Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                     Bayramovun ağlar günə qoyduğu Gəncə... .....                     Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib .....                     Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? .....                     Qanunların üstündə əyləşən İCRA BAŞÇISI .....                     “Şəkər Zavodu metal alveriylə məşğuldur” .....                     Bölgələrdə bahalaşan əmlak... .....                     Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                 

AZƏRBAYCANI TƏHDİD EDƏN DİNİ PARÇALANMA
Tarix: 6-11-2013, 15:53 | Çap et
AZƏRBAYCANI TƏHDİD EDƏN DİNİ PARÇALANMA
BİZİ BİRLƏŞDİRƏN VAHİD KONSEPSİYA İŞLƏNMƏLİDİR

DİA.AZ: - Keçən günlərdə ölkədə mövcud olan təhlükə törədə biləcək iki təriqətlə bağlı məlumatları diqqətinizə çatdırdıq. Söhbət Azərbaycan üçün qeyri-ənənəvi hesab olunan vəhabilərdən və nurçulardan gedir. Bildirək ki, hər bir təriqətin arxasında konkret qüvvə dayanır ki, məhz onların sayəsində bu gün nə vəhabilərə «gözün üstə qaşın var» deyən tapılır, nə də nurçulara. Hətta nurçular bir sıra məqamlarda Azərbaycan dövlətinin tərəfdaşı kimi çıxış edərək, dövlətlə ortaq layihələrdə iştiraka qədər məhrəmləşiblər. Bu isə təhlükənin, hər an bizi sanca biləcək ilanın artıq qoynumuza qədər yaxınlaşmasından xəbər verən bir haldır.

Onu da bildirək ki, bu qeyri-ənənəvi dini cərəyanlar Azərbaycanda təkcə nurçuluq və vəhabiliklə yekunlaşmır. Xristianlığın ayrı-ayrı qolları, habelə krişnaizm və digər bu kimi dini cərəyanlar da bu gün dinlərin poliqonuna çevrilən (rəsmilərimiz buna «tolerantlıq» deyir -red.) Azərbaycan üçün xarakterik hesab olunmaqdadır. Bu gün Azərbaycanda Məhəmməd adında inanclı baptistə, Zülfiqar adında krşinaidə, Mustafa adında «Yehova Şahidi»nə rast gəlmək mümkündür.

Təbii ki, demokratiya baxımından hər bir insan istədiyi inanca sahib ola bilər. Amma bu heç də o demək deyil ki, insanlar bu məsələdə başlı-başına buraxılmalıdır. Əgər vəziyyət bu cür özbaşınalıq halına gətirilərsə, dövlət üçün təhlükə hesab olunacaq xaotik vəziyyət yarana bilər ki, artıq Azərbaycan belə bir təhdidin astanasındadır. Bir ölkənin ideoloji müstəvisində xaso hökm sürürsə, həmin ölkənin insanlarının bir çatı altına yığılması imkansızdır və bu da həmin dövlətlər üçün fəlakətdən yaxşı heç nə vəd etmir.

Azərbaycan isə elə bir dövlətlərdəndir ki, onun üzləşdiyi problemlərin böyük əksəriyyəti ümummilli xarakter daşıyır və Azərbaycan insanlarının hər hansı ideya ətrafında parçalanması, bu işə rəvac verilməsi ən böyük cinayət əməli hesab olunmalıdır. Amma yazıqlar olsun ki, bu gün məhz dini zəmində parçalanmaya (bu, real mənzərənin ən yumşaq ifadəsidir) nədən olanların əksəriyyəti səlahiyyət sahibləridir. Hansısa qəpik-quruş qədərli maddiyyat naminə Azərbaycan dövlətinin sütunları təhlükə altına atılır.

DİA.AZ bu dəfəki araşdırmasında kifayət qədər ənənəvi hesab olunan, amma yazıqlar olsun ki, məhz dövlətin bu məsələdə təpərli görünməməsi nədənindən təhlükə hesab olunan inancla - şiəçiliklə bağlı məqamlara toxunacaq. Bu bir faktdır və etiraf olunmalıdır ki, hazırda böyük əksəriyyəti şiə olan Azərbaycan insanları bu inanc-baxış sistemi məsələsində də parçalanıblar. Kimi ağzını açıb İrandakı gerçəkdə fars şovinisti olan mollalardan fətva gözləyir, kimi də Bakıda yasxana mollalarının nəzir qutusu marağından uzağa getməyən və heç bir fəlsəfəsi olmayan faydalanma marağı ilə özünün dini etiqad tələbatını ödəməkdədir.

Belə bir şəraitdə İranın təklif etdiyi yolun daha da şirnikləndirici olduğu heç şübhəsizdir. Ona görə də bu gün yüzlərlə inanclı insanımız hətta dövlətə qarşı getməyi belə göz önünə alır, ağlının ucundan keçirir. Səbəbsə dövlətin müvafiq qurumlarının yerində olmaması, yerində müdaxilə etməməsidir. Bu gün Qafqaz Müsəlmanları Ruhani İdarəsi Həcc biznesinə daha diqqətli, daha həssasdır, nəinki dini-ideoloji müstəvidəki boşluqdan yararlanaraq Azərbaycan insanlarının beyinlərini oğurlayan fars-molla rejiminin işləklərinə.

Kim iddia edə bilər ki, bu gün həbsxanalarda «dindar» adı altında saxlanılan və əslində məhz İranla şübhəli əlaqələri səbəbindən hədəfə çevrilən həmin inanclılarla bağlı məsələyə Allahşükür Paşazadənin dairəsindən hər hansısa münasibət bildirilib, reaksiya verilib. Belə bir hadisə olmayıb. Hətta Allahşükür Paşazadənin idarəsi bu kimi halları lənətləmə cəsarətində belə deyil ki, bu da Azərbaycanın dini siyasətinin İranın inhisarında olması ilə bağlıdır. Yəni necə ki, nurçular Türkiyədəki təhlükəli çevrələrdən, vəhabilər Küveyt və Səudiyyə Ərəbistanından qidalanır, Azərbaycanda da böyük əksəriyyətin inanc sistemi olan şiəlik İranın inhisarı altındadır ki, bu da dövlətimiz adına ən böyük ayıblardan biri hesab olunmalıdır.

Hələ də Azərbaycanda dindarlar Ramazan bayramını iki tarixdə qeyd edirlər, hələ də Azərbaycanın ruhani idarəsi hansısa dini əhəmiyyətli əlamətdar tarixlə bağlı fətvanı verənə qədər gözlərini İrandakı mollalara dayayırlar. Yəni müstəqil dini siyasətin, dini inanc sistemimizin olmamasının nəticəsidir ki, bu gün bizlər ciddi şəkildə parçalanmışıq. «Allaha ibadət» adı altında saxtakarların siyasi oyunlarının güdazına gedirik. Və Allahın bizə verdiyi ən böyük nemət olan ümumi evimizin - DÖVLƏTİMİZİN sütunlarını belə təhdid edirik.

Ən acınacaqlı olanı isə odur ki, hələ də bu sahədəki təhlükəni dövlətin müvafiq qurum və təşkilatları yetərincə hiss etmirlər. Onlara bu gün Şeyx Qamətin «hər cümə namazına 20 minə yaxın adamımız gəlir» kimi açıqlama verməsi şişirtmə-qürrələnmə, başqa təriqətlərə acıq vermə təşəbbüsü kimi görünür. Onlara bu gün Mövsum Səmədovun, Taleh Bağırzadənin fətvaları evcik-evcik oyunundan başqa bir əhəmiyyətdə təsir bağışlamır. Onlar bu gün «Xəzər» kanalının aşıladığı təhlükəni duyacaq səviyyədə deyillər.

Amma təhlükə var. Azərbaycan rəsmən parçalanıb. Və sabah - Qarabağı azad etmə zamanı biz bu parçalanmış milləti bir araya çox çətinliklə yığacağıq. Bunu görmək lazımdır. Artıq parçalanmışıq ki, Suriyada, Əfqanıstanda Azərbaycan oğulları canlarını absurd ideyalar naminə qurban verirlər. Və bu gün minlərlə azərbaycanlı var ki, fars mollalarının ağzından fətva gözləyirlər.

Sizcə ayılmalı deyilikmi? Ortaya sənəd qoymağın tam zamanıdır. Azərbaycanı birləşdirəcək, özünə qaytaracaq sənədin - bu ölkəni vahid dini konsepsiyasının. Cəhənnəmə olsun o tolerantlıq…

Samir - DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru