ZİYA MƏMMƏDOVUN MÖVQELƏRİ GÜCLƏNİR
Tarix: 25-11-2013, 09:59 | Çap et
Nəqliyyat naziri Ziya Məmmədovdan rəqiblərinə qarşı növbəti zərbə gəlib. Belə ki, prezident seçkilərindən sonra yenidən formalaşan hökumətin tərkibində yalnız öz postunu qoruyub-saxlamaqla kifayətlənməyən nəqliyyat naziri qudası Heydər Əsədovu kənd təsərrüfatı naziri təyin etdirməyi bacarmışdı. İndi isə o, Hesablama Palatasını da yenidən nəzarətində saxlamağa nail olub.
Belə ki, dünən Milli Məclisin dünənki iclasında Hesablama Palatasına yeni sədr təyin edilib. Çıxış edən parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Hesablama Palatasına sədrliyi irəli sürülən Vüqar Gülməmmədovu deputatlara təqdim edərək bildirib ki, o peşəkar iqtisadiyyatçısıdır. Z. Səmədzadə deputatları V. Gülməmmədovun Hesablama Palatasına sədr təyin edilməsinə səs verməyə çağırıb. Daha sonra təklif səsverməyə çıxarılıb və V. Gülməmmədov Hesablama Palatasının yeni sədri təyin edilib. Hesablama Palatasının sabiq sədri Heydər Əsədov kənd təsərrüfatı naziri təyin edildiyi üçün onun yeri boş qalmışdı. Qeyd edək ki, V. Gülməmmədov 1971-ci il aprelin 3-də Bakıda anadan olub, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsini bitirib. 1992-ci ildə Suraxanı Maşınqayırma Zavodunda tərcüməçi işləyib, 1993-1997-ci illərdə Suraxanı rayon Səhiyyə Şöbəsində baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışıb, 1997-2007-ci illərdə Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə İdarəsinin müfəttişi, rəis müavini, müdiri, Səbail rayon Maliyyə İdarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi, Yasamal rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi olub. Sonradan, 2007-ci ildən Hesablama Palatasının xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyən V. Gülməmmədov Palatanın yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan prezidentinin 2011-ci il 31 oktyabr tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Məlumatlı mənbələrdən “Unikal”a daxil olan bilgiyə görə, Hesablama Palatasına yeni sədr təyinatı bu qurumun faktiki olaraq yenidən nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində saxlanılması deməkdir. Belə ki, qurumun əvvəlki sədri Heydər Əsədov nazirin qudasıdır. Onun İsmət Abbasovdan boşalan kənd təsərrüfatı naziri təyin edilməsi ilə Ziya Məmmədov faktiki olaraq aqrar sektoru da öz nüfuz dairəsinə daxil etmiş oldu. Bundan sonra Hesablama Palatasının sədri postu uğrunda oliqarxlar arasında mübarizə start götürdü. Palatanın Ziya Məmmədovun təsir dairəsindən çıxarılacağı gözlənilsə də, bu baş vermədi və Vüqar Gülməmmədovun qurumun başına gətirilməsi ilə Hesablama Palatası yenidən Ziya Məmmədovun nəzarətində qaldı. Məsələ burasındadır ki, yeni sədr də nəqliyyat nazirinin adamıdır, onunla yaxşı münasibətlərə malikdir və sözügedən posta təqdimatında birbaşa Ziya Məmmədovun rolu və iştirakı olub. Beləliklə, həm qudasını kənd təsərrüfatı naziri təyin etdirməklə aqrar sahəni nüfuz dairəsinə keçirərək, həm də Hesablama Palatasına öz adamının təyin olunmasına nail olaraq bu qurumu yenidən öz əlində saxlamaqla Ziya Məmmədov faktiki olaraq iqtidar içi rəqiblərinə güc nümayiş etdirməyi bacardı. Bu mənada onu son prezident seçkilərindən sonrakı ilk dövrün ən qazanclı oliqarxı saymaq mümkündür. Açıq görünür ki, nəqliyyat naziri hakimiyyət daxilində sürətlə güclənməyə, mövqelərini möhkəmləndirməyə və genişləndirməyə doğru gedir. Bunun isə onun rəqiblərində ciddi narahatlıqlara yol açacağı mübahisəsizdir. Xüsusilə Hesablama Palatasını əlində saxlamaqla nəqliyyat naziri iri məmurlara qarşı ciddi təsir rıçaqlarından birinə malik olaraq qalır. Bu qurumun aparacağı auditlər, yoxlamalar yenə də Ziya Məmmədova özünə rəqib kimi gördüyü yüksək çinli məmurları davamlı təzyiq altında saxlamaq, onların zəiflədilməsi üçün imkanlar əldə etmək fürsəti verəcək. Eyni zamanda istisna edilmir ki, nəqliyyat nazirinin iqtidar daxilində güc və təsir imkanlarını artırması, nüfuz dairəsini genişləndirməsi və möhkəmləndirməsi qarşıdakı mərhələdə anti-Ziya Məmmədovçu dairələri hərəkətə gətirsin. Onlar adıçəkilən nazirin bu şəkildə güc mərkəzinə çevrilməsini qəbul etməyərək əks-həmlələrə başlaya bilərlər. Belə bir ehtimalın reallaşıb-reallaşmayacağını, həmin əks-həmlələrin nədən ibarət olacağını isə bizə heç şübhəsiz ki, qarşıdakı zaman kəsimi göstərəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|