Əsas Səhifə > Dünya > Etirazlar bir neçə gündən sonra başa çatacaq
Etirazlar bir neçə gündən sonra başa çatacaq2-01-2018, 10:16 |
İrandakı etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı dayanır. Trend-in məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamhani deyib. O qeyd edib ki, həmin ölkələr sosial şəbəkələrdə etiraz aksiyalarının keçirilməsi ilə bağlı aparılan kampaniyaya rəhbərlik edirlər: "Bizim təhlillərimizə əsasən, İran əleyhinə yeni "heşteq"lərin 27 faizi Səudiyyə rəhbərliyi tərəfindən yaradılıb". Ə.Şamhani etirazların bir neçə gündən sonra başa çatacağını bildirib. Qeyd edək ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı 10 nəfərin öldüyü bildirilir. Geri qayıt |