin yerinə kasıb, eyni zamanda sağlamlıqlarında problem olan gəncləri əsgər göndərirlər. Bir neçə aydan sonra oktyabr çağırışı zamanı hərbi xidmətə aparılan bəzi gənclərin xəstəlikdən dünyasını dəyişməsini eşitsəniz, heç təəccüblənməyin. Bilin ki, həmin əsgərlər hərbi xidmətə çağırılan zaman yol verilmiş kobud nöqsanların, daha doğrusu, Arzu Rəhimov və onun bəzi kadrlarının qeyri-qanuniəməllərinin qurbanlarıdır». Məlumatlı mənbənin xidmət rəisinin səbəb olduğu qanunsuzluqlarla bağlı bizə verdiyi məlumatların digər hissəsini gələn saylarımızda diqqətinizə çatdıracağıq. Sonda general-leytenanta bir sual vermək istəyirik: Arzu müəllim, iş dəftərinizdə bir neçə gün əvvəl yazdığınız 6 nəfər çağırışçı gənclər kimlərdir? Qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
|