Dünyada koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü
Tarix: 2-06-2020, 08:24 |
Çap et
Dünyada 376 mindən çox insan koronavirus pandemiyasının qurbanı olub.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, ayrı-ayrı ölkələrdə COVID-19 qurbanlarının sayı 376 219 nəfərə çatıb. Virusun aşkarlandığı ölkələrdə həmçinin 6 340 574 nəfər koronavirusla bağlı analizlərin müsbət nəticələrini alıb.
Bu halda infeksiyaya yoluxmuş 2,88 milyondan çox pasiyent sağalıb.
Hazırda dünyada 3 078 044 insan aktiv koronavirus xəstəsi hesab edilir. Məlumata görə, COVID-19-a yoluxmuş 53 415 pasiyentin vəziyyəti ağırdır.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.