Maduro Latın Amerika xalqlarını kritovalyuta ətrafında birləşməyə çağırdı
Tarix: 13-01-2018, 14:54 |
Çap et
Venesuela prezidenti Nikolas Maduro Latın Amerikası dövlətlərini yeni kriptovalyuta El Petronun buraxılması və inkişafına dəstək verməyə çağırıb.
Avropa.info xəbər verir ki, o, bu barədə “Bizim Amerika xalqları üçün Bolivar alyansı – Xalqları ticarət müqaviləsi” forumunda danışıb.
Onun sözlərinə görə, kriptovalyuta ölkənin suverenliyini imperialist dövlətlərdən qoruyacaq, həmçinin regional və müstəqil maliyyə sistemlərinin yaradılmasına kömək edəcək.
Qeyd edək ki, 2017-ci ilin 3 dekabrında Nikolas Maduro Venesuelanın öz kritovalyutası El Petronu yaradacağını bəyan etmişdi.