Əsas Səhifə > Dünya > Məscid-i Aksanın və Məhd kilsəsinin işıqları söndürüldü
Məscid-i Aksanın və Məhd kilsəsinin işıqları söndürüldü7-12-2017, 11:16 |
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı ilə eyni anda Şərqi qüdsdəki Məscid-i Aksanın və xristian inancına görə Həzrəti İsanın anadan olduğu yer sayılan İordan çayının qərb sahilindəki Məhd Kilsəsi meydanındakı Noel ağacının işıqları söndürülüb. Lent.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Məscid-i Aksanın işıqlarının söndürülməsi ilə bağlı Qüds İslam Vəqfləri İdarəsindən heç bir açıqlama verilməyib. Qeyd edək ki, Məscid-i Aksa müsəlmanların üçüncü müqəddəs ibadət yeri kimi qəbul edilir. Geri qayıt |