Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar .....                     Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir .....                     Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi .....                     Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! .....                     "Sən düşəndə bilirsən ki, dostların kimdi..." .....                     Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? .....                     Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! .....                     Dövlət qurumu İKT malları aldı .....                     Nazirliyin 1,5 milyonluq tenderinin qalibi .....                     Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı .....                     Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır .....                     O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? .....                     Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur .....                     "Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?" .....                     Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı .....                     “ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” .....                     Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" .....                     Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? .....                     "COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... .....                     Qaya parçasının düşdüyü evin sahibəsi: .....                     Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir .....                     Bağçada övladına "Ketotifen" verilən ana: .....                     Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq .....                     Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi .....                     Polkovnik-leytenantla FHN arasında nə baş verir? .....                     İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb .....                     "Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" .....                     “Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” .....                     BRİKS ölkələri G7-ni geridə qoyub: .....                     Ehtiram Hüseynov işdən çıxdı .....                     Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... .....                     Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. .....                     Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb .....                     Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə .....                     “Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” .....                     Aktyorla xanımının qətlinin .....                     “Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” .....                     15 il həbs cəzası alan iş adamı və digərləri .....                     Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? .....                     Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur .....                 

TAKSİ SÜRÜCÜSÜ ZİYA MƏMMƏDOVDAN SORUŞUR...
Tarix: 24-01-2012, 17:21 | Çap et
TAKSİ SÜRÜCÜSÜ ZİYA MƏMMƏDOVDAN SORUŞUR...

“HANSI PULLA XARİCİ MAŞIN ALAQ?”

«Adını qoydular «çoxsaylı xahişlər», kim onlardan xahiş edib? Biz tələb etmişik ki, şərtləri sadələşdirin. Təkcə il qadağasını götürüblər, qalan bütün qadağalar yerində qalıb. Biz necə gedək təzə maşın alaq? İndiki qazancla krediti də ödəmək olmur. Demirlər lisenziya? Biz də gedək lisenziyanı alaq işləyək də».

Abdin Əkbərov 10 ildən çoxdur ki, taksi sürür, deyir hazırda sürdüyü sarırəngli «Renault» markalı minik maşını ailəsinin yeganə qazanc mənbəyidir. Nəqliyyat Nazirliyinin taksilərlə bağlı yeni qaydaları ortaya çıxandan Abdin Əkbərov rahatlığını itirdiyini deyir. 50 yaşlı sürücü bundan sonra ailəsinin çörək pulunu necə qazanacağını düşünür:

«50 yaşım var, hansı şirkətə, zavoda müraciət etsən, birinci yaşı soruşurlar. Desən 50, deyir «gecdir». Bəs indi– 50 yaşımda mən hara gedim? Özləri də şərt qoyublar ki, 50 yaşdan yuxarıları işə götürməyin. Yaxşı, işə götürmə, pensiyanı da verirsiz 65 yaşında, bəs mən 15 il neyləməliyəm? Qoy, sovet maşını da, «London taksi»si də, xarici maşın da dayansın. Müştəri gəlsin, hansına istəyir minsin də. Mən görsəm ki, 1 gün, 5 gün mənim maşınıma minən yoxdur, özüm çıxıb gedərəm də. Rəqabət belə olar da».

«JİQULİ» OLMAZ!

Nəqliyyat Nazirliyi yanvarın 23-də taksi fəaliyyəti üçün avtomobillərin buraxılış ili ilə bağlı məhdudiyyəti aradan qaldırsa da, sürücülər yenə narazıdır. Çünki bu güzəşt keçmiş sovet istehsalı olan maşınlara şamil olunmayıb. Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov:

«Keçmiş sovet maşınları, «Jiquli»lərə birmənalı olaraq lisenziya verilməyəcək. Sadəcə, elə maşınlar var ki, Yaponiya, Almaniya istehsalıdır. 2003-də, 2005-də istehsal olunub, amma yaxşı vəziyyətdədir, lisenziyanın bütün şərtlərinə cavab verir. Yəni, daxil olan müraciətləri nəzərə alaraq il məhdudiyyətini ləğv edirik».

«AKSİYALARLA NƏYƏSƏ NAİL OLMAQ OLUR»

Rəng məsələsində də hər hansı güzəşt olmayacaq, yəni taksi kimi istifadə olunan avtomobillər ya ağ, ya da bənövşəyi olmalıdır. Lisenziya da yalnız 5 min maşına veriləcək.

20 ildir taksi sürən Ceyhun Mehtiyev hesab edir ki, illə bağlı məhdudiyyətin aradan qalxması taksi sürücülərinin Bakının ayrı-ayrı yerlərində və Nəqliyyat Nazirliyinin qarşısında keçirdiyi bir neçə aksiyanın nəticəsidir. Ceyhun Mehtiyevə görə, digər məhdudiyyətlər də aradan qaldırılmalıdır:

«Etiraz aksiyaları onu göstərdi ki, nəyəsə nail olmaq olar. Bu, ardıcıl olmaldır ki, limit məsələsi, sarı rəng məsələsi də aradan götürülsün. Rəngə qalanda, bütün dövlətlərdə taksi ancaq sarı rəngdədir».

«HEÇ OLMASA, 1 İL MÖHLƏT VERSİNLƏR»

«Jiquli» markalı maşınından 7 ildir ki, taksi kimi yararlanan Yalçın Abdullayev isə nazirlikdən heç olmazsa, onlara 1 ilədək möhlət verilməsini istəyir:

«Xarici maşın almağa imkan yoxdur. Heç olmasa, 6 ay, 1 il imkan versəydilər ki, sovet maşınları qalsın, sonra imkan eləyib xarici maşın almaq olardı. Əhalinin vəziyyətini ağırlaşdırırlar, çörəkpulu üçün gedib oğurluq edəcəyik? Dövlət fabrik, zavod tiksin ki, gedək orada işləyək. İndi Azərbaycanda ancaq şəxsi firmalardır, orada da işləmək üçün gərək institut qurtarasan».

Füzuli Məmmədov: «Məndə də sovet maşınıdır. Başqa sənətim də yoxdur, 24 yaşımdan taksi sürürəm. İndi mən hara gedib işləyə bilərəm?»

Xətai Xanəliyev: «Bunu eləyirdilərsə, bir il əvvəl deyərdilər, camaat da işini bilərdi də. Eləsi var ki, kreditə maşın götürüb pul ödəyir, ailə var, uşaq var. Dövlət gətirib kiməsə pul verir? Vermir ki. İndi taksı sürücüsü neyləsin, acından ölsün? Bizim millətdə elə imkan yoxdur ki, hamı gedib xarici maşın ala. Hərə öz imkanına görə alır da».

«HÖKUMƏTİN «TAKSİ SİYASƏTİ» KÖKÜNDƏN YANLIŞDIR»

Taksi sürücüləri hələ də narazı qalsalar da, nazirlikdən güzəştin yalnız buraxılış ili ilə məhdudlaşacağını deyirlər. Nəqliyyat məsələləri üzrə ekspert Valeh Hümbətoğlu isə hesab edir ki, hökumətin «taksi siyasəti» kökündən yanlışdır. Ekspertə görə, ölkədə lazımi islahatlar həyata keçirilmədən, yeni iş yerləri açılmadan nazirliyin sayı heç də az olmayan taksi sürücülərinə qarşı bu cür davranışı başadüşülən deyil:

«Azərbaycanda həddən artıq işsizlik var. İnsanlar daha yaxşı yaşamaq üçün gedib taksi sürmürlər ki?! Acından ölməmək üçün taksi sürürlər də. Ona görə də limit mümkün olan şey deyil. Bu məsələnin heç bir müsbət həlli yoxdur. Bunun yolu ancaq odur ki, ya «London taksiləri»ni qaytarsınlar, ya da hökumət etiraf etsin ki, bu pulu göyə sovurub. İnsanların da öz ixtiyarına buraxsınlar ki, necə özlərini dolandırırdılarsa, o yolla da dolandırsınlar».

Nəqliyyat Nazirliyi yanvarın 13-dən lisenziyasız taksilərə qarşı reydlərə başlayandan sonra, Bakının bir neçə yerində, o cümlədən Nəqliyyat Nazirliyinin binası qarşısında yüzlərlə taksi sürücüsü etiraz aksiyası keçirib. Sonuncu aksiyada - yanvarın 19-da 4 nəfər saxlanılıb. Onlara 5 sutka inzibati həbs cəzası verilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar - NƏ ETMƏLİ?
Bu gün, 07:14
Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir - deputat
Bu gün, 07:09
Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi - FOTO
Bu gün, 07:04
Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! – Manukyandan Paşinyana sərt sual
Bu gün, 07:01
"Sən düşəndə bilirsən ki, dostların kimdi..."
Bu gün, 06:59
Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? - AKTUAL
Bu gün, 06:56
Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! - NƏ BAŞ VERİR?
Bu gün, 06:53
Dövlət qurumu İKT malları aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
Nazirliyin 1,5 milyonluq tenderinin qalibi - BƏLLİ OLDU
Bu gün, 00:02
Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı - DİQQƏT
Dünən, 23:54
Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır - KİV
Dünən, 23:49
O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? - İLGİNC FAKTLAR
Dünən, 23:40
Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan
Dünən, 23:36
"Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?"
Dünən, 23:34
Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 23:33
“ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” - deputat
Dünən, 23:28
Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" - Biz müttəfiqik?
Dünən, 19:02
Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... Qərbin qərəzli bəyanatlarla təzyiq göstərməsinə çoxdan hazır idi"
Dünən, 18:56
Qaya parçasının düşdüyü evin sahibəsi: - "Qardaşımın durumu ağırdır"
Dünən, 18:01
Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir - ŞƏRH
Dünən, 18:00
Bağçada övladına "Ketotifen" verilən ana: -"Təhdid edirlər, lakin şikayətimi geri götürməyəcəyəm"
Dünən, 17:57
Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq
Dünən, 17:55
Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi növbəti dəfə rədd edildi
Dünən, 17:53
Polkovnik-leytenantla FHN arasında nə baş verir? - ŞİKAYƏT VERİB
Dünən, 17:48
İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb - DETALLAR
Dünən, 17:47
"Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" - Ekspert danışır...
Dünən, 17:44
“Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” – Fazil Mustafa
Dünən, 17:41
BRİKS ölkələri G7-ni geridə qoyub: - Putin elə rəqəmlər səsləndirdi ki...
Dünən, 17:40
Ehtiram Hüseynov işdən çıxdı - AÇIQLAMA
Dünən, 17:38
Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... - İcra başçısı isə deyir ki...
Dünən, 17:30
Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. - FOTO
Dünən, 17:18
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO, VİDEO
Dünən, 17:15
Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə - 93 MİLYON MANAT ZƏRƏR VURUBLAR
Dünən, 17:12
“Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” - Mətanət İsgəndərli
Dünən, 17:06
Aktyorla xanımının qətlinin TƏFƏRRÜATI
Dünən, 17:02
“Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” - Ülvidən onu QINAYANLARA
Dünən, 16:59
15 il həbs cəzası alan iş adamı və digərləri Ali Məhkəməyə üz tutdu
Dünən, 16:57
Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? - AKTUAL
Dünən, 16:53
Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:41
AP-nin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb? - Millət vəkili detallı danışdı
Dünən, 16:29
Gürcü hərbi attaşe Papikyanla görüşdü
Dünən, 16:28
Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir
Dünən, 16:25
Tanınmış vəkil komaya düşdü - hazırda reanimasiyadadır
Dünən, 16:22
"MİDA" Binəqədidə inşa olunan yaşayış kompleksi üçün 1,4 milyon xərcləyəcək
Dünən, 16:20
Bakıda 5 milyonluq mənzil – Orada kim yaşayır?
Dünən, 16:11
İrəvan sərhəd sənədini niyə tələsik təsdiqlədi: - Bakıdan nə istəyirlər?
Dünən, 16:07
Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən zabitinə hökm oxunub - 8 il...
Dünən, 16:04
ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR... - MÜRACİƏT
Dünən, 15:59
Göyüşov və oğlu haqda yeni məlumatlar: - Milyonluq layihələr, qaranlıq tenderlər, xaricə daşınan sərvət…
Dünən, 15:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru