ABŞ-ın Rusiyanın Qara dənizdə bloklama siyasəti – General Ben Hodges planının hədəfləri
Tarix: 3-04-2021, 10:32 | Çap et
ABŞ Silahlı Qüvvələrinin Avropadakı quru qoşunlarının sabiq komandanı general Ben Hodges Rusiyanın Qara dəniz sularında genişmiqyaslı mühasirəyə alınması tələbi ilə çıxış edib. Ovqat.com xəbər verir ki, amerikalı general bu təklifini rusların Qara dəniz sularında görünən Amerika təyyarələrinə və donanmasına pis davranması ilə əlaqələndirib. Generalın fikrincə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Qara dənizdə Rusiyaya qarşı təzyiqlərini artırması NATO-nu bölgədə əhəmiyyətli dərəcədə gücləndirəcəkdir. “Birləşmiş Ştatlar da bunun bir hissəsi olmalıdır, Rusiyanın Qara Dəniz Donanmasını özünü çox narahat hiss edəcək tədbirlər görməliyik. Xüsusilə də Sevastopoldakı qanunsuz baza ətrafında”, - Hodges belə deyib. Rusiyanın Avia.pro nəşrinin mövqeyini öyrəndiyi hərbi mütəxəssislərinin fikrincə, Vaşinqtonun keçmiş komandirin tələblərinə qulaq asmaq ehtimalı yoxdur. Səbəb isə çox sadədir: ABŞ-ın bölgədə belə bir gücü mövcud deyil və bu təşəbbüs Rusiyanın milli maraqlara qarşı təhdidlərə qarşı müqavimətini gücləndirəcəkdir. Bəs, rus ekspertlərinin bu ümidləri nə dərəcədə əsaslıdır?
Qeyd edək ki, dünya hegemoniyasını əsasən dənizlərə nəzarət imkanları üzərində quran ABŞ-ın tam ələ keçirə bilmədiyi azsaylı su hövzələrindən biridir Qara dəniz. Bununla belə, son zamanlar ABŞ-ın Qara dənizdə fəallaşdığını da inkar etmək doğru olmaz. Xüsusilə bu su hövzəsində yerləşən bəzi dövlətlərlə bərabər keçirdiyi hərbi təlimlər Kremli ciddi şəkildə narahat edir və Moskva bunu heç gizlətmir də. Qara dənizdə keçirilən NATO təlimləri ilə bağlı narahatlığını ifadə edən Rusiyanın ABŞ-dakı səfirliyi bunu “özgə qapısında qılınc oynatmaq” kimi qiymətləndirmiş və Vaşinqtonu başqalarının suverenlik haqlarına sayqı göstərməyə dəvət etmişdi. Və yaxud bir neçə gün öncə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun ABŞ-ı “tərbiyəsiz məhəllə uşaqlarına” bənzətməsi də Vaşinqtonun Qara dənizdəki “qılınc oynatmaq” təşəbbüsündən irəli gəlirdi. Odur ki, rus ekspertlərinin bu arqumentləri reallıqdan daha çox, özünə təskinlik verməyə bənzəyir. Rusiya ilə ABŞ-ın Qara dənizdə qarşı-qarşıya gəlməsi, sözsüz ki, səbəbsiz deyil. Qərblə Şərqin qovşağında yerləşən, min illər boyu Orta Asiyadan Avropaya qədər uzanan ticarət yollarının əsas keçid nöqtələrindən olan Qara dənizin 18-ci əsrdə Rusiyanın tam nəzarətinə keçməsi dünyanın iqtisadi və mədəni həyatında ciddi parçalanmalara səbəb oldu, Avrasiya qitəsinin inteqrasiya prosesinə sarsıdıcı zərbələr vurdu. Sovet imperiyasına qədər bu vəziyyət dəyişmədən qaldı və Qara dəniz ölkələrinin böyük qismini öz orbitində toplamağı bacaran Rusiya bu su hövzəsinə daxili gölü kimi baxdı, onu heç kimlə paylaşmaq istəmədi. SSRİ dağıldıqdan sonra isə keçmiş zorən müttəfiqlərini bir-bir itirən Moskva Qara dənizə nəzarət imkanlarını da tədricən əldən verməyə başladı. Qara dənizin bir sıra sahildaş dövlətləri (keçmiş Varşava Paktının subyektləri) artıq NATO-ya üzv olublar və Rusiya ilə yollarını tamamilə ayırıblar. Bu su hövzəsində yerləşən keçmiş SSRİ əraziləri - Ukrayna, Gürcüstan, Moldova da getdikcə Rusiyadan uzaqlaşır, NATO ilə yaxınlaşır. NATO qüvvələri də artıq bu dövlətləri “tərəfdaş” adlandırırlar. Qara dənizin NATO üçün əhəmiyyəti isə təkcə Qara dənizlə də məhdudlaşmır. Şimali Atlantika Alyansının rəsmi sənədlərində bu su hövzəsinin əhəmiyyəti bu cür ifadə olunur: “Qara dəniz bölgəsi həm vacib bir geopolitik qovşaq, həm də Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişdiyi nöqtə olduğu üçün Avropa üçün böyük əhəmiyyətə malikdir. Bir çox mütəxəssisin fikrincə, Qara dənizə kim hakimdir və ya onu idarə edirsə, Avropa qitəsini, xüsusilə Balkanları və Mərkəzi Avropanı öz nəzarəti altında saxlayır. Bundan əlavə, Şərqi Aralıq dənizi, Cənubi Qafqaz və Yaxın Şərqin şimal hissələrinə də asanlıqla təsir edir”. NATO-nun rəsmi saytında dərc olunan bir məqalədən alınan bu sitat Qara dənizin Alyans üçün əhəmiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur. Sitatdan da göründüyü kimi, Qara dəniz Avropanın həm də Cənubi Qafqaza, Orta Asiyaya açılan qapısıdır. Bir zamanlar “İpək yolu” adlanan bu əlaqələri yenidən bərpa etmək üçün Qərb ölkələri Qara dənizdəki rus təsir gücünü azaltmalı və bu su hövzəsini qlobal iqtisadiyyata qazandırmalıdır. Rusiya isə öz dünya hegemoniyasını başqaları ilə paylaşmaq istədiyi üçün Qara dənizdəki təsir gücünü qorumağa çalışmaqla faktiki Avrasiyanı iki müxtəlif geosiyasi məkana parçalayır: bir tərəfdə inkişaf etmiş Avropa, digər tərəfdə isə Rusiyanın amansız istismarı altında əzilən Asiya. Alyansın 30 üzvündən 28-nin Avropa ölkəsi olması, onların 22-nin Aİ-da birləşməsi Qara dənizin təkcə su hegemoniyasını tamamlamaq istəyən ABŞ üçün deyil, həm də “qoca qitə” üçün əhəmiyyətini göstərir. Avropa Birliyi öz genişləmə strategiyasına uyğun olaraq Qara dəniz hövzəsindəki ölkələri bu inteqrasiyaya cəlb etmək istəyir. Rusiya isə bu strategiyanı öz hegemoniyası və dünya gücünə çevrilmək yolunda təhdid hesab etdiyindən prosesin qarşını almağa çalışır. Elə bu məqsədlə də həmin ölkələri “5-ci kolon”ları vasitəsilə idarə edir, müxtəlif etnik qarşıdurmalar yaradaraq regional inteqrasiyanı zəiflədir, bölgə dövlətlərinin inkişafını əngəlləyərək özündən asılı vəziyyətə salır.
Yuxarıda sitat gətirdiyimiz məqalədə Rusiyanın bu siyasəti barədə deyilir: “Rus mütəxəssislərin əksəriyyəti hesab edir ki, Moskvanın bu mövqeyi ilk növbədə strateji hədəfinə - böyük güc statusu əldə etmək və imtiyazlı təsir dairələri yaratmaq istəyi ilə bağlıdır… Rusiyanın məqsədi bölgədəki əməkdaşlığın qarşısını almaq üçün NATO və Avropa Birliyi daxil olmaqla Avroatlantik qurumlara olan inamı zəiflətməklə yanaşı, keçmiş konfliktləri canlandırmaq və ya yenilərini yaratmaqdır. Nəticədə bütün bölgə və buradakı ölkələrin hər biri daha zəif, inteqrasiyadan daha uzaq və parçalanmaya daha yaxın olacaqdır”. Acınacaqlıdır ki, postsovet dövründə sonu gəlməyən bütün konfliktlər Avropanın Asiyaya açılan qapısında - Qara dəniz bölgəsində cəmləşmişdir. Azərbaycanın Qarabağ (ölkələrin rəsmi sərhədləri ilə yanaşı, geopolitik sərhədləri də var. Əksər mütəxəssislərin fikrincə, geopolitik sərhədlər okeanlara açılan ən yaxın dənizlərə qədər uzanır. Azərbaycana ən yaxın dəniz isə Qara dənizdir və bu nöqteyi-nəzərdən, biz də sözügedən su hövzəsinə aidik), Gürcüstanın Abxaziya, Cənubi Osetiya, Ukraynanın Donbass, Krım, Moldovanın Dnestryanı problemləri məhz bu səbəbdən çıxarılmışdır. NATO ideoloqlarının fikrincə, bu qarşıdurmalar öz növbəsində mütəşəkkil cinayətkarlığı, qaçaqmalçılığı və radikallaşmanı alovlandırır, Avro-atlantik coğrafiyalarda "boz" zonalar yaradır. Təsadüfi deyil ki, Qara dəniz bölgəsindəki bu bitib-tükənməyən qarşıdurmalar Aİ-nin 2016-cı ildə qəbul etdiyi Qlobal Strategiyasında "Avropa təhlükəsizliyi üçün problem" olaraq qiymətləndirilmişdir. Moskvanın imperialist iddiaları və bölgəyə nəzarət üçün həmin ölkələrin ərazi bütünlüyünü heçə sayan siyasətləri, xüsusilə separatizmi dəstəkləməsi və bəzi strateji məntəqələri ilhaq etməsi keçmiş müttəfiqlərini məcburən NATO-nun ağuşuna sığınmağa vadar edir. Beləcə, Rusiyanın Qara dənizdəki hegemoniyası getdikcə daralır, NATO qüvvələrinin regiondakı nüfuzu isə artır. NATO-nun mühərrikinin ABŞ olduğunu nəzərə alsaq, bu, əslində Vaşinqtonun Qara dənizdə də möhkəmlənməsi deməkdir. ABŞ ordusunun Avropadakı keçmiş komandanının sözləri göstərir ki, Pentaqon hətta bu reallıqlarla da razılaşmaq istəmir, Qara dənizin tamamilə Rusiyanın nəzarətindən çıxarılmasını hədəfləyir. Generalın açıq şəkildə Rusiyanın “qeyri-qanuni yolla ilhaq etdiyi Sevastopol” limanı yaxınlığında ABŞ hərbi gəmilərinin dayanmasını təklif etməsi də bu məntiqdən irəli gəlir.
General Ben Hodgesin irəli sürdüyü bu hədəflərinin qarşısında bir sıra problemlər dayandığını biz də qəbul edirik. Problemlərdən biri sözügedən hədəfin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır. Məsələ burasındadır ki, 1936-cı ildə Qara dəniz hövzəsi ölkələrinin bağladığı Montrö müqaviləsinə görə, başqa dövlətlərə məxsus gəmilər yalnız 21 gün ərzində bu dənizdə mövcud ola bilərlər. 21 gün tamamlandıqdan sonra Qara dənizi dərhal tərk etməlidirlər. Montrö müqaviləsinin bu tələbi ABŞ-a Qara dənizdə daimi hərbi bazalar qurmağa imkan vermir. Bununla belə, ABŞ Qara dənizdəki müttəfiq ölkələri ciddi silahlanlandıraraq, Rusiyanı zəif tərəfə çevirə bilər və Pentaqon da əslində bunu edir. Digər bir problem isə Rusiyanın Qara dəniz hövzəsində etnik konfliktləri qızışdırmaqla qalmayıb, həm də heç bir beynəlxalq qanunları gözləmədən bəzi ölkələrin ərazisini açıq şəkildə ilhaq etməsidir. İstər Ukrayna ərazisi olan Krımı, istərsə də Gürcüstanın Abxaziya bölgəsini ələ keçirən Rusiya faktiki olaraq Qara dənizin şimalıni, deməli həm də yarısınl mütləq hakimiyyəti altına almışdır. Bu da istər isəməz Türkiyə, Rumıniya və Bolqarıstan kimi NATO dövlətlərinin Qara dəniz üzərindəki suverenlik haqlarını təhdid edir. NATO öz üzvlərinin müdafiəsindən birbaşa məsuliyyət daşıdığı üçün istər-istəməz bu təhdidi da aradan qaldırmağa çalışmalıdır. Ekspertlərin fikrincə, Rusiyanın Qara dəniz hegemonluğunu məhdudlaşdırmağın ən qısa yolu Krımın işğaldan azad olunmasıdır. Krım yenidən Ukraynaya qaytarılarsa, Rusiya həm Qara dəniz Donanmasının əsas qərargahı Sevastopolu və Azov dənizinin qapısı sayılan Kerç boğazını itirəcək. Bu isə hərbi baxımdan Rusiyanın Qara dəniz Donanmasının Azova və Novorossiyki limanına sıxışdırılması deməkdir. Pentaqon NATO-nun Qara dənizdəki müttəfiqlərini Rusiya ilə hərbi qarşıdurmaya cəlb etməyi bacararsa, Moskvanın Aralıq dənizinə qapısını da bağlamış olacaq. Belə ki, Montrö müqaviləsinə görə, Türkiyə yalnız müharibə şəraitində Bosfor boğazını bağlaya bilər. Rusiyanın Qara dənizdəki aqressiv siyasəti Türkiyə üçün də ciddi təhdid olduğundan Ankara bu mübarizədə əsas maraqlı tərəfə çevrilir və NATO-nun birgə tədbirlərində fəal iştirak edir. Bosfor boğazının Rusiyanın üzünə bağlanması təkcə hərbi cəhətdən onun Qara dəniz donanmasının mühasirəyə düşməsi demək deyil. Bu, həm də Rusiyanın iqtisadi cəhətdən bloklanması anlamına gəlir. Zira, Rusiyanın dəniz ticarətinin böyük hissəsi məhz bu marşrutdan keçir. Görünür, elə bu səbəbdən də, Ukrayna ilə son günlər yaşanan böhran nəticəsində Kiyevin atdığı əsas addımlardan biri Rusiya ilə 1999-cu ildə bağladığı ticari müqavilələri ləğv etmək oldu. Bununla da Rusiya iqtisadiyyatına zərər vurmaq yolunu tutdu. ABŞ generalının “Rusiyanı Qara dənizdə bloklayaq” deyərkən nəzərdə tutduğu addımlardan biri də budur və Ukraynanın son addımları faktiki olaraq Ben Hodgesin təklif etdiyi planın həm hərbi, həm də iqtisadi baxımdan həyata keçirildiyini göstərir. Heydər Oğuz, Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|