ABDULLA ABDULLAYEV-“TEXNİKABANK” DAVASINDA YENİLİK
Tarix: 31-01-2012, 17:45 |
Çap et
MƏHKƏMƏ A.M.A.Y ŞEFİNİN QOHUMLARINI AZADLIĞA BURAXDI
A.M.A.Y ticarət mərkəzinin direktoru Elşən Novruzov, ticarət mərkəzinin digər məsul işçiləri - Yusif Kərimov və Zakir Məmmədov bu gün Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıblar.
Adıçəkilən məhkəmədə hər üç nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayətləri təmin olunub. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2011-cü ilin iyul ayında Elşən Novruzov 11 il, Yusif Kərimov 10 il və Zakir Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Onlar "Texnikabank"dan aldıqları kreditləri götürdükləri öhdəliyə uyğun ödəmədiklərinə və təyinatı üzrə xərcləmədiklərinə görə məsuliyyətə cəlb olunmuşdular.