İCTİMAİ PALATADAN ETİRAZLAR
Tarix: 29-09-2011, 15:17 | Çap et
MÜXALİFƏT FƏALLARI MƏHKƏMƏ BİNALARI QARŞISINA ÇAĞIRILDI
Müxalif İctimai Palatanın Koordinasiya Şurası sentyabrın 29-da Müsavat Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirib. “Media forum” saytının məlumatına görə, İctimai Palatanın 2 aprel mitinqində həbs olunan müxalifət fəallarının məhkəməsinə həsr olunan mətbuat konfransında Koordinasiya Şurasının üzvləri - İsa Qəmbər, Əli Kərimli, Vidadi Mirkamal, Aqil Səmədbəyli, Köçəri Nağıbəyli, vəkillər qatılıblar.
Mətbuat konfransında məhkəmə prosesləri haqda rəyi açıqlanıb. Bildirib ki, vəkillər hakimiyyətin İctimai Palata və həbs olunan şəxslərə qarşı iddialarını ifşa edib: “Prokurorluq iddia edir ki, 46 polis əməkdaşı xəsarət alıb. Amma polisə xəsarət yetirənlər həbs olunmayıb. İctimai Palata aksiyanı şəhərin mərkəzində keçirib. Şəhərin mərkəzi küçələri kameralarla doludur. Məhkəməyə təqdim olunan videolentlərdə müxalifət tərəfdarlarının qanunsuzluq etdiyini göstərən heç bir çəkiliş yoxdur”.
Mətbuat konfransında deyilib ki, polislərin xəsarət alması haqda verilən ekspertiza rəyləri tamamilə saxta olub və bu saxtakarlıq məhkəmədə üzə çıxıb: “Mağazaların şüşələrini sındıranlar isə hakimiyyətin öyrətdiyi təxribatçılardır. Onların foto və videoları istintaqa, məhkəməyə təqdim olunsa da, biri də həbs edilməyib. Zərərçəkmiş kimi göstərilən bəzi mülki iddiaçılar iddialarından imtina ediblər, digərlərinin isə əsassız olduğu məhkəmədə sübuta yetirilib. İttiham tam saxtadır, qondarmadır və siyasi sifarişdir. Ona görə də 2 aprel mitinqinə görə həbs olunan siyasi məhbuslar dərhal azadlığa buraxılmalıdırlar”.
Müsavat başqanı İsa Qəmbər deyib ki, həbs olunan müxalifət fəalları hakimiyyətin repressiyalarından tamamilə üzüağ çıxıblar: “Silahdaşlarımız həbsdə də mübarizələrini davam etdirir. Müstəqilliyin 20 illiyində Arif Hacılının həbsdə olması hakimiyyətin istiqlal mübarizəsinə münasibətini ortaya qoyur. Arif Hacılı başda olmaqla bütün məhbuslar dərhal azad edilməlidir”.
İsa Qəmbər məhkəmələrin yekun iclaslarında iştirak edəcəklərini deyib və bütün müxalifət fəallarını məhkəmə proseslərinə iştirak etməyə, məhkəmə binalarının qabağına toplanmağa, piketlər keçirməyə çağırıb.
AXCP sədri Əli Kərimli deyib ki, müxalifət fəallarının məhkəməsi vəkillərin demokratik mübarizəyə daha fəal qoşulması ilə nəticələnib: “Vəkillər məhkəmə prosesində hakimiyyətin irəli verdiyi şəxslərlə, hüquq mühafizə orqanları ilə üz-üzə gəldilər. Bu mübarizədə, qarşıdurmada vəkillər qalib gəldilər. Vəkillər qat-qat üstün, savadlı olduqlarını sübuta yetirdilər”.
İctimai Palatanın üzvü Pənah Hüseyn bildirib ki, mitinqlər davam etdirilməlidir: “Hakimiyyət repressiyalara əl atmaqla strateji baxımdan uduzub. Amma taktiki cəhətdən müəyyən qələbə əldə etmiş kimi görünür. Çünki apreldə həyata keçirilən repressiyalardan sonra mitinqlər dayandı. Ona görə də mübarizə yenidən vüsət almalı, İctimai Palata həm Bakıda, həm də rayonlarda kütləvi aksiyalara start verməlidir”.
Mətbuat konfransında bildirilib ki, oktyabrın 1-də İctimai Palatanın sessiyası keçiriləcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|