Əsas Səhifə > Dünya > Dünyada koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü
Dünyada koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü2-06-2020, 08:24 |
Dünyada 376 mindən çox insan koronavirus pandemiyasının qurbanı olub. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, ayrı-ayrı ölkələrdə COVID-19 qurbanlarının sayı 376 219 nəfərə çatıb. Virusun aşkarlandığı ölkələrdə həmçinin 6 340 574 nəfər koronavirusla bağlı analizlərin müsbət nəticələrini alıb. Bu halda infeksiyaya yoluxmuş 2,88 milyondan çox pasiyent sağalıb. Hazırda dünyada 3 078 044 insan aktiv koronavirus xəstəsi hesab edilir. Məlumata görə, COVID-19-a yoluxmuş 53 415 pasiyentin vəziyyəti ağırdır. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Geri qayıt |