Məscid-i Aksanın və Məhd kilsəsinin işıqları söndürüldü - QÜDSDƏ QARANLIQ
Tarix: 7-12-2017, 11:16 |
Çap et
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı ilə eyni anda Şərqi qüdsdəki Məscid-i Aksanın və xristian inancına görə Həzrəti İsanın anadan olduğu yer sayılan İordan çayının qərb sahilindəki Məhd Kilsəsi meydanındakı Noel ağacının işıqları söndürülüb.
Lent.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Məscid-i Aksanın işıqlarının söndürülməsi ilə bağlı Qüds İslam Vəqfləri İdarəsindən heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Məscid-i Aksa müsəlmanların üçüncü müqəddəs ibadət yeri kimi qəbul edilir.