ABŞ geri addım atdı: Ukrayna Rusiyanın qucağına atıldı - NƏ BAŞ VERİR?
Tarix: 15-04-2021, 11:22 | Çap et
ABŞ Qara dənizə göndərdiyi 2 gəmisinin Türk boğazlarından keçməsini təxirə salıb. Ovqat.com xəbər verir ki, bu məlumatı ABŞ-ın Türkiyədəki səfirliyi ölkənin Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda bildirib. Məlumata görə, təxirə salınan bu planın nə zaman gerçəkləşəcəyi barədə isə heç bir informasiya verilməyib. Başqa sözlə, keçiş təxirə salınmayıb, sadəcə plandan vaz keçilib. Qeyd edək ki, ABŞ bu gəmiləri guya Ukraynaya hərbi dəstək və Rusiyaya göz dağı vermək üçün göndərirdi. ABŞ yetkililəri açıqlamalarında həmin gəmilərin Moskvaya ünvanlanmış “təhdid məktubu” olacağını bildirirdilər. Gəmilərdən biri dünən, digəri bu gün Qara dənizə daxil olacaqdı. ABŞ səfirliyinin məktubundan isə belə anlaşılır ki, Mirzə Cəlilin sözü olmasın, “namə öz ünvanına yetişməyəcək”. Xatırladaq ki, ABŞ 2008-ci ildə Rusiya Gürcüstana hücum edərkən Saakaşviliyə də eyni vəd verib, daha sonra arxasından qaçmışdı. Saakaşvilinin bu vədə inanması həm hakimiyyətinin, həm də Cənubi Osetiya və Abxaziyanın itirilməsi ilə nəticələnmişdi. Bənzər hadisənin Ukraynada da yaşanılacağından əndişə edilir. Məlum olduğu kimi, 2014-cü ildə Rusiya ilhaq hərəkətlərinə başlayanda Ukraynanın 6-dan çox vilayəti separatizm bayrağını qaldırmış, Moskva da onlardan sadəcə 3-ni (Donetks, Luqansk və Krım) Kiyevin əlindən qoparmışdı. Digər bölgələri isə Kiyevin özünü necə aparması ehtimalına qarşı ehtiyatda saxlamışdı. Kiyevin Qara dənizdə ABŞ və NATO tərəfindən yalnız buraxılması Ukraynanın digər bölgələrini də separatizmə həvəsləndirə bilər. Bu həm də Ukraynanın Qərbə bağlı siyasi qüvvələrinin tam məğlubiyyəti deməkdir və böyük ehtimalla indiki hakimiyyətin dayaqlarını laxladacaq. Xatırladaq ki, ABŞ və NATO qüvvələri Ukraynanı açıq şəkildə dəstəklədikdən və ABŞ prezidenti Cozef Bayden Rusiyalı həmkarını “qatil” adlandırdıqdan sonra Kreml bu bölgədə hərbi qüvvələrini artırmış, ən azı 100 min əsgərini və xeyli sayda hərbi texnikalarını təmas xəttinə göndərmişdi. Ardınca Qara dəniz donanmasındakı 6 sualtı qayığını Krım yaxınlığında hərbi təlim keçən NATO gəmilərinin yaxınlığına çıxarmış və onlara bu strateji silahlarının tam heyətlə işlək vəziyyətdə olduğunu göstərmişdi. İddialara inansaq, Rusiyanın bu sualtı qayıqları ən müasir silahlarla təchiz edilib və dəniz altında fəaliyyət göstərdiyi radara yaxalanması da müşküldür.
Bununla kifayətlənməyən Rusiya Xəzər dənizindəki 15 gəmisini də Qara dənizə gəndərərək bu su hövzəsindəki hərbi donanmasını gücləndirmişdi. Baltik dənizindəki bəzi gəmiləri də eyni məqsədlə bölgəyə göndərəcəyinə dair ciddi siqnal vermişdi. Bununla da Ukraynanı əldən buraxmayacağını göstərmişdi. Ukrayna Rusiyanın böyük dövlət olması və Avrasiya imperiyası xüsusiyyətini qoruması üçün vazkeçilməz coğrafiya sayılır. Moskva da bu üstünlüyünü qorumağa çalışır və güzəştə getmək istəmir. Qara dəniz sahilində yerləşən Gürcüstan da Rusiya üçün eyni dərəcədə önəmlidir. Rusiyanın Qara dənizdə əzələ nümayişindən sonra ABŞ prezidenti geri addım atmış və bir müddət əvvəl “qatil” adlandırdığı Putinə zəng edib, onunla danışıqlara hazır olduğunu bildirmişdi. Ardınca isə Qara dənizə göndərəcəyi 2 gəmisinin səhayətindən vaz keçməsi Vaşinqtonun Moskva qarşısında biabırçı məğlubiyyəti və “ağ bayraq” qaldırması anlamına gəlir. Bir çox mütəxəssislər ABŞ-ın nüvə dövləti olan Rusiya ilə savaşı gözə almayacağını proqnozlaşdırır və Vaşinqtonun məqsədinin Avropa daxilində Suriya probleminə bənzər böhran yaratmaq olduğunu bildirirlər. Təxminlərə görə, Ukrayna da məhz səbəbdən seçilmişdi. Amma başda Almaniya olmaqla Avropa ölkələrinin bu tələyə düşməməsi, belə görünür ki, Vaşinqtonun son anda “ağ bayraq qaldırması” ilə nəticələndi. Bununla belə, Ukrayna böhranının Rusiya ilə Qərbi Avropa arasında münasibətlərə də mənfi təsir göstərəcəyi təxmin olunur. Bu da ABŞ-ın əsl məqsədinə çatmaq ehtimalının hələ tükənmədiyi ehtimalını yaradır. Mülahizələrə görə, ABŞ-ın əsas məqsədinin nüvə dövləti olan Rusiya ilə döyüşmək yox, onun Avropanın əsas enerjisi təchizatçısına çevrilmək imkanlarını məhdudlaşdıraraq iqtisadi böhrana sürükləməkdir. Ukrayna məğlubiyyətindən sonra Qərbi Avropa dövlətlərinin, xüsusilə də Almaniyanın necə addım atacağı isə bəlli deyiı. Mümkündür ki, hesablar yenə tərsinə dönsün; Rusiya qarşısından geri çəkilməsi ABŞ-ın beynəlxalq nüfuzunun itirməsi və NATO-nun tamamilə dağılması ilə nəticələnsin. Zira son Ukrayna böhranı Rusiyanın hərbi yolla çökdürülməsinin mümkünlüyünü şübhə altına salır. Məsələnin hərbi çözümü yoxdursa və Rusiya istədiyi ölkəni Ukrayna kimi təslim edə bilərsə, onda NATO-ya nə ehtiyac var? Qeyd edək ki, Ukrayna və Gürcüstan 2018-ci ildə NATO-nun Buxarest sammitində alyansın genişləndirilmiş səlahiyyətli tərəfdaşı statusu qazanmışdı. Bu status isə üzvlüyə yaxın imtiyazdır. Ukraynanın bütün çağırışlarına baxmayaraq, NATO ölkələri rus təhdidini əsas gətirib ona üzvlük statusu vermirlər. Digər “əsaslı bəhanələri” də var: "Kiyev hələ bəzi islahatlar aparmalı və NATO standartlarına yaxınlaşmalıdır". Heydər Oğuz, Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|