AUDİOYAZI TƏHRİF OLUNUB
Tarix: 24-01-2012, 18:07 | Çap et
ƏVƏZ ZEYNALLININ İŞİNDƏ YENİLİK VAR
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının guya rüşvət tələb etməsi ilə bağlı YAP-çı millət vəkili Gülər Əhmədovanın Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə təqdim etdiyi audioyazı barəsində ekspert rəyi açıqlanıb.
Bu haqda hazırda Bakı İstintaq Təcridxanasında olan Ə.Zeynallıya vəkillərin iştirakı ilə məlumat verilib. Baş redaktorun vəkili Elçin Sadıqovun sözlərinə görə, ekspert rəyinə baxdıqdan sonra müdafiəçi tərəf bir daha əmin olub ki, Ə.Zeynallı iddia olunduğu kimi Gülər Əhmədovadan heç bir məbləğdə pul istəməyib. O cümlədən də istintaqın iddia etdiyi kimi hədə-qorxu faktı da aşkarlanmayıb: “Biz Ə.Zeynallı həbs olunduqdan az sonra həmin audioyazının stenoqrammını mətbuata yaymışdıq. Ekspert rəyi də təxminən o stenoqrammla eyni xarakterlidir. Lakin ekspert rəyində təhriflərə yol verilib, çatışmamazlıqlar da var. Bununla bağlı biz təkrar ekspertiza keçirilməsilə əlaqədar vəsatət qaldırdıq. Yaxın günlərdə vəsatətin təmin olunub-olunmamasına münasibət bildiriləcək. Yəni audioyazıda rüşvət tələb olunması haqda heç bir fakt qeydə alınmasa da, linqvistik ekspertiza belə bir rəy verib ki, guya Ə.Zeynallı ilə G.Əhmədova arasında hansısa razılaşma əldə olunub. Halbuki G.Əhmədovanın təqdim etdiyi diskdə belə bir şey ümumiyyətlə yoxdur. Əlavə olaraq G.Əhmədovanın da dedikləri ekspert rəyində ixtisar olunub, danışıq məntiqsiz və əlaqəsizdir. Bu məqam faktiki olaraq G.Əhmədovanın səsinin təhrifedilməsi deməkdir, bu isə tam qanunsuzluqdur. Ona görə də biz təkrar ekspertiza məsələsini qaldırdıq. Təkrar ekspertizanın Azərbaycanda keçirilməsinə də etiraz olundu. Çünki Ədliyyə Nazirliyi Əvəz Zeynallıya qarşı qərəzli mövqe tutan və onun haqqında başqa məzmunlu cinayət işi qaldıran bir orqan olduğu üçün Azərbaycanda təkrar ekspertiza birincidən fərqlənməyəcək. Hal-hazırda Ə.Zeynallının Ədliyyə Nazirliyi ilə məhkəmə çəkişməsi var, ona görə də biz xahiş etmişik ki, təkrar ekspertiza başqa bir ölkədə – Azərbaycanın hüquqi yardıma dair müqavilə bağladığı xarici dövlətlərin birində keçirilsin. Bundan əlavə biz bildirmişik ki, həmin audioyazı müdafiə tərəfinə də təqdim olunsun ki, biz də təkrar ekspertiza keçirə bilək. Onlar bizim dəfələrlə etdiyimiz tələblərə, qaldırdığımız vəsatətlərə baxmayaraq həmin audioyazını bizə təqdim etməyiblər və bunu da onunla izah edirlər ki, biz həmin disk yazısını hansısa kütləvi çıxışlarda yaya bilərik, bu da istintaqın gedişinə mane ola bilər. Mən dəfələrlə istintaqda bildirmişəm ki, əgər həqiqətən də Ə.Zeynallı iddia olunduğu kimi, G.Əhmədovadan rüşvət istəyibsə və bu da lentə yazılıbsa, o zaman bizim bu audioyazını mətbuata çıxarmağımız məntiqi olaraq öz əleyhimizə işləməlidir və biz bununla Ə.Zeynallının cinayət etmiş olduğunu özümüz təsdiqləmiş olarıq. Yox, əgər iddia olunduğu kimi rüşvət faktı yoxdursa, o zaman həqiqətən də indiki dövrdə audioyazının ictimailəşməsi iddiaçı tərəfin özünün ziyanına işləyəcək. Ona görə də bizə diski vermirlər. Ekspertiza rəyindən o da açıq-aşkar aydın olur ki, mətn tam ayrı formadadır.”
Ekspert rəyindən o da məlum olub ki, millət vəkili G.Əhmədova heç bir səbəb olmadan Ə.Zeynallıya qızıl komplektini təklif edir. Ə.Zeynallı isə, “bu nə söhbətdir edirsiniz, belə söhbətlər etməyin, yoxsa münasibətləri tamam kəsərəm” deyib. Bu danışığın özündə belə hədə-qorxu faktı yoxdur, əksinə rüşvətə təhriketmə faktı var.
Ekspert rəyində həm də göstərilir ki, CD -də yazılan danışıqlar əsli deyil, köçürülmüş variantda ekspertizaya təqdim olunub. Birinci variant isə nə ekspertizaya, nə də istintaqa verilməyib ki, bu da səs yazılarının mantaj ehtimalını artırır.
Xatırladaq ki, 2011-ci il dekabrın 8-də müstəntiqin səs nümunəsi götürməsi üçün müraciətinə Ə.Zeynallı etiraz edib və bunu da onunla əlaqələndirib ki, səs nümunəsinin verilməsi qarşılığında lent yazısının bir surəti ona və vəkillərinə təqdim olunmalıdır. Çünki hazırkı texnologiya səsdən istənilən məzmun yaratmaq imkanındadır. Buna görə də Əvəz Zeynallı əvvəlcə lent yazısının ona, mətbuata və cəmiyyətə açıqlanmasını tələb edib. Müstəntiq, «biz bunu edə bilmərik, çünki siz dərhal onu «Youtube»da yerləşdirəcəksiniz» cavabını verib. Ə.Zeynallı imtina etdikdən sonra onun səs nümunəsi “30 İyun – Sevgililər Günü” tədbirində etdiyi çıxışın videokasetindən götürülüb.
Məlumat üçün bildirək ki, həbsindən dərhal sonra Əvəz Zeynallı saxlanıldığı BİT -dan millət vəkili Gülər Əhmədova ilə görüşünün stenoqramını mətbuata açıqlamışdı. Çoxsaylı xahişlərdən sonra Gülər Əhmədovanı qəbul etdiyini xatırladan Əvəz Zeynallı millət vəkili ilə aralarındakı söhbətin belə olduğunu deyib:
«Gülər Əhmədova «Xural» qəzetinin redaksiyasındakı iş otağıma daxil olan kimi dərhal dedi: G.Əhmədova: – Əvəz, sənə nə qədər pul lazımdır, de, mən verim. Mən: – Sizdən kim pul istəyir? Pulunuz-zadınız lazım deyil! G.Əhmədova: – Mən qəzetin çapına kömək etmək istəyirəm. Mən: – Bizə sizin köməyiniz lazım deyil. G.Əhmədova: – “Mərkəz” qəzetinin çapını öyrənmək istəyirəm. Sən qəzetin bir nömrəsinin çapına nə qədər xərc çəkirsən? Mən: – Təxminən 500 manat. Fasilə yaranır. Gülər Əhmədova hesablayır… G.Əhmədova: – Mən sənin bir illik yox, 6 aylıq xərcini ödəyə bilərəm. Bu da 10.000 manat eləyir. Mən: – Xahiş edirəm, çıx get, bura elə söhbətlərin yeri deyil! Söhbət burda da yekunlaşır və mən Gülər Əhmədovanı otaqdan çıxarıram”.
Xatırladaq ki, Gülər Əhmədova 19 oktyabr 2011-ci ildə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının ondan hədə-qorxu yolu ilə 10.000 manat pul istədiyini bildirmiş və yuxarıda stenoqrammı verilən lent yazısını “dəlil” kimi təqdim etmişdi. 28 oktyabr 2011-ci il tarixdə Nəsimi rayon məhkəməsində lent yazısının dinlənilməsi zamanı Əvəz Zeynallının səsi eşidilməsə də, məhkəmə «Xural» qəzetinin baş redaktoruna qarşı 3 aylıq həbs qəti-imkan tədbiri seçib. Əvəz Zeynallı barəsində CM-nin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi açılıb. Sonradan işə CM-nin 311.3.2. və 306.2 maddələri də əlavə edilib.
XuralTAC
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|