Etirazlar bir neçə gündən sonra başa çatacaq - İran Təhlükəsizlik Şurası
Tarix: 2-01-2018, 10:16 |
Çap et
İrandakı etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı dayanır.
Trend-in məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamhani deyib.
O qeyd edib ki, həmin ölkələr sosial şəbəkələrdə etiraz aksiyalarının keçirilməsi ilə bağlı aparılan kampaniyaya rəhbərlik edirlər:
"Bizim təhlillərimizə əsasən, İran əleyhinə yeni "heşteq"lərin 27 faizi Səudiyyə rəhbərliyi tərəfindən yaradılıb".
Ə.Şamhani etirazların bir neçə gündən sonra başa çatacağını bildirib.
Qeyd edək ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı 10 nəfərin öldüyü bildirilir.