Qərb Gürcüstanın daxili məsələlərinə qarışır .....                     Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” .....                     Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... .....                     “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” .....                     Zelenski AĞ BAYRAQ qaldırdı? .....                     “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                     Həm Prezidentə, həm də Qərbə əlvida .....                     SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? .....                     Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                 

Gürcüstanda Rusiya xofu: - Təcavüzə qarşılıq verməkdən çəkinirlər
Tarix: 11-03-2021, 10:59 | Çap et
Gürcüstanda Rusiya xofu:
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN), işğalçı rejimin nümayəndələri tərəfindən bir Gürcüstan vətəndaşını qaçırmaq cəhdinin qarşısını aldı, işğalçıların özləri isə sərbəst buraxıldı. Bu barədə “Georgia Online” xəbər verir.

Hər şey standart sxemə görə baş verdi: Cənubi Osetiyanın bir qrup rus işğalçısı Xurvaleti kəndi ərazisindəki işğal xəttini keçdi və işğal xəttindən 500 metr məsafədə işləyən traktor sürücüsü Ramaz Çalaurini tutmağa çalışdı. Sürücü onları tez görməyə müvəffəq oldu və dərhal qaçmağa çalışdı, eyni zamanda 112-yə zəng etdi və ona atəş açan silahlı insanlar tərəfindən qaçırılmaq təhlükəsi olduğunu bildirdi. Hadisə yerinə gələn Gürcüstan DİN-in dəstəsi vətəndaşın qaçırılmasına imkan vermədi.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) verdiyi məlumata görə, vətəndaşın qanunsuz həbsinin qarşısı alındıqdan və buna cəhd edənlər saxlanıldıqdan sonra, polis “qaynar xətt” (“qaynar xətt” Avropa Birliyinin Monitorinq Missiyası tərəfindən 15 sentyabr 2008-ci ildə yaradılıb) vasitəsi ilə separatçı rejimin nümayəndələri ilə əlaqə qurdu və vəziyyət stabilləşdirildi.

Son illərdə beynəlxalq vasitəçilərin səyləri bahasına, işğal xətti boyunca mütəmadi olaraq qaçırılan, Tsxinvaliyə aparılmış, kameralarda saxlanılan və sonradan böyük çətinliklə sərbəst buraxılan Gürcüstan vətəndaşlarının sayı onlarladır. Üstəlik, indiyə qədər Gürcüstan tərəfi bu cür hərəkətlərin qarşısını almağa imkan tapa bilmirdi. Amma indi işğalçıları bu cür cinayətlərə görə cəzalandırmaq üçün çox uğurlu bir fürsət yaranmışdı.

Axı, onlar tərəflərin ayrılma xəttindən yüzlərlə metr məsafədə tutuldular. Yəni, onlar mühasirəyə alına, həbs oluna və bir neçə həftə həbsxanada saxlanıla bilərdi. Ancaq, nədənsə bu, baş vermədi.

Sual budur ki, niyə? Tiflis, sərt davranışlar səbəbindən Moskvanın hərbi təcavüzünün təkrarlamasından qorxur? Yoxsa başqa səbəblər, izahatlar var?

AYNA sualları qonşu ölkənin tanınmış analitiklərinə ünvanlayıb.

Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı mütəxəssisi Gela Vasadze:

“Əslində, bu hökumət hər zaman hər hansı bir səbəbdən Moskva ilə münasibətləri kəskinləşdirməkdən qorxurdu. Niyə? Bir çox versiyanı eşitmişəm: deyirlər ki, bu hakimiyyət əvvəlkinə qarşı çıxdı və əvvəlkilər münasibətləri hər hansı bir səbəbdən ağırlaşdırdısa, indikilər əksinə, bundan çəkinməyə çalışır. Daha bir versiya - İvanişvilinin Putindən fərdi bir qorxusu olduğu versiyasıdır və hakimiyyətin bu qədər qəribə davranışın səbəbi də budur.

Bu versiyaların ayrı-ayrılıqda və ya birlikdə həqiqət olub-olmadığını bilmirəm, amma fakt faktlığında qalır - təcavüzkara cavab vermək və ya ən azından vətəndaşların həyatı və təhlükəsizliyinin qorunacağı şəraiti yaratmaq əvəzinə, təcavüzkara tam hərəkət azadlığı verərək, onu cəzasız şəkildə digər addımlara təhrik edirik”.

Qara Dəniz Beynəlxalq Universitetinin professoru, politoloq Nika Çitadze:

“Düşünürəm ki, Gürcüstan hakimiyyəti Rusiya tərəfinin təxribatlarına reaksiya verməkdən çəkinir və bu, daha çox yeni bir təcavüz ehtimalı qorxusu ilə deyil, Gürcüstanın ərazilərinə daha dərin nüfuz etmək və sair kimi, təmas xəttində yeni pozuntulara səbəb olacağı gözləntiləri ilə əlaqəlidir.

Hesab edirəm ki, Gürcüstan hakimiyyəti, bu rus əsgərlərini saxlaya və işğal altındakı bölgələrdə həbsxanalarda olan Gürcüstan vətəndaşları ilə dəyişdirə bilərdi”.

Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitutunun Beynəlxalq Əlaqələr Məktəbinin rəhbəri, professor Tornike Şaraşenidze:

“Bəli, düşünürəm ki, buradakı cavab açıq şəkildə özünü göstərir. Səlahiyyətlilərimiz, əlbəttə ki, Rusiya hərbçilərinin saxlanılması və həbs edilməsi kimi addımların Moskvadan cavaba, yeni təcavüzkar addımlara səbəb olacağından qorxurlar.

Eyni zamanda, düşünürəm ki, səlahiyyətlilər bu iki rus hərbçisini sərbəst buraxaraq, belə demək mümkünsə, Moskvaya qarşı xoşməramlı bir jest etdiklərinə və Kremlin də bunu qiymətləndirəcəyinə və öz növbəsində, sonradan indi Tsxinvali həbsxanasında olan Gürcüstan vətəndaşlarını azad edəcəyinə ümid edirlər. Məsələ bu qədər sadədir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43
Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36
“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30
Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36
Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru