ANS-DƏ “YARPAQ TÖKÜMÜ” DAVAM EDİR
Tarix: 29-09-2011, 11:59 |
Çap et
TELEKANALI DAHA BİR APARICI TƏRK ETDİ
ANS telekanalında “yarpaq tökümü” davam edir. Modern.az saytının əldə etdiyi məlumata görə, bu günlərdə telekanalın daha bir aparıcı əməkdaşı işdən çıxıb. Bu, ANS-in iqtisadiyyat xəbərləri üzrə müxbiri Neyman Səfərəliyevdir.
Məlumatı ANS-in əməkdaşları da təsdiqlədilər. N.Səfərəliyevin özü ilə isə danışmaq cəhdimiz alınmadı. Xəbərə görə, onun işdən getməsi əməkhaqqı məsələsilə bağlıdır.
Jurnalistin dostları saytımıza bildirdilər ki, N.Səfərəliyev hazırda işsizdir.
N.Səfərəliyev 6 ildən çoxdur ANS-də çalışırdı. Telekanalda işləməzdən öncə o, “Ekspress” və “İki sahil” qəzetlərində iqtisadi mövzularda yazıb.