İrəvanın SÜLH PƏRDƏSİ .....                     Ermənistan tələsir, Azərbaycan səbirlə davranır .....                     Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək .....                     Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? .....                     "Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır .....                     TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... .....                     Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir .....                     "Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." .....                     Bu günlərdə iş və dərs olmayacaq .....                     “Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir .....                     "Xaçmaz düşmədi yadınıza?" .....                     Rövşən Rüstəmovun başı cəncəldən açılmır... .....                     ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... .....                     "Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir .....                     KAPİTAL BANK müştərinin başına OYUN AÇDI .....                     Ankaradakı terror KİM(LƏR)İN işinə yarayır... .....                     Ağadadaş Ağayevlə “Medera Hospital” şərəf, ləyaqət və nüfuz davası aparır .....                     Direktor xadimə ilə RƏQABƏTDƏ... .....                     Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir .....                     Onlarda yerli... bizdə isə miqrant... .....                     Paşinyandan SÜLH açıqlaması... .....                     Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar .....                     Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir .....                     Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi .....                     Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! .....                     "Sən düşəndə bilirsən ki, dostların kimdi..." .....                     Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? .....                     Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! .....                     Dövlət qurumu İKT malları aldı .....                     Nazirliyin 1,5 milyonluq tenderinin qalibi .....                     Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı .....                     Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır .....                     O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? .....                     Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur .....                     "Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?" .....                     Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı .....                     “ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” .....                     Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" .....                     Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? .....                     "COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... .....                 

«BU ADAMLAR BİZİM HƏYATIMIZI QUMARA QOYUBLAR»
Tarix: 8-02-2012, 18:23 | Çap et
«BU ADAMLAR BİZİM HƏYATIMIZI QUMARA QOYUBLAR»

“EKSPERTİZA İDARƏSİ CİNAYƏTKARLA ƏLBİR OLUB BU CÜR RƏY VERİB”

Xəbər verdiyimiz kimi, Bolgexeber.com saytının rəhbəri Vasif Turanın oktyabrın 7-də Qobu qəsəbəsində evinin yanması nəticəsində iki uşağını itirməsi ilə nəticələnib. Dünən isə Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsi məsələ ilə bağlı rəyini açıqlayıb. Rəydə hadisənin qısaqapanmadan baş verdiyi vurğulanıb ki, bununla da Vasif Turan razılaşmır. Bu barədə redaksiyamıza müsahibə verən baş redaktor maraqlı açıqlamalarla diqqəti çəkib.

- Vasif bəy, Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsinin rəyini saxta hesab edirsiz. Nəyə əsaslanıb belə bir fikir irəli sürürsüz?

- Əvvəla, onu bildirim ki, bu rəyin saxta olduğunu bilmək üçün heç də dərindən araşdırma aparmağa dəyməz. Çünki Ekspertiza İdarəsinin qısaqapanmanı təyin etmək üçün 4 ay gözləməsinə gərək yox idi. Ona görə ki, qısaqapanmadan baş verən yanğını elə ekspertlər yerindəcə müəyyənləşdirə və təyin edə bilirlər. Digər tərəfdən, Ekspertiza İdarəsinin əməkdaşları cəmi iki dəfə Qobudakı evdə olublar. Birinci dəfə yanğın baş verən gün gəlmişdilər. Ümumi nəzər salıb getdilər. İkinci dəfə isə bizim israrımızdan sonra hadisə yerinə yollanıb, orada müayinə aparıblar.

Açığını deyim ki, ekspertlərin hadisə ilə bağlı bu cür rəy verəcəyini əvvəlcədən bilirdim. Ona görə ki, işinə məsuliyyətsiz yanaşan, səhlənkar, hər şeyə yalnız maddiyyat kimi baxan bir idarədən başqa bir şey gözləmək də doğru olmazdı. Eyni zamanda, bu idarə haqqında indiyə qədər bircə dəfə də obyektiv rəy verdiyinə dair məlumat eşitməmişəm.

Ortada bir yanğın və cinayət faktı var. İki uşaq dünyasını dəyişib. Hadisənin kimlərsə tərəfindən törədildiyinə dair əsaslarımı istintaqa bildirmişəm. Bu gün də həmin qənaətdəyəm. Həmçinin əminəm ki, bu mənə qarşı törədilmiş bir qəsdir. Ancaq Ekspertiza İdarəsi hər şeyi bir kənara buraxıb, yalnız maddi maraqlarını güdərək belə bir addım atıb. Və mən bu işi bu şəkildə buraxmayacam.

- Ekspertlər ilk gələndə aranızda hər hansı bir söhbət oldumu?

- Doğrusu, ekspertlər ilk dəfə hadisə yerinə gələndə başdansovdu bir müayinə apardılar. Həmin vaxt onlarla qısa bir söhbətimiz oldu. Mənə inandırmağa çalışırdılar ki, yanğın qısaqapanmadan baş verib. Hətta bunun üçün evin müəyyən istiqamətlərini belə göstərirdilər. Nəhayət, mən onlardan konkret yer göstərmələrini istədim. Elə bir yer göstərdilər ki, evin həmin hissəsində ümumiyyətlə, elektrik xətti olmayıb.Bunları deməkdə məqsədm odur ki, verilən rəyin saxta olduğunu təsdiq edən onlarla açıq və qapalı səbəblər var. Və məndə belə bir fikir yaranıb ki, hadisəni törədən şəxslər işi ört-basdır etmək üçün Ekspertiza İdarəsinə rüşvət veriblər.

Dünən belə bir xəbər də eşitmişəm ki, «Eurovizion» yarışması ilə bağlı hökumət nümayəndələri jurnalistlərlə bağlı cinayətlərin daha qabarıq şəkildə hallanmasını istəmirlər. Bakıya gələcək 1000-dən artıq xarici jurnalistin bu məsələdən xəbər tutmaması üçün atılan bu addımın hansı mahiyyət daşıdığını deməyə gərək yoxdur. Başına faciə gəlmiş jurnalistlərdən biri də mənəm. Deməli, bu cinayətin üzdə olmaması və ictimailəşməməsi üçün ən optimal yol onun ört-basdır edilməsidir ki, bunu da həyata keçirirlər.

- Yəni, o qədər əminsiziniz ki, belə hal baş verə bilər?

- Niyə də baş verməsin. Bura Azərbaycandır. Hər şeyin alınıb-satıldığı bir ölkədə azmı cinayətlər ört-basdır edilib? Həmin cinayətlərdən biri də mənim başıma gələnlərdir. İki uşağımın dünyasını dəyişməsini ört-basdır etmək belə çətindir ki? Arxası olmayan jurnalistə bunu edənlər, yəqin ki, cinayəti gizlətmək və ya ört-basdır etmək üçün də gücə malikdirlər. Ancaq hər nə qədər güclü olsalar belə, mən uşaqlarımın qanını yerdə qoymayacam. Ömrümün sonuna kimi də olsa, bu cinayəti törədənləri tapıb ədalətə təslim edəcəm.

Diqqət edin, evim yanır, iki uşağım qapının düz arxasında yıxılaraq dünyalarını dəyişiblər. Halbuki evdən çıxdığımız vaxt heç zaman qapını arxadan bağlamırdıq. Amma uşaqlar qapıya qədər gəldikləri halda onu aça bilməyiblər. Həmçinin Qobudakı evin pəncərələri plastikdən olub ki, hündürlüyü də böyük olmayıb. Uşaqlar o qədər körpə olmayıblar ki, pəncərədən belə çıxa bilməsinlər. Bu necə mümkün ola bilər? Belə çıxır ki, ya qapı arxadan bağlı olub, ya da uşaqların əl-qolunu bağlayıblar ki, evdən çıxa bilməsinlər. Mən hələ yanğından əvvəl mənə və ailəmə edilən təhdidləri dilə gətirmirəm. Bu barədə istintaqa da məlumat vermişəm və araşdırmalar da aparılıb. Aydın görünür ki, ortada cinayət var. Sadəcə, həmin cinayətkarın tapılmasını istəməyən qüvvələr var.

- İstintaqla bağlı fikirləriniz nədir? Sizcə, FHN-in İstintaq İdarəsi sizə qarşı qərəzli ola bilərmi?

- Müstəntiq Qəhrəman Məmmədovla bu məsələ ilə xeyli söhbətlərimiz olub. Ona sayğım və hörmətim var. Bir araşdırmaçı olaraq əlindən gələni etməyə çalışdı. Amma onun aparacağı istintaq işi Ekspertiza İdarəsinin rəyindən daha çox asılı idi. Həmin rəydən sonra hüquqi prosedur işin bağlanmasını tələb edirdi ki, bunu da müstəntiq həyata keçirmək məcburiyyətindədir. İndiyə qədər istintaq orqanlarından tutarlı bir şikayətim olmayıb. Narazılıqlarım olub ki, onu da diqqətlərinə çatdırmışam.

Bu rəyi verənlər əslində, elə bir cinayətə əl atıblar ki, onun izahı yoxdur. Həm iki uşağımın qanını batırırlar, həm də bir ailənin müqəddəratı ilə oynayırlar. Bizim həyatımızı ucuz bir əşya kimi satışa çıxararaq, cinayətkarların əlinə oynamaq o deməkdir ki, bu insanların nə vicdanı, nə əqidəsi, nə də şərəfi var. Bu adamlar anlamırlar ki, cinayətkarın tapılması bir ailənin ən azından qismən də olsa, təskinlik tapmasına səbəb olacaq. Onlar anlamırlar ki, bu gün tapmadıqları və ya tapmaq istəmədikləri cinayətkarlar sabah mənə və həyat yoldaşıma da qəsd edə bilərlər. Yəni, bizim həyatımızı açıq şəkildə qumara qoyublar.

- Bundan sonra hansı addımı atacaqsız?

- Bundan sonra atacağımız addımları artıq vəkilimizlə müəyyənləşdirməyə başlamışıq. Şübhəsiz, hər şey məsləhətli şəkildə baş verəcək. Baş Prokurorluğa müraciət etmək niyyətimiz var. Ardından Ekspertiza İdarəsini məhkəməyə verməyi düşünürük. Alternativ ekspertiza təyin etmək üçün fəaliyyətə başlamışıq. Bütün bunlarla yanaşı, beynəlxalq təşkilatlara müraciət edərək, onlardan bu işə obyektiv baxılması üçün yardım istəyəcəyik. Yəni, əlimizdən nə gəlirsə, onu edəcəyik ki, bu cinayətin üstü açılsın.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın SÜLH PƏRDƏSİ - NƏ İŞLƏR ÇEVRİLİR?
Bu gün, 10:08
Ermənistan tələsir, Azərbaycan səbirlə davranır - GƏLİŞMƏ
Bu gün, 09:53
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək - FOTO
Bu gün, 09:49
Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 09:45
"Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır - SƏRƏNCAM
Bu gün, 09:42
TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... - "120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə..."
Bu gün, 09:37
Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir – Zakaryan
Bu gün, 09:34
"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." - “Vətəndaş A”nın Almazı
Bu gün, 09:31
Bu günlərdə iş və dərs olmayacaq - SİYAHI
Bu gün, 09:27
“Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir - Yığımları azalmaqda davam edir
Bu gün, 09:24
"Xaçmaz düşmədi yadınıza?" - Sakinlər başçıdan soruşur...
Bu gün, 09:14
Rövşən Rüstəmovun başı cəncəldən açılmır... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:05
ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... - İTTİHAM VAR...
Bu gün, 08:59
"Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir - FAKT BUDUR!
Bu gün, 08:45
KAPİTAL BANK müştərinin başına OYUN AÇDI - Elə bil dədələrinin puludur...
Bu gün, 08:42
Ankaradakı terror KİM(LƏR)İN işinə yarayır... - İNCƏLƏMƏ
Bu gün, 08:33
Ağadadaş Ağayevlə “Medera Hospital” şərəf, ləyaqət və nüfuz davası aparır - TƏFƏRRÜAT
Bu gün, 08:25
Direktor xadimə ilə RƏQABƏTDƏ... - GİLEY
Bu gün, 08:22
Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir - Gözlənilən "gələcək"...
Bu gün, 08:18
Onlarda yerli... bizdə isə miqrant... - AXI NİYƏ?..
Bu gün, 08:12
Paşinyandan SÜLH açıqlaması... - “COP29 bizim üçün fürsətdir”
Bu gün, 08:09
Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar - NƏ ETMƏLİ?
Bu gün, 07:14
Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir - deputat
Bu gün, 07:09
Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi - FOTO
Bu gün, 07:04
Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! – Manukyandan Paşinyana sərt sual
Bu gün, 07:01
"Sən düşəndə bilirsən ki, dostların kimdi..."
Bu gün, 06:59
Baydenin tələb etdiyi “kreativlik və güzəşt” nə deməkdir? - AKTUAL
Bu gün, 06:56
Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! - NƏ BAŞ VERİR?
Bu gün, 06:53
Dövlət qurumu İKT malları aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
Nazirliyin 1,5 milyonluq tenderinin qalibi - BƏLLİ OLDU
Bu gün, 00:02
Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı - DİQQƏT
Dünən, 23:54
Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır - KİV
Dünən, 23:49
O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? - İLGİNC FAKTLAR
Dünən, 23:40
Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan
Dünən, 23:36
"Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?"
Dünən, 23:34
Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 23:33
“ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” - deputat
Dünən, 23:28
Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" - Biz müttəfiqik?
Dünən, 19:02
Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... Qərbin qərəzli bəyanatlarla təzyiq göstərməsinə çoxdan hazır idi"
Dünən, 18:56
Qaya parçasının düşdüyü evin sahibəsi: - "Qardaşımın durumu ağırdır"
Dünən, 18:01
Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir - ŞƏRH
Dünən, 18:00
Bağçada övladına "Ketotifen" verilən ana: -"Təhdid edirlər, lakin şikayətimi geri götürməyəcəyəm"
Dünən, 17:57
Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq
Dünən, 17:55
Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi növbəti dəfə rədd edildi
Dünən, 17:53
Polkovnik-leytenantla FHN arasında nə baş verir? - ŞİKAYƏT VERİB
Dünən, 17:48
İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb - DETALLAR
Dünən, 17:47
"Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" - Ekspert danışır...
Dünən, 17:44
“Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” – Fazil Mustafa
Dünən, 17:41
BRİKS ölkələri G7-ni geridə qoyub: - Putin elə rəqəmlər səsləndirdi ki...
Dünən, 17:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru