ƏHMƏD ƏHMƏDZADƏDƏN PREZİDENTƏ ŞİKAYƏT
Tarix: 13-02-2012, 12:42 | Çap et
“HƏYƏTYANI TORPAQLARIMIZI, BAXÇAMIZI DAĞIDIB BƏNDATMAYA SƏRF EDİB”
2010-cu ilin yazında baş vermiş Kür-Araz daşqınlarının nəticələrinin aradan qaldırılması və gələcəkdə anoloji hadisələrin təkrarlanmaması üçün həyata keçirilən tədbirlərdən biri də bu çayların sahillərində etibarlı bəndvurma və sahilbərkitmə işlərinin aparılmasıdır. Nazirlər Kabinetinin 197s saylı sərəncamına uyğun olaraq bu istiqamətdə xeyli həcmdə vəsait ayrılıb. Təkcə Sarısu gölü ətrafında bəndlərin qurulması üçün həmin sərəncama əsasən 17,7 milyon manat vəsait ayrılıb. Nazirlər Kabinetinin sonradan imzalanan və ictimaiyyətdən gizli saxlanılan 08 avqust 2011- ci il tarixli 231s saylı sərəncamına əsasən bu vəsait 20,7 milyon manata qədər artırıldı. Digər tərəfdən Kür və Araz çayları ətrafında bəndlərin möhkəmləndirilməsi üçün 197s saylı sərəncama əsasən 9,2 milyon manat vəsait ayrılıb. Təbii ki, bütün bu vəsaitlərin xərclənməsi və işlərin həyata keçirilməsi Meliorasiya və Su Təsərrüfatı ASC- ə həvalə edilib. Amma vəsaitin artırılmasına baxmayaraq sözü gedən qurumun gördüyü işlər daşqınların təsirinə məruz qalmış vətəndaşların narazılığına səbəb olur.
Bu yaxınlarda Sabirabad, Saatlı və Salyan rayonundan olan, Kür daşqınlarının təsirinə məruz qalan bir qrup sakin prezident İlham Əliyevə, fövqəladə hallar naziri Kəmaləddin Heydərova, Meliorasiya və Su Təsərrüfatı ASC-yə və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına müraciət edərək Kür şayı ətrafında sahilbərkitmə işləri zamanı onlara məxsus həyətyanı torpaq sahəsinin, baxçaların, meyvə ağaclarının məhv edilərək bəndvurmaya sərf olunduğunu bildiriblər. Sakinlər öz məktublarında yazırlar: “Bizim kəndimiz 3 aya yaxın sel sularının altında qalıb. Ev-eşiyimizə, həyətyanı torpaqlarımıza, bağımıza, əkin- biçinimizə, meyvə ağaclarımıza ciddi ziyan dəydi. Daşqınların ağrı- acılarından qurtarmamış Meliorasiya və Su Təsərrüfatı ASC Kür çayı ətrafında bəndvurma üçün bizim həyətimizi, əkin sahələrimizi, meyvə ağaclarımızı, hətta bəzilərimizin yardımçı tikililərini, tövlələrini belə dağıdıb bəndvurmaya sərf edib. Çox acınacaqlı haldır ki, sözü gedən idarənin əməkdaşları bu işi görərkən ağır texnikanın köməyindən istifadə edib və bizimlə məsləhətləşmədən, razılığımızı almadan bu işi həyata keçirib. Nəticədə bizə xeyli maddi və mənəvi ziyan dəyib. Bəndatmanın asan və ucuz yolunu tapıblar. Yaxınlıqda olan, insanlara məxsus həyətyanı torpaqları, ağacları, eləcə də münbit meşə torpaqlarını daşıyıb bəndatmaya vururlar. Halbuki, bu iş üçün dövlət büdcəsindən böyük miqdarda vəsait ayrılıb ki, bəndvurmaya daşınan torpaqlar kənardan gətirilsin və yararsız torpaqlardan istifadə olunsun. Biz öz haqqımızı tələb edir, təsərrüfatımızın bərpa olunmasını və bizə dəyən ziyanın ödənilməsini tələb edirik. Əks halda məhkəmə orqanlarına müraciət edəcəyik.”
Sakinlərin məktubu barədə Modern.az-a “Kür” Vətəndaş Cəmiyyəti Qərargahından məlumat verilib.
Qərargahdan bildirlib ki, bəzi vətəndaşlar Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumun onların izni olmadan onlara məxsus əraziyə müdaxilə edib təsərrüfatlarına ziyan vurmasını quldarlıq qurluşuna xas hərəkət kimi dəyərləndirərək baş vermiş özbaşınalıq və dərəbəylik hadisəsi ilə bağlı ölkə başçısının ciddi ölçü götürlməsini tələb ediblər. Sakinlər əks təqdirdə məhkəmə orqanlarına müraciət edərək digər etiraz tədbirlərinə əl atacaqlarını bildirirlər.
Xatırladaq ki, 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınları zamanı bəndatma və sahilbərkitmə işlərinin etibarlı aparılmaması səbəbindən fəlakətin təsirinə məruz qalmış bir qrup sakin dəyən ziyanın ödənilməsi tələbi ilə Meliorasiya və Su Təsərrüfatı ASC- ni məhkəməyə verib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|