Xaricdən buğda asılılığımız bitir? .....                     “Açıq-saçıq şəkillərini güclü qadın obrazı kimi izləyicisinə soxuşdurur” .....                     Rusiyada general rüşvət almağa görə həbs edilib .....                     Özbəkistanda bu partiya qalib gəldi .....                     Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? .....                     Yağışlardan sonra su anbarlarında vəziyyət necədir? .....                     Bir ildir ki, işçilərin bu hüquqları da pozulur... .....                     Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda .....                     Toyda bəy gəlini "istəmirəm" dedi: Sevdiyi qızı göstərib... .....                     Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən sahibkarlara xəbərdarlıq edib .....                     Zakir Quliyev nə dəyişənə oxşamır... nə də düzələnə... .....                     Mədəniyyət naziri Xalq artistini təltif edib .....                     Tərlan Bəbirovun tenderi nəzarət orqanı tərəfindən ləğv olundu .....                     Maşın almaq istəyən şəxsi döyənlər .....                     Müdafiə Sənayesi Nazirliyinin zavodunun rəhbəri dəyişdi .....                     Bulvardakı gəzinti gəmiləri fəaliyyətə başlayır .....                     Ermənistan Hindistandan ən çox silah alan ölkələrdəndir .....                     Prezident Sahir Şamşad Mirzanı qəbul etdi .....                     Vətən müharibəsi iştirakçısını öldürən şəxs kassasiya şikayəti verdi .....                     Ağadadaş Ağayevin işi məhkəmədə .....                     60 min DOLLARNI alıb, KÜÇƏYƏ ATDILAR... .....                     Putindən Çinə qəribə təklif .....                     İşçi əməyinin ödənilməsi və dərəcələrinin müəyyən edilməsi... .....                     Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir .....                     “Tramp qalib gəlsə, büdcə xərclərini 2 trilyon dollar azaldacağam” .....                     İntim videolar çəkən FHN polkovniki yenidən məhkəmə qarşısında .....                     "Plagiat müsbət dinamikadır?!" .....                     "Belə işlər sizin Kamal müəlliminizin köhnə peşəsidir..." .....                     "Həm bətnimdəki körpə, həm də mən hər an təhlükədəyik..." .....                     Blinken seçkilərlə bağlı Gürcüstan rəhbərliyinə çağırış edib .....                     20 ildən çoxdur ki evlərinə SƏNƏD VERİLMİR... .....                     Erməni qızı Türkiyədəki gözəllik yarışında 1-ci yeri tutub .....                     Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?.. .....                     Ermənistanı silkləyən qətl: “Öldür” əmrini Rusiya verib? .....                     İrəvana da müharibəyə başlamaq təklif edilib .....                     Şəhid atası vəfat etdi .....                     Türkiyəli iş adamlarına İLGİNC TƏLƏ... .....                     UZUN ÖMRÜN SİRRİ... kimyəvi maddələr imiş... .....                     GÜRCÜ ARZUSU... budursa... Qərb də NƏZƏRƏ ALMALIDIR... .....                     Vitse-spikerin qəbuluna düşə bilmədilər... .....                 

İrana qarşı geniş miqyaslı beynəlxalq hərbi əməliyyat hazırlanır – Tehran da bunu istisna etmir
Tarix: 4-08-2021, 09:56 | Çap et
İrana qarşı geniş miqyaslı beynəlxalq hərbi əməliyyat hazırlanır
Ötən həftə Oman körfəzində bir tanker gəmisinin hücuma məruz qalmasından sonra bəzi Qərb ölkələri və İsrailin İrana qarşı geniş miqyaslı hərbi əməliyyatlar hazırladıqları iddia olunur. Dünən eyni su hövzəsində baş verən bir hadisə də bu planın tərkib hissəsi ola bilər.

Ovqat.com-un məlumatına görə, dünən yenə Oman körfəzində bir və ya bir neçə tankerin saxlanıldığı iddia olunur.

Axşam saatlarında bəzi xəbər agentlikləri tərəindən yayılan bu məlumat az sonra İsrail tərəfindən də təsdiqlənib. İsrail kəşfiyyat orqanlarının bildirdiyinə görə, körfəzdə 4 tanker İran tərəfindən ələ keçirilib. İran isə körfəzdə ən azı 1 tankerin saxlanıldığını bəyan etsə də, bu məsələdə onun barmağının olması iddiasını yaxına buraxmır. SEPAH-a yaxın qaynaqların bildirdiyinə görə, ən azı 1 tanker Birləşmiş Ərəf Əmirliklərinin dəniz sahəsində saxlanılıb və bunun İranla heç bir əlaqəsi yoxdur. Qurum bununla bağlı yaydığı bəyanatda bildirib ki, İranın adının sözügedən hadisədə hallanması düşmənlərinin ona qarşı hazırladıqları təxribat planı ilə əlaqədar ola bilər. Məqsəd, guya İranı beynəlxalq dəniz hüququnu pozan tərəf kimi göstərmək və qəsdən yaradılan saxta təxribat hadisələrinə əsaslanıb ona qarşı təzyiq vasitələrini işə salmaqdır.

Bəyanatda həmçinin ABŞ, Böyük Britaniya və İsrail dövlətlərinə müraciətlə “bu əsassız ittihamların davam edəcəyi” təqdirdə, İranın dərhal Hörmüz boğazını bağlamaq imkanlarının olduğu xatırladılır və dolayısıyla özünün strateji neft silahının işə salınacağına eyham vurulur.

Qeyd edək ki, Hörmüz boğazı dünyanın dənizlə daşınan neft nəqliyyatının 35%-ə qədərinin keçdiyi su hövzəsidir və boğazın bağlanması Səudiyyə Ərəbistanı da daxil olmaqla bütün neft zəngini ərəb ölkələrinin təbii sərvətlərinin beynəlxalq bazara çıxışını əngələyə və nəticədə “qara qızıl”ın qiymətlərinin 200 dollara qədər qalxmasına səbəb ola bilər. Bu isə nəticə etibarilə dünyada növbəti iqtisadi və enerji böhranına dəvətnamə göndərmək deməkdir.

Məlumat üçün bildirək ki, BƏƏ, Qətər, Küveyt, İraq, İran kimi neft zəngini ölkələrinin neft ixracatının tamamı bu boğazdan keçir. Səudiyyə Ərəbistanının isə neft hasilatının, dolayısı ilə həm də ixracatınım 80%-i eyni coğrafiya ilə bağlıdır. Məhz bu keyfiyyəti ilə Hörmüz boğazı dünya neft marşrutunun “şah damarı” sayılır.

İranla Qərb ölkələrini enerji və hətta isti müharibənin asatanasına gətirən hadisələr zənciri ötən həftənin sonlarında başlayıb. İsrailli iş adamı Eyal Oferin Böyük Britaniyada yaratdığı “Zodiac” gəmiçilik firmasına məxsus “MV Mercer Street” adlı neft tankeri həmin vaxt silahlı dron hücumuna məruz qalmış və ekipajin 2 üzvü öldürülmüşdü. Onlardan biri İngiltərə, digəri isə Rumıniya vətəndaşı idi. Beləcə, bir hücumla ən azı 3 dövlət terror hücumunun hədəfinə çevrilmişdi. Ardınca İsrail kəşfiyyat orqanları “MV Mercer Street”ə hücumun İran tərəfindən törədildiyini bildirmiş, London da bu fərziyyəni dəstəkləmişdi. İran isə hadisədə heç bir rolunun olmadığını vurğulayır.

Bazar ertəsi günü Böyük Britaniyanın Baş naziri Boris Conson tankerə hücumla bağlı açıqlama verərək, İranı günahlandırmış və “bunun nəticələrinə qatlanmasının" lazım olduğunu söyləmişdi. Conson onu da vurğulamışdı ki, bu "qəbulolunmaz və şokedici hücum təkcə İngiltərəyə yox, həm də “qlobal gəmiçiliyə qarşı törədilmiş cinayətdir”. İngilis Baş nazirin bu bəyanatı Londonun İrana qarşı basqı siyasətinə daha çox beynəlxalq qüvvələri cəlb etmək niyyətini göstərir.

Consonun təşəbbüsünə ilk dəstək, gözlənildiyi kimi, ABŞ-dan gəlib. “Daily Mail” nəşrinin yazdığına görə, İngiltərə, ABŞ və İsrail hərbi-kəşfiyyat dairələri “MV Mercer Street” neft tankerinə hücuma cavab olaraq İrana qarşı kiberhücum və ya xüsusitəyinatlı hərbi əməliyyat barədə düşünürlər. Xüsusitəyinatlı hərbi müdaxilənin İrana bağlı “könüllü silahlı qüvvələrə” qarşı keçirilməsi planlaşdırılır.

İngiltərənin adı çəkilməyən keçmiş hərbi kəşfiyyat məmuru “The Mirror”-a verdiyi müsahibədə də tanker hücumunu “İranın hərəkətlərinin dözülməyəcək qırılma nöqtəsinə çatdığının göstəricisi” adlandırmış və ona ağır cavab verilməsini tələb etmişdi.

Nəşr xatırlatmışdı ki, İran tərəfindən həyata keçirilən neft tankerinə hücum ilk belə insident deyil, ümumiyyətlə, bu ilin fevral ayından bəri 3 bənzər xarakterli hücum baş verib. Dünənki hadisəni də buna əlavə etsək, London üçün artıq vəziyyətin əndazədən çıxdığını düşünmək olar.

Bilindiyi kimi, İran-İsrail arasında tanker hücumları 2018-ci ildən bəri davam edir. ABŞ-ın sanksiyalarını dəlmək istəyən İran tankerləri vaxtaşırı İsrail hücumlarına məruz qalır və hər iki tərəf bu hadisələrin ictimailəşməməsinə çalışırdı. Mütəxəssislərin fikrincə, bu qarşılıqlı razılaşmanın səbəbi İranın beynəlxalq təzyiqlərə məruz qalmaması, İsrailin isə öz planlarını səssiz həyata keçirmək niyyətindən qaynaqlanırdı. Demək olar ki, hər həftə yaşanan bu hücumlarda canlı itkilərə yol açmamağa üstünlük verilirdi. İranın (əgər iddialar doğrusa) ötən həftə İsrailə cavab əməliyyatında isə ilk dəfə qan tökülmüş, dolayısıyla şifahi anlaşmanın şərti pozulmuşdur.

Son hadisənin zamanlaması da maraqlıdır. Bəlli olduğu kimi, dünən İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi idi. Mərasimdən bir neçə gün əvvəl İngiltərənin media qurumları açıq şəkildə bildirirdilər ki, London və müttəfiqləri “MV Mercer Street” neft tankerinə hücumun qisasını məhz həmin gün alacaqlar. Dünən isə təxmin edildiyi kimi, İrana qarşı hər hansı kiberhücum və ya xüsusitəyinatlı hərbi müdaxilə baş vermədi. Əvəzində Oman körfəzində növbəti tanker insidenti yaşandı. Bu dəfə hədəf seçilən tankerlərdən ən azı birinin Sipqapur bayrağı daşıdığı bildirilir. Görünən budur ki, İrana qarşı hazırlanan cavab kampaniyasına daha çox ölkə cəlb olunması prosesi gedir. Bu isə cavab əməliyyatlarının da düşünüldüyündən daha ağır ola bilməsi ehtimalını ağla gətirir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xaricdən buğda asılılığımız bitir? - AKTUAL
Bu gün, 11:34
“Açıq-saçıq şəkillərini güclü qadın obrazı kimi izləyicisinə soxuşdurur” - ETİRAZ
Bu gün, 11:33
Rusiyada general rüşvət almağa görə həbs edilib
Bu gün, 11:30
Özbəkistanda bu partiya qalib gəldi
Bu gün, 11:19
Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? - "Daha çox şirkətin ölkəyə internet gətirmək imkanı olmalıdır"
Bu gün, 11:17
Yağışlardan sonra su anbarlarında vəziyyət necədir? - AÇIQLAMA
Bu gün, 11:12
Bir ildir ki, işçilərin bu hüquqları da pozulur... - AMMA...
Bu gün, 11:11
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda TƏFTİŞ QƏRARI...
Bu gün, 11:01
Toyda bəy gəlini "istəmirəm" dedi: Sevdiyi qızı göstərib... - VİDEO
Bu gün, 10:58
Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən sahibkarlara xəbərdarlıq edib - DİQQƏT
Bu gün, 10:52
Zakir Quliyev nə dəyişənə oxşamır... nə də düzələnə... - BU FAKTDIR...
Bu gün, 10:47
Mədəniyyət naziri Xalq artistini təltif edib - FOTO
Bu gün, 10:43
Tərlan Bəbirovun tenderi nəzarət orqanı tərəfindən ləğv olundu - DETALLAR
Bu gün, 10:42
Maşın almaq istəyən şəxsi döyənlər qərardan şikayətçidirlər
Bu gün, 10:30
Müdafiə Sənayesi Nazirliyinin zavodunun rəhbəri dəyişdi - YENİ TƏYİNAT
Bu gün, 10:19
Bulvardakı gəzinti gəmiləri fəaliyyətə başlayır
Bu gün, 10:16
Ermənistan Hindistandan ən çox silah alan ölkələrdəndir - “The Times of India”
Bu gün, 10:12
Prezident Sahir Şamşad Mirzanı qəbul etdi - FOTO
Bu gün, 10:09
Vətən müharibəsi iştirakçısını öldürən şəxs kassasiya şikayəti verdi - TƏFƏRRÜAT
Bu gün, 10:07
Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi həbs
Bu gün, 10:04
60 min DOLLARNI alıb, KÜÇƏYƏ ATDILAR... - "Hamı DEYİR MƏNLİK DEYİL"
Bu gün, 09:53
Putindən Çinə qəribə təklif - "...bu hadisələrdən çox az adam xəbərdardır"
Bu gün, 09:49
İşçi əməyinin ödənilməsi və dərəcələrinin müəyyən edilməsi... - Ekspert danışır...
Bu gün, 09:46
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir - VİDEO
Bu gün, 09:43
“Tramp qalib gəlsə, büdcə xərclərini 2 trilyon dollar azaldacağam” – Mask VƏD VERDİ
Bu gün, 09:42
İntim videolar çəkən FHN polkovniki yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:39
"Plagiat müsbət dinamikadır?!" - ETİRAZ VAR...
Bu gün, 09:35
"Belə işlər sizin Kamal müəlliminizin köhnə peşəsidir..." - REPLİKA
Bu gün, 09:31
"Həm bətnimdəki körpə, həm də mən hər an təhlükədəyik..." - GİLEY
Bu gün, 09:25
Blinken seçkilərlə bağlı Gürcüstan rəhbərliyinə çağırış edib
Bu gün, 09:18
20 ildən çoxdur ki evlərinə SƏNƏD VERİLMİR... - Başçı da bilir...
Bu gün, 09:17
Erməni qızı Türkiyədəki gözəllik yarışında 1-ci yeri tutub - FOTO
Bu gün, 09:09
Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?.. - Daha biri vuruldu!..
Bu gün, 09:03
Ermənistanı silkləyən qətl: “Öldür” əmrini Rusiya verib? – Ekstrasens açıqladı
Bu gün, 09:02
İrəvana da müharibəyə başlamaq təklif edilib - Ananyan
Bu gün, 09:00
Şəhid atası vəfat etdi
Bu gün, 08:58
Türkiyəli iş adamlarına İLGİNC TƏLƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:51
UZUN ÖMRÜN SİRRİ... kimyəvi maddələr imiş... - BİZ DEMİRİK...
Bu gün, 08:43
GÜRCÜ ARZUSU... budursa... Qərb də NƏZƏRƏ ALMALIDIR... - YOXSA...
Bu gün, 08:32
Vitse-spikerin qəbuluna düşə bilmədilər... - "Mənim şikayətim elə, icra hakimiyyətinin özündən idi..."
Bu gün, 08:30
İki il ərzində ancaq ÖZÜNƏ İŞLƏDİ... - Rüstəmovun HESABATI...
Bu gün, 08:25
Ceyhun Cəlilov özünü HARDA HİSS EDİR... - NARAZILIQ VAR...
Bu gün, 08:21
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb - SİYAHI
Bu gün, 08:12
Müharibənin taleyini həll edəcək elit əsgərlər: - Kremlin son ümidi
Bu gün, 06:43
Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: - Qadağan edildi
Bu gün, 06:36
Qarabağdan köçən 3 431 nəfər Ermənistan vətəndaşlığını qəbul edib - AĞILLANIRLAR...
Bu gün, 06:34
Bu ölkələr Gürcüstandakı seçkiləri tanımadı - Bəyanat
Bu gün, 06:29
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir” - ETİRAZ
Bu gün, 06:25
Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? - NƏ BAŞ VERİR?
Bu gün, 00:05
Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru