Əsas Səhifə > Dünya > Maduro Latın Amerika xalqlarını kritovalyuta ətrafında birləşməyə çağırdı
Maduro Latın Amerika xalqlarını kritovalyuta ətrafında birləşməyə çağırdı13-01-2018, 14:54 |
Venesuela prezidenti Nikolas Maduro Latın Amerikası dövlətlərini yeni kriptovalyuta El Petronun buraxılması və inkişafına dəstək verməyə çağırıb. Avropa.info xəbər verir ki, o, bu barədə “Bizim Amerika xalqları üçün Bolivar alyansı – Xalqları ticarət müqaviləsi” forumunda danışıb. Onun sözlərinə görə, kriptovalyuta ölkənin suverenliyini imperialist dövlətlərdən qoruyacaq, həmçinin regional və müstəqil maliyyə sistemlərinin yaradılmasına kömək edəcək. Qeyd edək ki, 2017-ci ilin 3 dekabrında Nikolas Maduro Venesuelanın öz kritovalyutası El Petronu yaradacağını bəyan etmişdi. Geri qayıt |