QORXMAZ HÜSEYNOVA QARŞI ŞOK İTTİHAMLAR
Tarix: 13-12-2013, 12:20 | Çap et
«Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynovla bağlı ciddi araşdırmaya start verilib. Maraqlı burasıdır ki, bu araşdırma rəsmi deyil. Prosesi yönəldən Qorxmaz Hüseynovun və onun mənsub olduğu qrupun hakimiyyətdaxili rəqibləridir. Onlar gizli araşdırma və təftişlə ASC sədrini fakt qarşısında qoymaqla, «Azərsu»ya qeyri-rəsmi nəzarəti ələ keçirmək istəyirlər.
Bu sözləri mia.az-a «Azərsu» ASC-nin adının çəkilməsini istəməyən əməkdaşlarından biri deyib. Onun sözlərinə görə, Qorxmaz Hüseynov ASC sədri təyin olunduğu gündən quruma kənar təsirləri minimuma endirməklə bərabər, il ərzində yarımmilyard manata yaxın vəsaitin öz ətrafından kənara çıxmasının qarşısını sərt qərarlarla alıb:
ASC sədrinin fəaliyyəti nədən gizli təftiş olunur?
«Əvvəllər «Azərsu»da hakimiyyətdaxili qruplara bağlı olan bir çox vəzifə sahibləri işləyirdi. Bu isə şirkətdə dövr edən vəsaitlərdən hər bir qrupun pay almasını təmin edirdi. Qorxmaz Hüseynov sədr təyin olunduqdan sonra müxtəlif qruplara bağlı olan vəzifəli şəxslərin əksəriyyətini işdən çıxardı, bəzilərini isə aşağı vəzifələrə keçirməklə, milyonlar üzərindəki nəzarətlərini itirmələrinə səbəb oldu. Bu isə bir çox qruplaşmaların narazılığını şiddətləndirdi. Onlar və Qorxmaz Hüseynovun bağlı olduğu qrupa əks mövqedə olan qruplaşmalar bu səbəbdən birləşdilər. Qrup maraqları isə Qorxmaz Hüseynovun fəaliyyətinin gizli təftiş edilməsinə və onun milyonları təyinatı üzrə xərcləyib-xərcləmədiyi yönündə kompromat axtarışına rəvac verdi».
Müsahibimiz deyir ki, son aylar «Azərsu» ASC-nin tender layihələrinin və işlədiyi şirkətlərlə bağlı mətbu orqanlarında silsilə xarakteri olan kompromat tipli yazıların çoxalması da təsadüfi deyil: «Bu tip xəbər və yazılarda yer alan faktlara diqqət etdikdə, açıq görünür ki, bunlar daxildən sızma məlumatlardır. Hiss olunur ki, Qorxmaz Hüseynovun əleyhinə işləyən qruplar daxildə kimlərisə öz tərəflərinə çəkərək, sirli məqamları daha təfərrüatlı öyrənə bilirlər».
"Qorxmaz Hüseynovu siyasi hakimiyyətlə üz-üzə qoymaq istəyirlər”
Qorxmaz Hüseynovun barəsində yayılan kompromat tipli xəbərlərdə həqiqət yükünün çox olduğunu da etiraf edən müsahibimiz mia.az-a deyib ki, dövlət şirkətinin keçirdiyi tenderlərdə xoşagəlməz halların və ayrılan vəsaitlərdə yeyintilərin olması istisna deyil:
«Bu yeyintilərin əsasən su və kanalzasiya xətlərinin çəkilişləri ilə bağlı olduğunu da demək mümkündür. Diqqət edirsinizsə, bu sahələr üzrə əsas gündəmə gətirilən faktlar beynəlxalq donor təşkilatlarından ayrılan vəsaitlərlə bağlı olur. Bu isə Qorxmaz Hüseynovu beynəlxalq qalmaqala cəlb etmək və bununla da siyasi hakimiyyətin daha radikal addım atmasını təmin etmək məqsədi güdülür. Etiraf edilməlidir ki, «Azərsu» sədri də rəqiblərinin bu kampaniyasına bilərəkdən və ya bilməyərəkdən impuls verir. Yəni o, bir sıra beynəlxalq donor təşkilatlarından, o cümlədən Asiya İnkişaf Bankından ayrılmış vəsaitləri əsasən özünə və qardaşlarına yaxın şirkətlərin sərəncamına verməklə, buna rəqiblərinin əsaslı hücumlarına zəmin yaradır. Elə Asiya İnkişaf Bankının ayırdığı milyonların hara və necə xərclənməsi ilə bağlı kompromat tipli xəbərlərin intensivləşməsi də dediklərimə aydınlıq gətirə bilər».
130+170 milyonluq layihələrdə qaranlıq məqamlar....
Mənbə Asiya İnkişaf Bankı ilə bağlanan müqaviləyə əsasən, ayrılan 300 milyon manatın bir hissəsinin mənimsənilməsi ilə bağlı kompromatların daha ciddi araşdırılma tələb etdiyini deyir:
«Həmin vəsait ümumilikdə 300 milyon dolardır. "Su təchizatı və kanalizasiya investisiya layihəsi - 2” çərçivəsində Asiya İnkişaf Bankı tərəfindən güzəştli şərtlərlə ayrılan bu 300 milyon dolların rəsmi sənədlərlə 130 milyon dolları Naxçıvan şəhərində, 170 milyon dolları isə Göyçay, Ağdaş və Beyləqan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına xərclənməlidir. Bu iş və vəsaitlər həqiqətən də Qorxmaz Hüseynova yaxın şirkətlər arasında bölünüb. Yəni ASC sədrinə yaxın şirkətlər tenderlərdə qalib elan olunaraq, işlər onların sərəncamına verilib. Maraqlı burasıdır ki, bu layihədə Qorxmaz Hüseynovu daha çox Azərbaycan və Almaniya birgə müəssisəsi " T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG ” şirkətinin «fəaliyyəti» ilə «vururlar». Çünki bu MMC-nin Beyləqanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şəhər daxilində 77,6 kilometr su, 71 kilometr kanalizasiya şəbəkəsinin yaradılması, 3400 smart-kart tipli sayğacın quraşdırılması prosesində ayrılmış 50 milyon manata yaxın vəsaitə rəğmən, keyfiyyətsiz işlər görməsi iddia olunur. Məsələn, həmin şirkət su və kanalzasiya xətlərinin çəkilişi zamanı istifadə olunan materialların keyfiyyətsizliyi, qum-çınqılın əvəzinə eroziya uğramış torpaqlardan istifadə edilməsi, beton tələb olunan sahələrdə bundan istifadə edilməməsi və sair faktlar daha çox qabardılaraq, burada iri məbləğdə yeyintiyə diqqət çəkilir. Üstəlik, həmin MMC-nin sahibi Xəyal Aslanzadənin Qorxmaz Hüseynov və onun qardaşına bağlı olduğu xəbərlərin bir çox dövrü mətbuatda tez-tez hallanması və orada qeyd edilən faktlar da bu «xəmirin hələ çox su» aparacağını göstərir».
Qardaş və bacıoğlu ASC sədrini fakt qarşısında qoyub?
Mənbənin sözlərinə görə, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova yaxın şirkətlərin milyonlarla «davranışları» ilə bağlı toplanan kompromatlar da, onun qardaşı və bacısı oğlunun da adı çox hallandırılır: «Deyə bilərəm ki, artıq sadalanan faktlarla yanaşı, Qorxmaz Hüseynovun bacısı oğlunun Hacıqabulda su və kanalizasiya sisteminin tikintisinə ayrılmış 250 milyon manatın bir hissəsini hansı «variantlar»dan istfadə edərək mənimsəməsi və qardaşı Məhəmməd Hüseynovun sahibi olduğu "Sənaye Tikinti-M” MMC vasitəsiylə hansı maliyyə fırıldaqlarına yol verməsi xəbərləri də ASC sədrinə çox ciddi problemlər yaradıb. Düşünürəm ki, bu tip maliyyə fırıldaqları yaxın gələcəkdə Qorxmaz Hüseynova daha çox zərbələr gətirəcək. Yəni onun bu vəziyyətdən çətin çıxacağını düşünənlər də az deyil…».
Qorxmaz Hüseynovun siyasi hakimiyyətdə güc sahibi olan qrupa qarşı "ağıllı manevri”...
Müsahibimiz Qorxmaz Hüseynovun haqqında çox ciddi siyasi skandallar yaradacaq bir neçə məqamı da bölüşüb. Onun sözlərinə görə, Qorxmaz Hüseynov daha çox təzyiq gördüyü qrupun hədəfindən yayınmaq üçün bir neçə «ağıllı manevr» də edib. O, hətta həmin qrupun «hədəfi»ində olan başqa nüfuzlu bir şəxslə yaxınlıq qurmağa başlayıb: «Prosesləri diqqətlə izləyən şəxs kimi görürəm ki, bu fakt Qorxmaz Hüseynovun rəqiblərinin xəbəri yoxdur. Olsaydı, əminəm ki, bunu çoxdan dövriyyəyə buraxmaqla, Qorxmaz Hüseynova daha böyük zərbə vurardılar».
Mənbə sonda Q.Hüseynovun oğlunun harada oxuması və digər maraqlı faktlardan da söz açıb. Bu və ya digər məlumatların isə ciddi araşdırmaya ehtiyacı var. Bizi izləyin!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|