Ermənistan müxalifəti dəmir yolunun açılmasında təhlükə görür
Tarix: 18-12-2021, 08:46 | Çap et
DİA.AZ: - Ermənistanda parlament və qeyri-parlament müxalifəti baş nazir Nikol Paşinyanın son danışıqlarda Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi barədə razılığın əldə olunması barədə bəyanatını birmənalı qarşılamayıb.
DİA.AZ-ın məlumatına görə, AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun xatırladır ki, bu dəmiryol sektorunun işə salınması ilə Ermənistan Azərbaycan ərazisindən İrana və Rusiyaya, Azərbaycan isə Ermənistan ərazisi ilə Naxçıvana çıxış əldə edə bilər.
“Şərəfim var” fraksiyasından deputat Tiqran Abraamyanın fikrincə, Ermənistan hakimiyyəti dəmir yolunun işə salınmasını ümumi prosesdən qoparmaqla bunu Ermənistanın nailiyyəti kimi təqdim etməyə çalışır, halbuki bu prosesdə çox sayda təhlükələr var:
“Azərbaycanı bu proses ilk növbədə dəhliz kontekstində maraqlandırır. Əgər bu dəhliz olsa, onun başqa komponentləri, lap Ermənistana sərfəli olsa belə sıfırlanacaq”.
Müxalifətçi deputat hesab edir ki, ümumiyyətlə, kommunikasiyaların açılması müharibədən ziyan çəkmiş və hələ bərpa olunmamış Ermənistan üçün təhlükəlidir:
“Ermənistanın daxili və xarici təhlükəsizliyinə cavabdeh olanlar prosesdən əvvəl və sonra, mümkün böhranlı vəziyyətlərdə mümkün hədələri dəf etmək iqtidarında deyillər. Ermənistan elə bir prosesə daxil olub ki, onu idarə etmək imkanı, təhlükəsizlik komponenti yoxdur. Belə bir vəziyyətdə Ermənistan hakimiyyətinin yeganə məqsədi onu müstəsna olaraq iqtisadi maraqlar baxımından təmsil etməkdir”.
Azatutyun yazır ki, son günlərdə Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun işə salınması barədə Azərbaycan prezidenti İlham Əliyev də danışıb.
Paşinyan və Əliyev arasında Brüsseldə keçirilən danışıqlardan sonra isə, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib ki, dəmir yolu sahəsində razılaşma var və bu yol beynəlxalq aləmdə qəbul olunmuş sərhəd və gömrük qaydaları ilə, həm də ölkələrin suverenliyi və yurisdiksiyası əsasında işləyəcək.
Azatutyun yazır ki, buna baxmayaraq bəyanatlar hələki yalnız şifahi xarakter daşıyır. Millət vəkili Abraamyan bu layihənin iqtisadi səmərəliliyini də şübhə altına alıb:
“Bunun o vaxt səmərəsi olardı ki, dəmir yolunun başqa sektoru - Türkiyədən Ermənistana, yəni Qarsdan Gümrüyə olan hissəsi də işləsin. Eləcə də məsələn, İcevandan Qazağa, oradan isə Rusiya Federasiyasına gedən hissə işləməlidir. Yəni biz nəyəsə tam olaraq qiymət verə bilərik. Mən ayrı-ayrı komponentlərin səmərəsinin müzakirəsində məna görmürəm”.
Başqa bir müxalif blokun – Hayastan fraksiyasının deputatları da deyirlər ki, dəmir yolunun bu hissəsinin işləməsi Ermənistanın marağında deyil.
Daşnaksutyun partiyasından millət vəkili Geğam Manukyan deyib ki, Ermənistanın nöqteyi-nəzərindən Yerevanda qatara minib, Naxçıvandan, Meğridən, bütün Azərbaycan ərazisindən keçib Bakıda dayanmaq və oradansa Rusiyaya getməyin sərfəli olacağını təsəvvür etmək və sonra da bunu Rusiya ilə dəmir yolu əlaqəsi adlandırmaq çətindir.
Daşnaksutyun partiyası sədrinin müavini Levon Zurabyan deyir ki, əgər kommunikasiyalar bərabərlik və qarşılıqlı fayda prinsipi ilə açılsa, Ermənistanın Milli Məclisində buna yalnız sevinə bilərlər:
“Deyirlər ki, dəmir yolunu paritet əsasda bərpa edəcəklər, Amma bunu daha dərindən başa düşməyə çalışanda düşünürsən ki, burada hansı gömrük rejimi fəaliyyət göstərəcək? Deyirlər ki, paritet əsasda. Yəni gömrük olsa, hər iki tərəddə olacaq, olmasa heç bir tərəfdə olmayacaq. Bu o deməkdir ki, qərar hələ yoxdur və biz sonadək düşünülməmiş niyyətlər barədə danıqşırıq”.
Azatutyunun yazdığına görə Ermənistanın Milli Məclisində hakimiyətin bütün informasiyanı açdığına etibar eləmirlər, çünki hakimiyyət dəhliz məntiqi ilə heç nəyi müzakirə etməyəcəyini bildirib, Azərbaycan isə öz gündəliyini yeridir.
Deputatlar buna da diqqət çəkirlər ki, Paşinyan hökumətin son müşavirəsində Ermənistan və Azərbaycan arasındakı başqa bir dəmir yolu xəttindən – İcevan-Qazax sektorundan heç nə deməyib.
Zurabyan bunu belə izah edib:
“İcevandan Qazaxa dəmir yolu var, amma bu yolun tikintisindən danışmırlar. Doğrudur, bu barədə daha aydın danışmaq üçün hələki əlimizdə yekin sənədlər yoxdur. Amma bu nəticəyə gəlmək olar ki, hələlik Paşinyanın dediyi ümumi açılım konsepsiyası yox, Azərbaycanın tərəfdarı olduğu dəhliz məntiqi reallaşdırılır”.
Bu ilin aprelində Ermənistan baş nazirinin müavini Mğer Qriqoryan da demişdi ki, regionda açılımın yalnız bir istiqamətdə yox, bütün istiqamətlərdə baş verməsini müzakirə etmək lazımdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
|