Aİ ölkələri əcnəbilər üçün giriş qaydalarını yumşaltmağa çağırıb
Tarix: 13-03-2021, 08:21 |
Çap et
İqtisadiyyatı üçün turizm sahəsi mühüm rol oynayan bir qrup Avropa İttifaqı ölkəsi xaricdən Aİ-yə giriş məhdudiyyətlərini yumşaltmağa çağırıb.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi Aİ-nin diplomatik dairələrində olan mənbələrinə istinadən bildirib.
Məlumata əsasən, bir sıra Avropa ölkələri koronavirus ilə bağlı testin neqativ çıxmış, peyvənd olunmuş və ya COVID-19-dan sağalan əcnəbilər üçün Aİ-yə giriş imkanını tətbiq etməyi təklif edib.
Bir sıra ölkələr, ilk növbədə Böyük Britaniyadan gələn səyahətçilərə, əcnəbilərə birtərəfli sərhədlərin açılması üçün planlar hazırlayır.