“Putinin Baydenə reaksiyası kiçik itin böyük doqa hürməsinə bənzəyir” – İNOZEMTSEV
Tarix: 22-03-2021, 08:27 | Çap et
Putinlə Bayden arasındakı şifahi atışma getdikcə daha çox “Sən axmaqsan! Axmaq özünsən!” sözləri ilə müşaiyət olunan məhəllə davasına bənzməyə başlayır. Əslində, Putinin sözləri bu ifadədən çox da fərqlənmədi və sonra məktəbdə olduğu kimi, heç kimin müdaxilə etməməsi üçün bir-birini təkbətək söhbətə çağırırlar. Digər tərəfdən Putin Baydeni açıq debata çağırdı və “Sovet anlayışlarına” çağırışı qəbul etməyən Bayden qorxmuş hesb edildi.
Müasir dünyada bu, diplomatik münasibətlərin yeni səviyyəsidir. Lakin bu məsələ ciddi nəticələrə səbəb ola bilər. Putin bəzi rus siyasətçilərinin “qoca marazmatik” adlandırdığı Bayden tərfdən olsa belə, özünə qarşı təhqiri “yeyəcək” liderlərdən deyil. Ancaq bu hekayədə qəribə bir şey var və Amerika tərəfinin Rusiyanı təhrik etməyə çalışdığı aydındır.
Rusiyalı siyasətçi və iqtisadçı Vladislav İnozemtsev Moskva ilə Vaşinqton arasındakı münasibətlərdə nələrin baş verdiyi, bütün bunların nəyə gətirib çıxara biləcəyi, Çinin daha təhlükəli olmasına baxmayaraq, Rusiyanın ABŞ üçün niyə bir nömrəli düşmənə çevrilməsi barədə danışıb.
- İndi Co Bayden ilə Vladimir Putin arasında şifahi bir atışma olduğunu görürük. Bu vəziyyət nə ilə nəticələnəcək?
- Amerikalılar fəlakətli bir şey baş verdiyini düşünmürlər. Putinin müxtəlif hadisələrdə, o cümlədən müxaliflərinin və siyasətindən narazı olan insanların ölümü ilə əlaqəli hadisələrdə iştirak etməsi ABŞ-da yaxşı bilinir. Bu səbəbdən Bayden ABŞ-da çoxdan bəri müzakirə olunan və düşündükləri məsələləri dilə gətirdi. Eyni zamanda, amerikalılar artıq Vaşinqtonun açıqlamasında heç bir üzr və ya düzəliş etməyəcəyini söylədilər, buna görə “Putin qatildir” tezisi qalır. Amerikalılar Rusiyanı təhrik etməyə və reaksiyanın necə olacağını görməyə çalışırlar. Bütün Rusiya elitası isteriyaya başlayıb: Kadırov Baydeni müalicə üçün Çeçenistana çağırdı, Volodin “Bayden dəlidir” deyə qışqırmağa başladı. Yəni Moskvadakı reaksiya tamamilə isterikdir. Putinin “Adını çağıran özü adlanır” cavabı siyasətçilərə xas olan cavab deyil. Bu, tamamilə məhəllə səviyyəsidir və yaddaşlara həkk olunacaq. Baydenin müsahibəsində isteriya yox idi, Putin isə əsəbi idi və bu güclü fərq bilinirdi.
- Vəziyyət bundan sonra necə inkişaf edəcək?
- Putin onsuz da Baydeni debata çağırmışdı, amma amerikalılar bu debatlara vaxtlarının olmadığını söylədilər. Amerikalılar bununla göstərirlər ki, “Belə bir ölkə var. Prezident Putin var. Adam çox şübhəlidir, ancaq onunla danışmaq lazımdır”. Baydenin müsahibəsinin bu hissəsi “Rusiya ilə danışmalı, ehtiyac olduğu yerlərdə bununla məşğul olmalı” olduğuna həsr edilmişdi. Əsas məqam “lazım olduğu yerdə” ifadəsidir. Yəni Putin ABŞ-ın bir dostu deyil, bir tanışı deyil, onunla səmimi bir şəkildə bir şey danışa bilməzsən – səni başa düşmək istəmir. Yəni Rusiya ilə yalnız ehtiyac ucbatından danışacaqlar. Bu, Putinə qarşı daha çox təhqir yox, əksinə onun yerinin göstəricisidir. Rusiya ABŞ üçün sıradan ölkələrdən biridir və bundan artıq statusa malik deyil. Bəlkə də lazım olsa, ruslarla yenidən danışacaqlar.
- Rusiyada Bayden haqda qoca, nə dediyini tam anlamayan xəstə bir insan obrazı yaradırlar. Bu, nə dərəcədə doğrudur? Bayden xəstədir?
- Əslində, Baydenlə edilən bu müsahibə onun xəstə olduğunu düşünənlərin bütün fikirlərini dağıtdı. Müsahibə çox dəqiq və düzgün, müdrik oldu. Onun xəstəliyi ilə bağlı bütün bu söhbətlər Kremlin fərziyyələridir. Bu vəziyyətdə Moskva sadəcə dialoqu qırır. Baydenin əsas mesajı - lazım olmadığı təqdirdə, Moskva ilə dialoqa gedilməyəcəyi idi. Putin əl sıxılmağa layiq deyil, onunla müstəsna hallarda danışılacaq. Baydenin demək istədiyi budur. Heç bir “yenidən sıfırlama”, yumşaltma və ortaq nöqtələr axtarışı gözlənilmir. Yeganə şans dəyişməyə başlamaq üçün Rusiyaya verilir. Medvedyevin dövründə Kremlin müsbət açıqlamaları fonunda bu siyasət həyata keçirildi. İndi münasibətlərdə müsbət bir şey yoxdur və əgər olmasa, nədən danışmaq olar?!
Putin hamını susdurmalı və özü deməli idi: “Həmkarım diplomatik danışmadı, amma keçdik”. Ancaq hinduların qətllərindən, ABŞ-ın problemlərindən danışmağa başlamaq, “Bayden sağlam deyil” və s. demək... Bütün bunlar kiçik bir itin böyük bir doqa hürməsinə bənzəyir. Putin indi özünü alçaldılmış hesab edir və bu hisslə bağlı heç bir şey edə bilmir. Ümumiyyətlə, demək lazımdır ki, indi Rusiya xüsusilə bir şey edə bilməz də. Rusiya Navalnı ilə bağlı sanksiyalara cavab vermədi və Qərb Rusiyaya qarşı getdikcə daha çox sanksiya tətbiq edir, tezliklə başqa bir paket olacaq, sonra başqa biri.
Moskva isə səssizdir. Moskva bir şeylə cavab verməyə hazır olub-olmadığını anlamalıdır. Hazır deyillərsə, susmalı və “Baydenin müalicəsi lazımdır” deyə bağırmamalıdırlar. Rusiyanın sanksiyalara cavab hazırlaması lazımdır, amma cavabları yoxdur. Bayden bu gün Putini çox narahat vəziyyətə saldı və buna cavab gözləmək çətindir.
- İndi Donbass münaqişəsi haqqında çox danışılır. Eyni zamanda, Ukrayna Donbass yaxınlığında öz qoşunlarını səfərbər etdi, İngiltərə Rusiyanı “bir nömrəli düşmən” elan etdi, Bayden Putini “qatil” adlandırdı. Baharda Qərbin və Türkiyənin iştirakı ilə Donbassda əməliyyata başlamaq üçün Rusiya ətrafında vəziyyətin gərginləşdirildiyini düşünənlər nə dərəcədə haqlıdırlar?
- Türkiyənin orada iştirak etməsi ehtimalı azdır. Bu qarşıdurmaya nə Türkiyə, nə də ABŞ qatılacaq. Ukrayna Donbass üçün bir müharibəyə başlayarsa, bu, doğru addım olacaq, çünki, əslində Rusiyanın necə cavab verəcəyinə dair heç bir fikrim yoxdur. Son bir il yarımda Moskvadan daha çox isteriya, amma çox az hərəkət gördük. 2014-2015-ci illərdə Rusiya daha az danışırdı və daha çox iş gördü, Ukraynaya “yaşıl adamlar” göndərdi və sair. İndi daha çox danışırlar və heç nə etmirlər. Başa düşmürəm ki, Moskva indi Ukraynaya necə cavab verə bilər. Obyektiv desək, Rusiya ora nizami ordu göndərə bilməyəcək. Çünki bu gün Rusiyada daxili problemlər çoxdur və Kremlin burada qurbanlarla müşayiət olunacaq əlavə münaqişəyə qoşulması qəbuledilməzdir. Ancaq Donbassda kəskin bir aktivləşmə olacağına əmin deyiləm.
- ABŞ niyə birdən İran və Çindən fokusunu Rusiyaya dəyişdirdi? Həqiqətən, səmimi desək, bu gün Çin ABŞ-ın Rusiyadan daha təhlükəli bir düşmənidir. Rusiya nə ilə ABŞ-ı belə qəzəbləndirdi?
- İrana gəldikdə, amerikalılar bu “nüvə razılaşmasına” qayıtmaq istəyirlər, çünki məqbul idi. Ancaq indi nə baş verdiyini izləyirlər. Çinə gəlincə, Pekin çox sakitdir. Bəli, iqtisadi gücünü yüksəldir, hərbi gücünü artırır, amma orada heç kim Baydenə “marazmatik” demir. Çində heç kim müxalifəti zəhərləmir, kimyəvi silah istifadə etmir, bəzi əraziləri ələ keçirmir və s.
Rusiya isə özünü inadkar aparır. Rusiyaya qarşı sanksiyalar, əsasən Ukraynadakı vəziyyətlə əlaqədardır, üstəlik Rusiya Lukaşenkonun diktator rejimini dəstəkləyir və genişləndirici siyasət yürüdür. Çin bu mövzuda daha sakitdir. Bununla birlikdə, ABŞ-da Çinə dair bütün siyasi qüvvələrin Pekinin bir təhdid olduğuna dair bir fikir birliyi var. Rusiya ilə vəziyyət qəlizdir. Tramp Bayden qədər Rusiyaya qarşı deyildi. Çinin də vaxtı gələcək, amma hələlik Rusiya “qamçılanacaq oğlan” rolu üçün daha uyğundur.
- Co Bayden Novruz bayramı münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubu göndərdi. Məktubun özündə demokratiya, insan hüquqları və s. haqqında bir kəlmə də qeyd edilmədi. Əksinə, iki ölkə arasındakı münasibətlər, enerji sektorundakı əməkdaşlıq və Avropaya enerji tədarükünün şaxələndirilməsində Azərbaycanın rolunun necə qarşılandığından bəhs edildi. Bu təbrikin mətninə diqqət yetirsək, Bayden Administrasiyasının Azərbaycan Prezidenti ilə sıx əməkdaşlıq edəcəyini söyləyə bilərikmi?
- Bu formulalar həm Bayden, həm də Blinkinin rejim dəyişikliyi ilə məşğul olmayacaqlarını və normal olaraq bütün ölkələrlə işbirliyi quracaqlarını söyləmələri ilə üst-üstə düşür. Bu vəziyyətdə, bu formulalar bu müstəvidədir. Rusiya Ukrayna və Belarusdakı hadisələrə görə “radara düşür”, Azərbaycan isə öz ərazilərində öz suverenliyini bərpa etdi və Ermənistan ərazisini ələ keçirmədi. Digər tərəfdən, ABŞ Avropanın Rusiyadan enerji asılılığını azaltmaq baxımından Avropada bir strategiya axtaracaq, bu baxımdan Cənub Qaz Dəhlizi və Azərbaycanın bu layihədəki rolu mühümdür. Buna görə də bu məktub amerikalıların regional münaqişələrə müdaxilə etməyəcəyinə və bölgə ölkələri ilə əməkdaşlıq edəcəyinə yaxşı bir işarədir. Azərbaycanın ABŞ-la münasibətlərdən faydalanması üçün bir fürsət pəncərəsi açılır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|