Türkiyə Rusiya ilə birgə ABŞ-a qarşı plan hazırlayır
Tarix: 8-02-2018, 08:49 |
Çap et
Rusiya, İran və Türkiyə tərəfindən ABŞ-ın maraqlarına uyğun olmayan yeni bir plan qurulur. ABŞ-ın atacağı hər bir addım isə sözügedən ölkələrin yaratmaq istədiyi planı pozmağa yönəlik olacaq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Suriyada başqa hesabları olduğu istiqamətindəki mesajını dəyərləndirən AKP-çi Məhməd Mətinər deyib.
Qeyd edilir ki, Türkiyə lideri Ərdoğan və hökumət rəsmiləri tez-tez Menbiçin də gündəmdə olduğunu vurğulayır. Türkiyə ABŞ-ın PYD/YPG-yə silah verməməsini və Menbiçdən geri çəkilməsini istəyir.
"Sizin Türkiyəyə yönəlik hesabınız var, deməli sizin İrana, Rusiyaya yönəlik hesabınız da var. Amma biz yerimizdə dim-dik dururuq və dayanacağıq", - Mətinər söyləyib.