Əsas Səhifə > Dünya > Türkiyə Rusiya ilə birgə ABŞ-a qarşı plan hazırlayır
Türkiyə Rusiya ilə birgə ABŞ-a qarşı plan hazırlayır8-02-2018, 08:49 |
Rusiya, İran və Türkiyə tərəfindən ABŞ-ın maraqlarına uyğun olmayan yeni bir plan qurulur. ABŞ-ın atacağı hər bir addım isə sözügedən ölkələrin yaratmaq istədiyi planı pozmağa yönəlik olacaq. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Suriyada başqa hesabları olduğu istiqamətindəki mesajını dəyərləndirən AKP-çi Məhməd Mətinər deyib. Qeyd edilir ki, Türkiyə lideri Ərdoğan və hökumət rəsmiləri tez-tez Menbiçin də gündəmdə olduğunu vurğulayır. Türkiyə ABŞ-ın PYD/YPG-yə silah verməməsini və Menbiçdən geri çəkilməsini istəyir. "Sizin Türkiyəyə yönəlik hesabınız var, deməli sizin İrana, Rusiyaya yönəlik hesabınız da var. Amma biz yerimizdə dim-dik dururuq və dayanacağıq", - Mətinər söyləyib. Geri qayıt |