İRAN, İSRAIL VƏ AZƏRBAYCAN...
Tarix: 22-02-2012, 12:30 | Çap et
DÜŞMƏNİMİN DÜŞMƏNİ MƏNİM DOSTUMDUR
İranın nüvə planları ətrafında qarşıdurmanın kəskinləşdiyi şəraitdə Azərbaycanda politoloqlar hakimiyyəti İsrail və Qərb qurumları ilə təhlükəsizlik sahəsində əlaqələri möhkəmləndirməyə çağırırlar.
Hələlik Bakı İranın nüvə məsələsi ilə bağlı beynəlxalq gərginliyin artmasına Azərbaycanın necə reaksiya vermək niyyətində olduğunu şərh etmir. Lakin respublikada baş verən həbslər belə düşünməyə əsas verir ki, prezident İlham Əliyevin administrasiyası Azərbaycanda ehtimal olunan İran mənbələrinə hücum edir.
İsrail-Azərbaycan əlaqələri – müsəlman aləmindəki çoxdankı anomaliya- bir sıra istiqamətlər üzrə inkişaf edir: telekommunikasiya sahəsindəki investisiyalardan tutmuş hərbi texnikanın, avadanlıq və neftin göndərilməsinə kimi. Fevralın 11-də bu münasibətlərin daha da dərin olması üzə çıxıb. Belə ki, Londonun “Times” qəzetində dərc edilən məqalədə bildirilib ki, İsrailin “Mossad” kəşfiyyat xidməti Azərbaycan ərazisində İran haqqında informasiya toplayır.
Tehran isə daha uzağa gedərək bəyan edib ki, “Mossad”ın əməkdaşları Azərbaycanda İranın nüvə üzrə alimlərinin məhv edilməsinə dair plan hazırlayır. Fevralın 13-də Bakı bu fikirləri təkzib edərək “yalan, uydurma və böhtan” adlandırıb. Fevralın 21-də Tehran növbəti dəfə öz “oyun stavkası”nı qaldırdı: Belə ki, Bakının bəyanatına görə, İran vertolyotu Astara sərhəd şəhəri ərazisində Azərbaycanın hava məkanını pozub”. Bu barədə “Turan” İA məlumat yayıb.
Xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə belə hesab edir ki, Azərbaycanı bu cür insidentlərlə İsraildən aralanmağa məcbur eləmək olmaz. “Bakı İranın kəşfiyyat agenturalarının aşkar edilməsi işində Qərb dövlətləri ilə əməkdaşlıq etməlidir, belə ki, onların fəaliyyəti Azərbaycanın təhlükəsizliyinə real zərbə vurur”, - postsovet dövrünün ilk illərində eks-prezidentlər Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyevlə işləmiş V.Quluzadə bildirib.
Azərbaycanın dərin mədəni-tarixi tellərlə bağlı olduğu İrandan həmişə Bakıda suyu bulandırmaq cəhdində şübhələnirlər – ya müsəlman şiələrin iştirakı ilə etiraz aksiyaları vasitəsilə, ya da daha qətiyyətli addımların atılması ilə, məsələn bu yaxınlarda İsrailin Bakıdakı səfiri Mixael Lotemə qarşı planlaşdırılan sui-qəsd kimi.
V.Quluzadənin fikrincə, “Times” qəzetində dərc edilən yazı ilə bağlı İranın qaldırdığı hay-küy nəzərdə tutulan tendensiyanın, məhz “Bakını sıxmaq və onun İsraillə əməkdaşlığını məhdudlaşdırmaq” cəhdlərinin tərkib hissəsini təşkil edir.
Ölkənin keçmiş milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər də kəşfiyyat əməliyyatları çərçivəsində Qərblə əlaqələrin möhkəmləndirilməsinə təkid edir və bildirir ki, Azərbaycanın hüquq-mühafizə orqanları İranın nəzərdə tutulan fəaliyyətinin qarşısını təkbaşına almaq iqtidarında deyil. “Mən Azərbaycanın hüquq-mühafizə orqanlarının ABŞ, Türkiyə və digər ölkələrdən olan həmkarları ilə əməkdaşlığı dərinləşdirməsini alqışlayardım”, - Bakı Avroatlantik Əməkdaşlıq Mərkəzinin direktoru Sülhəddin Əkbər vurğulayıb.
“Əlbəttə, Azərbaycanda həm İsrail, həm də İran kəşfiyyatı fəaliyyət göstərir”, - o etiraf edib və belə hesab edir ki, “regiondakı vəziyyəti nəzərə alsaq, bu fəaliyyət bundan sonra da genişlənəcək”. Eyni zamanda o, iranlı alimlər “ovunda” Azərbaycanın “Mossad”la əməkdaşlığının mümkünlüyünü istehza ilə qeyd edərək vurğulayıb ki, bu cür hərəkətlər “bizim milli maraqlarımıza uyğun deyil”.
“Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bu fikirləri bölüşərək əlavə edib ki, “Bakı ABŞ, Türkiyə və İsrailin kəşfiyyat agentlikləri” ilə guya mövcud olan əməkdaşlığı genişləndirməklə yanaşı, Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə qarşılıqlı əlaqələri də genişləndirməlidir.
Fevralın 15-də İranın etiraz notası ilə çıxışından bir neçə gün sonra prezident İlham Əliyev Brüsseldə NATO-nun baş qərargahına gedib. O, Əfqanıstan milli ordusunun fonduna maliyyə vəsaitinin köçürülməsi üzrə uzunmüddətli aksiyalarda iştiraka maraq göstərib və NATO-nun Əfqanıstanda hərbi kampaniyası çərçivəsində Azərbaycanın öz ərazisindən uçuşlara, qoşunların və yüklərin tranzitinə icazə verməsini, həmçinin ərazinin minalardan təmizlənməsində iştirakını qeyd edib. Potensial maliyyə vəsaitinin həcmi açıqlanmayıb.
Bununla belə, görünür, Bakı İrana qarşı müstəqil “preventiv tədbirlər” həyata keçirir.
Belə ki, son günlər Bakının islam konservatizmi ilə tanınan Nardaran qəsəbəsində 15 nəfər, o cümlədən Azərbaycan İslam Partiyasının (AİP) Ali Məclisinin üzvü Natiq Kərimovun qardaşı Niyazi Kərimov hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Çoxdandır ki, respublika hakimiyyəti 1996-cı ildən qadağa altında olan bu partiyanın İran tərəfindən maliyyələşdirilməsindən şübhələnir. Bu, Azərbaycanda Bakının İsraillə əlaqələrini tənqid edən yeganə siyasi qurumdur.
“Turan” İA-nın məlumatına görə, həbslərin səbəbləri və hansı qurumlar tərəfindən həyata keçirildiyi açıqlanmır. Fevralın 20-də AİP öz bəyanatında bu həbsləri “siyasi motivli” adlandırıb.
“Turan” İA-nın məlumatına görə, daha bir analoji insident çərçivəsində görkəmli din xadimi, Bakının Binə qəsəbəsindəki məscidin mollası, İran seminariyasında təhsil almış Hacı Axund İlham saxlanılıb. Fevralın 17-də Milli Təhlükəsizlik Nazirliyi mollanın həbsilə bağlı məsələni şərh etməkdən imtina edib.
Həmçinin fevralın 17-də Bakı polisi bir sıra İran KİV-nin, o cümlədən Sahar informasiya kanalının yerli ştatdankənar müxbiri Anar Bayramlını saxlayıb. A.Bayramlı qanunsuz narkotik maddə saxlamaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunur. Jurnalistin qardaşı Eldar narkotik maddə saxlanması ilə bağlı ittihamı rədd edib. O, “Turan” İA-ya bildirib ki, son bir neçə həftə ərzində dəfələrlə qardaşını yerli polis məntəqəsinə aparıblar və onun siyasi baxışları barədə soruşublar. A.Bayramlının vəkili Anar Qasımov EurasiaNet.org-a bildirib ki, hələlik müttəhimlə görüşə bilməyib. O, əlavə edib ki, jurnalistə qarşı irəli sürülən ittihamla bağlı rəsmi məlumatı yoxdur.
İranın Bakıdakı səfirliyi bu həbsi pisləyərək xəbərdarlıq edib ki, bu, Tehranla münasibətlərə zərər vura bilər. Lakin cənubda İranla, şimalda Rusiya ilə, qərbdə düşmən Ermənistanla qonşu olan Azərbaycan öz diplomatik kartları ilə ehtiyatla oynamağı çoxdan öyrənib.
Fevralın 14-də İranı “antiazərbaycan fəaliyyətinə görə” tənqid edən Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov bildirib ki, Azərbaycan heç zaman öz ərazisindən İrana qarşı istifadə olunmasına yol verməz. Bu vədi ölkə prezidenti İlham Əliyev də tez-tez təkrar edir.
“Bu mövqenin dəyişməsi üçün heç bir əsas yoxdur”, - politoloq Elxan Şahinoğlu qeyd edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|