MİLLİ MƏCLİS QƏRAR LAYİHƏSİ HAZIRLAYIR
Tarix: 24-02-2012, 13:46 |
Çap et
DEPUTATLAR XOCALI İLƏ BAĞLI FİLMƏ BAXIBLAR
Fevralın 24-də Milli Məclisin Xocalı soyqırımının 20-ci ilinə həsr olunmuş xüsusi iclasında soyqırımı haqqında film nümayiş etdirilib.
“Media forum” saytı xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Xocalı soyqırımı, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi digər qətliamlar haqqında məruzə ilə çıxış edib.
Daha sonra Milli Məclisdə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qərar layihəsini hazırlamaq üçün komissiya yaradılıb. Ziyafət Əsgərovun rəhbərlik etdiyi komissiyaya deputatlar Çingz Qənizadə, Rasim Musabəyov, Mübariz Qurbanlı, Jalə Əlyieva və Fuad Muradov daxildir.