“İranın nüvə obyektlərinin hədəf seçilməsi təhlükəli haldır”.
Bunu TNS-ə deputat Azər Badamov deyib.
“Çünki bu nüvə obyektlərin tikintisinin hansı fazada olduğu məlum deyil. Əgər radiaktiv maddə ilə yüklənmiş halda olan obyektdə partlayış baş verərəsə, bu böyük faciəyə aparacaq. Ona görə də həm İsrail, həm də İran nüvə obyektlərini hədəf almaqdan çəkinməlidir”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, İsrail-İran münaqişəsi danışqlar masası arxasında həll olunmalıdır: “Yaxın Şərqdə davam edən qarşıdurmanın əhatə dairəsinin genişlənməsi münaqişəyə cəlb olunan tərəflərin sayının artmasına yol açır. Bu da münaqişənin qloballaşmasına, daha təhlükəli silahlardan istifadə edilməsinə, milyonlarla mülki insanın həyatına son qoyulmasına gətirib çıxarar. Bu baxımdan beynəlxalq tərəfdaşlar İsrail və İranın rəsmiləri ilə danşlqları davam etdirməli, Yaxın Şərqdə gərginliyin azaldılmasına çalışmalıdır”.