Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? .....                     Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir .....                     MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır .....                     Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI .....                     Separatçıların azad olunması... .....                     Legitimliyini itirmək yolunda növbəti addım .....                     ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə .....                     Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI .....                     Aliment davaları böyüyür: Çıxış yolu tapılmır .....                     İki nişanın yanaşı olması sizi çaşdırmasın .....                     Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq .....                     Deputatdan AXCP-dəki istefaya REAKSİYA .....                     “Türkiyə bilir ki, bu savaş olacaq...” .....                     "Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?" .....                     Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq .....                     Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib .....                     Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək .....                     Gürcüstanda seçkilər: müharibə üzərində qələbə .....                     ABŞ-ı iflas gözləyir .....                     2025-ci ildə dünyanın sonu olacaq: .....                     Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. .....                     Nikol dayanmır: 5 saata 100 km yol sürdü .....                     Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib .....                     Mehdiyevlə yanaşı Həbibbəyli də .....                     Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur .....                     İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib .....                     "FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." .....                     Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... .....                     “Xain deputatlar”ın lənətlənməsi .....                     Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi .....                     Rusiyada evlənmək istəyən azərbaycanlıların .....                     Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı .....                     "Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" .....                     “Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər .....                     BMT-nin cümə axşamı: meyit ortada qalıb .....                     Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... .....                     Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında .....                     Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                 

Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir - ÇAĞIRIŞ
Tarix: Bu gün, 00:02 | Çap et
Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir
Oktyabrın 22-nə keçən gecə Sabunçuda tunelə yağış sularının dolması nəticəsində boğularaq vəfat etmiş 2 nəfərdən biri, 48 yaşlı Elnur Fazil oğlu Şirinovun həyat yoldaşı köməksiz vəziyyətdə qaldıqlarını, ailənin durumu ilə heç bir rəsmi qurumun maraqlanmadığını deyib. Qadının həyəcanlı çıxışı sosial şəbəkələrdə yayılıb. Xatırladaq ki, Elnur Şirinov və həmin gün onunla birlikdə tuneldə çarəsiz vəziyyətdə qalan Köçəri Fərman oğlu Abbasov “Ford Transit” markalı kiçiktutumlu yük maşını ilə çörək daşıyırmış. Baş vermiş hadisə ilə bağlı prokurorluq tərəfindən hazırda araşdırma aparılır. Amma hər iki şəxsin ailəsinə hansı köməklik göstəriləcəyi, kompensasiya ödənilib-ödənilməyəcəyi də müzakirə mövzusudur. Məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Bakupost.az.a açıqlamasında bildirib ki, həmin şəxslərin ailələrinə kompensasiya verilməlidir: “Əgər hadisə iş prosesində baş veribsə, Əmək Müqaviləsi, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarında icbari sığortası varsa, bu halda onun vərəsələrinə kompensasiya verilməlidir. Eyni zamanda yaşı 18-ə çatmamış, 18-ə çatıb, təhsil alan övladları, yaxud əlilliyi olan xanımı varsa, onlara ailə başçısını itirməyə görə əmək pensiyası təyin oluna bilər. Həmçinin qeyri-rəsmi şəkildə və ya icra hakimiyyəti orqanları tərəfindən yardımlar oluna bilər”.
S.Məmmədov qeyd edib ki, istehsalatla bağlı sığorta faktı varsa, onlara sığorta şirkəti də kompensasiya ödəyə bilər: “Eyni zamanda pensiya hüququ varsa, o hüququ təmin olunmalıdır. Onun faktiki iş yeri araşdırılmalıdır. Sığortalanmayıbsa belə, ona kompensasiya verilməlidir. Kompensasiya maaşla hesablanır. Əgər himayəsində azyaşlı uşaqlar varsa, 65 yaşına çatana qədər, 100 faizlə hesablanır. Əgər işləyirsə, bu, sığorta hadisəsidir. İşəgötürən onu sığortalayıbsa, sığorta şirkəti ödəməlidir. Sığortalamayıbsa, şirkət özü ödəməlidir. Bundan əlavə azyaşlı uşaqları varsa, haradasa işləyibsə, onlara əmək pensiyası təyin olunur”.
Hüquqşünas Azər Quliyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, baş vermiş hadisəyə iki mövqedən yanaşıla bilər:

- Birincisi, əgər şəxsin vəfatı işlə əlaqəli deyilsə, yəni hadisə iş saatı ərzində baş verməyibsə, vəfat etmiş şəxsin vərəsələri tunelin tikintisinə, istismarına cavabdeh quruma, obyektin sahibinə qarşı iddia qaldırmaqla məhkəməyə müraciət edə bilər. Məhkəmədə sübut olunmalıdır ki, həqiqətən də bu faciə əlaqədar qurumların məsuliyyətsizliyi, səhlənkarlığı səbəbindən baş verib. Və konkret hansısa qurumlar bu şəxsin ölümündə günahkardır, məsulyyət daşıyırlar. Belə olduğu təqdirdə vərəsələrin ailəyə dəymiş ziyanla bağlı tələb etdiyi kompensasiya məbləğinin ödənilməsinə məhkəmə tərəfindən qərar veriləcək. Ya həmin məbləğ, ya da məhkəmənin təyin etdiyi məbləğ ödəniləcək. İkinci hal isə faciənin, şəxsin ölümünün iş saatı müddətində baş verməsidir. Şəxsin ölümü iş saatı müddətində baş veribsə, çalışdığı müəssisə, idarə və ya şirkət tərəfnidən Əmək Müfəttişliyinə müraciət edilməli idi və hadisə araşdırılmalı, İstehsalat zədəsi aktı tərtib edilməliydi. Bu halda vəfat etmiş şəxsin ailəsinə orta aylıq əmək haqqının 3 misli ödənməlidir, hadisənin işdə olub-olmamasından asılı olmayaraq. Vəfat etmiş şəxsin himayəsində 18 yaşa çatmamış övladları, 23 yaşı tamam olmamış əyani təhsil alan övladı, yaxud əlilliyi olan övladı, valideyni varsa, orta əmək haqqının təqribən 100 faizi miqdarında məbləğ sığorta pulu olaraq övladları 18 yaşına çatanadək, həmçinin əyani təhsil alan övladı 23 yaşına çatanadək onlara ödəniləcək. Əlilliyi olan ailə üzvlərinə isə bu məbləğ müddətsiz ödənilir, vəfat edənə qədər. Övladları yoxdursa, ailəsinə, həyat yoldaşına birdəfəlik sığorta məbləği ödənir. Bu ödəniş də 12 ay əmək haqqı məbləğində ödənilir. Təəssüf ki, bizdə bu sığorta məbləği çox aşağıdır. Həmin tuneldə baş vermiş faciəvi hadisəyə görə konkret qurumlar məsuliyyət daşıyır. Vəfat etmiş şəxsin ailəsinə əlbəttə ki, maddi köməklik göstərilməli, azyaşlı övladlarının maddi təminatı qarşılanmalıdır. Ailədə bir nəfər işləyən varsa və həmin şəxs vəfat edirsə, ailənin maddi durumu təbii ki, ağırlaşır, çətin vəziyyətə düşürlər. Vəfat etmiş şəxslərin çalışdığı şirkət bunu nəzərə almalı və qanunun tələblərinə riayət etməlidir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? - NƏ BAŞ VERİR?
Bu gün, 00:05
Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:02
MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır - AÇIQLAMA
Dünən, 19:05
Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI - BUNDAN SONRA...
Dünən, 19:00
Separatçıların azad olunması... - Bu axmaq ideyanı kim gündəmə gətirir?
Dünən, 18:00
Legitimliyini itirmək yolunda növbəti addım - Görünəni odur ki...
Dünən, 17:52
ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə AÇIQLAMA
Dünən, 17:50
Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI - FAKT BUDUR!
Dünən, 17:43
Aliment davaları böyüyür: Çıxış yolu tapılmır - NƏ ETMƏLİ?
Dünən, 17:40
İki nişanın yanaşı olması sizi çaşdırmasın – 60 manat cərimə oluna bilərsiz
Dünən, 17:38
Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq - ŞƏRH
Dünən, 17:32
Deputatdan AXCP-dəki istefaya REAKSİYA - “Fərqli düşüncələrə yol verilmir”
Dünən, 17:30
“Türkiyə bilir ki, bu savaş olacaq...” - Orta Doğu ilə bağlı qorxulu planlar...
Dünən, 17:26
"Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?"
Dünən, 17:23
Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq – Duqin
Dünən, 17:21
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Dünən, 15:26
Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək – Qriqoryan
Dünən, 15:14
Gürcüstanda seçkilər: müharibə üzərində qələbə - Bahəddin Həzi yazır...
Dünən, 14:53
ABŞ-ı iflas gözləyir - Mask xəbərdarlıq etdi
Dünən, 14:48
2025-ci ildə dünyanın sonu olacaq: - Vanqa və Nostradamusun qorxulu proqnozları
Dünən, 14:43
Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. - DÖVLƏT... DÖVLƏTÇİLİK nədir... bilməyəndə belə olur...
Dünən, 14:37
Nikol dayanmır: 5 saata 100 km yol sürdü - özü açıqladı
Dünən, 14:31
Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib
Dünən, 14:28
Mehdiyevlə yanaşı Həbibbəyli də MÖVQEYİNİ İTİRİB
Dünən, 13:07
Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur - Mikaelyan
Dünən, 13:04
İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib - GƏLİŞMƏ
Dünən, 12:51
"FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." - ETİRAZ VAR!
Dünən, 12:48
Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var
Dünən, 12:40
“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən
Dünən, 12:37
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Dünən, 12:26
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Dünən, 12:21
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Dünən, 12:14
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" - Bakıdan REAKSİYA
Dünən, 12:10
“Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər - SİYAHI
Dünən, 12:07
BMT-nin cümə axşamı: meyit ortada qalıb - Ölünü basdırmağın zamanıdır...
Dünən, 12:03
Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Dünən, 10:35
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Dünən, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Dünən, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Dünən, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Dünən, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Dünən, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Dünən, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Dünən, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Dünən, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Dünən, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Dünən, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Dünən, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Dünən, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Dünən, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Dünən, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru