“Soyuq müharibə” dövrünə qayıdırıq - Bakı necə mövqe tutmalı?
Tarix: 19-03-2021, 08:54 | Çap et
ABŞ-Rusiya münasibətləri Co Baydenin Vladimir Putinin ünvanına dediyi sərt ittihamdan sonra qırılma həddinədək kəskinləşib. Şübhəsiz ki, iki superdövlətin qarşı-qarşıya gəlməsi dünyaya yaxşı heç nə vəd etmir, ən yaxşı halda yenidən “soyuq müharibə” dövrünə qayıdış başlayır. Bu isə yeni dünya düzəni, hərbi və siyasi birliklərin yenidən təşkilatlanması, güclərin bölünməsi deməkdir.
Qeyd edək ki, Bayden Putinin 2020-ci ildə ABŞ-da keçirilən seçkilərə müdaxilə etdiyinə görə cavab verməli olduğunu deyib. “O, cavab verəcək”, - deyən Bayden əlavə edib ki, dövlət başçıları arasında yanvar ayında baş tutan danışıqlarda Putinə mümkün cavabla bağlı xəbərdarlıq edib. C.Bayden ABC-yə açıqlamasında Rusiya prezidenti V.Putinin ABŞ-dakı seçkilərə müdaxiləsinin “cəzasını çəkəcəyini” söyləyib.
Paralel olaraq Rusiyaya qarşı sanksiyalar dalğasının əhatə dairəsi də genişləndirilib. Belə ki, ABŞ Rusiyanı silah ixracının və idxalının tam qadağan olunduğu ölkələrin siyahısına daxil edib. ABŞ Dövlət Departamentinin saytında dərc olunan sənədə əsasən, qərar martın 18-dən qüvvəyə minib. “Birləşmiş Ştatların siyasəti Rusiya üçün nəzərdə tutulan müdafiə məhsullarının və xidmətlərinin ixracına və ya digər icazələrə lisenziya verilməsindən imtinanı nəzərdə tutur”, - sənəddə bildirilir. Dövlətlərin kosmos sahəsində əməkdaşlığı çərçivəsində həyata keçiriləcək əməliyyatlar və sentyabrın 1-dək kommersiya kosmik uçuşları istisna təşkil edir. Sənədə əsasən, Rusiya siyahıda Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Kipr, Konqo Demokratik Respublikası, Eritreya, İraq, Livan, Liviya, Somali, Cənubi Sudan və Zimbabve ilə bir sırada yer alıb.
Öz növbəsində Kreml də də təzyiqlərin qarşılığında geri çəkilmək niyyətində olmadığını nümayiş etdirməkdədir. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Moskvaya çağırılıb. Bu barədə Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Moskvaya məsləhətləşmələrə dəvət edilib”, - Zaxarova vurğulayıb. “Soyuq müharibə”nin elementləri gündən-günə artmaqdadır. Azərbaycanın böyük qonşusu ilə dünyanın supergücü arasında yaşanan və getdikcə artan gərginlik nəinki ölkəmiz, yaxud digər postsovet ölkələri, ümumilikdə dünya üçün təhlükəli perspektivlər vəd edir. Söhbət iki nüvə nəhənginin qarşıdurmasından gedir. Üstəlik, Baydenin təhdidlərinə Rusiya rəhbərliyindən sərt qarşılıq verilməsi durumu kritikləşdirir.
Belə olan halda haqlı sual ortaya çıxır: gərginlik dünyaya və Rusiyanın yaxın qonşusu olan Azərbaycana nə vəd edir? Bu yerdə yada salaq ki, Rusiyanın Qarabağ məsələsində həlledici mövqeyi heç şübhəsiz Vaşinqtonu razı sala bilməzdi. Üstəlik, sülhməramlıların Qarabağda olması da Ağ Evin maraqları çərçivəsində deyil. Məntiqlə, Vaşinqton Bakını seçim qarşısında qoymağa çalışa bilər. Son zamanlar ABŞ Konqresində anti-Azərbaycan təzahürlərinin yenidən baş qaldırması da haqlı narazılıqlara səbəb olub. Düzdür, Ağ Evin yeni sahibi ilə Azərbaycan rəhbərliyi arasında münasibətlər yüksək səviyyədədir. Hələ 2016-cı ilin martında Azərbaycan Prezidenti ABŞ səfəri zamanı vitse-prezident vəzifəsini tutan Co Baydenlə çox faydalı bir görüş keçirmişdi. Səmimi atmosferdə baş tutan görüşdə iki ölkənin münasibətlərinin perspektivləri müzakirə mövzusu olmuşdu. Elə cənab Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə göndərdiyi təbrik məktubu da bu səmimiyyətin və ABŞ-ın Azərbaycana böyük önəm verməsinin göstəricisidir. “Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzu edirəm. Bu yenilənmə çağı bizim əməkdaşlığımızın və sülhə sadiqliyimizin bir daha vurğulanması üçün fürsətdir”, təbrik məktubunda deyilir.
"Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq. Biz, həmçinin iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır. Yeni ilin və yeni baharın gəlişi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram", - Baydenin məktubunda daha sonra bildirilir. Bu, həm də ondan xəbər verir ki, Rusiya ilə “soyuq müharibə”də ABŞ Azərbaycanı öz yanında görməyə çalışacaq. Ancaq Qoşulmayanlar Hərəkatının üzvü olaraq rəsmi Bakının hətta İran ətrafında cərəyan edən proseslər zamanı da tərəfsiz davranması, öz ərazisindən qonşu ölkəyə qarşı istifadəyə imkan verməməsi faktdır. Üstəlik, elə Tramp dövründə Rusiyaya qarşı basqılar davam edərkən Bakı Moskva ilə münasibətlərində hansısa korrektələr etmədi, əksinə, sanksiyalara məruz qalan şimal qonşumuzu kənd təsərrüfatı məhsulları ilə təmin etdiyinə görə rusiyalı rəsmilərin dəfələrlə təşəkkürünü eşitdik. Düzdür, bir sıra hallarda Rusiya Azərbaycanı “pomidor sınağı”na çəkir, ancaq Azərbaycan dövləti yaxın qonşuluq, əməkdaşlıq, strateji tərəfdaşlıq haqqında prinsiplərinə sadiqlik nümayiş etdirməkdədir. Elə bu cür tərəfsiz mövqeyinin nəticəsidir ki, Rusiya-NATO, Rusiya-ABŞ ordu rəhbərliyinin görüş məkanı kimi dəfələrlə məhz Bakı seçilib, neytral paytaxt olaraq.
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, son günlər ABŞ-Rusiya münasibətlərində müşahidə edilən ciddi gərginlik təsadüfi deyil: “Bayden prezident seçildikdən sonra Rusiyaya qarşı sərt açıqlamalar verməyə, Rusiyaya yeni sanksiyalar tətbiq etməyə başladı. Bu da birmənalı olaraq hər iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb oldu. Baydenin son kəskin açıqlamaları münasibətləri daha da gərginləşdirdi, münasibətlərin kritik həddə pisləşməsinə səbəb oldu”. Deputatın şübhəsi yoxdur ki, münasibətlərin gərginləşməsi dünyada və bölgədə cərəyan edən hadisələrə çox ciddi təsir göstərəcək. Qarabağ məsələsinə gəldikdə isə C.Bayramov qeyd etdi ki, burada beynəlxalq hüquq Azərbaycanın tərəfindədir bu əraziləri Azərbaycan ərazisi kimi tanıyır: “Bu ərazilərin Azərbaycana aid olması ilə bağlı BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi var. Azərbaycan beynəlxalq hüquqa istinad edərək öz torpaqlarını işğaldan azad edib. Azərbaycandan fərqli olaraq Ermənistan təcavüzkar və işğalçı dövlətdir”. Deputat qeyd etdi ki, Baydenin prezidentliyi dövründə ABŞ-ın bizim bölgədə də aktiv siyasət həyata keçirməyə, siyasi proseslərə müdaxilə etməyə səy göstərəcəyi istisna olunmur: “Azərbaycan bütün dünya ölkələri ilə sağlam münasibətlər və əməkdaşlıq qurmaqda maraqlıdır. Azərbaycan ABŞ-la da çoxtərəfli əməkdaşlığa xüsusi önəm verir. İki ölkə arasında enerji və təhlükəsizlik məsələlərində ciddi əməkdaşlıq var. Azərbaycan bu dövrdə də ABŞ-la əlaqələrin daha da gücləndirilməsində maraqlıdır”.
Bir faktı xatlırlatmaq yerinə düşər: 2018-ci ildə ABŞ-ın İrana qarşı təzyiqləri artırdığı dönəmdə “Sorosun uşağı” N.Paşinyan vəziyyətin ciddi olduğunu vurğulayaraq, Ermənistan-İran sərhəd qapısının qapadıla biləcəyi anonsunu etmişdi. O zaman ermənilər hətta öz nəfəsliyindən belə vaz keçməyə hazır oldular, ABŞ-ın istəyinə rəğmən. Maraqlıdır, görəsən, rəsmi İrəvan bu dəfə, ABŞ-Rusiya savaşında necə davranacaq, forpostu olduğu “ağa”dan imtina edəcəkmi?..
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|