Sərkisyanın müavini Dekotinini hiddətləndirdi .....                     Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi .....                     Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ermənistanda "DİN davası" .....                     Ermənistan gec-tez bunu edəcək .....                     Bəşər Əsəd Moskvadadır .....                     DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Quba RİH vəd verdi... .....                     Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır .....                     Ermənistana verilən silahlarla bağlı fərqli iddia: .....                     Tələbələr “asan qazanc” tələsinə düşür .....                     Ermənistan Macarıstanda səfirlik açacaq .....                     Paşinyan ordu komandanlarını dəyişdi .....                     Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi .....                     Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb .....                     Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? .....                     Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” .....                     "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" .....                     Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... .....                     Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? .....                     Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? .....                     Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... .....                     İrəvan Rusiyanı təkzib etdi: .....                     "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... .....                     Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu .....                     İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: .....                     Məhsul sifariş edib... hardadır bilinmir... .....                     Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                     Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları .....                     Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq .....                     Nüfuz alverində təqsirləndirilən vəkilin .....                     “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” .....                     “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” .....                     "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi .....                     Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... .....                     Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib .....                     Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var .....                     Paşinyan Zəngəzur dəhlizindən imtina etmir .....                     AYNA-nın əyilən lövhəsi... .....                 

Qazaxıstanda hakimiyyət savaşı gedirmi - AKTUAL
Tarix: 10-01-2022, 16:25 | Çap et
Qazaxıstanda hakimiyyət savaşı gedirmi
DİA.AZ: - Qazaxıstanda etirazların amansızlıqla yatırıldığı bir vaxtda Prezident Kasım Jomart Tokayevlə sələfi, “elbaşı” titulu daşıyan Nursultan Nazarbayev arasında hakimiyyət savaşının da əlamətləri görünür. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Brüs Panyer yazır.

DİA.AZ xəbər verir ki, yanvarın 8-də Milli Təhlükəsizlik Komitəsinin (KNB) keçmiş başçısı Kərim Məsimov vətənə xəyanətdə şübhəli bilinərək saxlanıb. Yanvarın 5-də vəzifəsindən azad edilən Məsimov Qazaxıstanın siyasət dənizində böyük balıq sayılır, baxmayaraq ki, son aylar mediada onun adı çox hallanmırdı.

Müəllif yazır ki, Nazarbayevə sadiq birinin həbsi Tokayevin hökuməti sələfinin adamlarından təmizləmək niyyətindən xəbər verir. Prezident bu məqsədlə yerli kəşfiyyat və təhlükəsizlik qüvvələrinin “xaricdə təlim görmüş terrorçuları” aşkarlamadığını bəhanə edir.

Qazaxıstanı 2019-cu ilədək, 30 ilə yaxın idarə edən 81 yaşlı Nazarbayev özü və bəzi ailə üzvləri ölkədə mühüm vəzifələr tuturdular. Hətta o dərəcədə ki, təhlilçilər Tokayevin ona hesabat verdiyini iddia edirdilər.

Məsimov 20 ildi hökumətdə nüfuzlu biriydi, avtoritar Nazarbayevin hakimiyyəti dövründə iki dönəm baş nazir, ondan öncə isə müxtəlif nazir postlarını tutmuşdu. 1990-cı illərin əvvəllərində isə ölkənin Pekində və Honq Konqda kommersiya maraqlarını təmsil edirdi. Onun Nazarbayev üçün Honq Konqa pul transferində vacib rol oynadığı deyilir.

İndi Məsimovun həbsi isə Nazarbayev, onun zəngin və güclü ailə üzvləri üçün yaxşı bir şey vəd eləmir.

Nazarbayevin sözçüsü Aidos Ukibay onun paytaxt Nur-Sultanda olduğunu, Tokayevlə birbaşa əlaqə saxladığını açıqlayıb.

Onlarla etirazçının öldürüldüyü, 6 minə yaxın saxlananın olduğu, əmlaka yüzmilyonlarla dollarlıq ziyan dəydiyi böhran vaxtı Nazarbayev gözə dəyməyib.

Əvvəl görünmürdü, bəs indi?

Paniyer son illər Qazaxıstanda itaətsizlik dönəmlərində Nazarbayevin ictimaiyyətin gözünə görünmədiyini yazır.

Amma indi Məsimov kimi sadiq məmurun həbsi Nazarbayev üçün yaxşı əlamət sayılmır. Amma onu da qeyd etmək lazımdır ki, Məsimovun Qazaxıstanda güclü klanlarla əlaqəsi yoxdur, ona görə də Tokayev üçün asan hədəf sayılırdı.
Janaozendə yanacağın bahalanmasına dinc etirazlar böyüyəndən sonra Tokayev hökumətin istefasını qəbul etdi. O, yanvarın 5-də ölkəyə KTMT qüvvələrini dəvət etdi. O vaxtadək Məsimov KNB başçısı idi, polis və təhlükəsizlik qüvvələri etirazları o qədər də fəal şəkildə yatırmırdı.

Müəllif Tokayev 2019-cu ildə vəzifəyə keçəndən etirazların sürətlə yatırdıldığını, fəalların, təşkilatçıların nümayişlər öncəsi saxlandığını yada salır.

5 yanvar gecəsi Almatıda minlərlə nümayişçi arasında silahlılar da vardı, onlar hökumət qüvvələri ilə atışırdılar. Tokayev isə təkcə Almatıda 20 min terrorçu olduğunu iddia edib.

Bir versiya odur ki, silahlılar, talançılıqla məşğul olanlar Nazarbayev hökuməti altında çiçəklənmiş kriminal qrupların üzvləri olub, keçmiş prezident və yaxın ətrafının hakimiyyətdən uzaqlaşdırılmasını önləmək üçün qabağa veriliblər.

KNB başçısının müavini, Nazarbayevin qardaşı oğlu Samat Abişin adı silahlı qrupların təşkili ilə əlaqələndirilir. Abişin yanvarın 5-də vəzifədən çıxarılması xəbəri yayılsa da, qurumun yanvarın 8-də yaydığı xəbərə görə, o hələ də vəzifədədir. Onun vəzifəyə qaytarılması da Nazarbayevin hakimiyyətini saxlamasıyla bağlı spekulyasiya yaradıb.

Bəs görəsən, hakimiyyətdaxili mübarizənin tətiyinin çəkilməsinə nə səbəb oldu? Çoxları etirazlardan məhz bu məqsədlə istifadə olunduğunu düşünür.

1990-cı illərdə baş nazir olmuş, hazırda mühacirətdə yaşayan Akejan Kajegeldin deyir ki, təhlükəsizlik qüvvələri içində Tokayevə qarşı “planın” mövcudluğuna inanır. Tokayev bu səbəbdən KTMT-yə müraciət edə bilərdi.

Yerli hüquq-mühafizə əməkdaşlarının komendant saatını təmin etməməsi, Almatıda KNB binasının qarət olunması və silahların naməlum şəxslərin əlinə düşməsi Kajegeldində suallar yaradıb.

Daha bir versiya isə dekabrın 27-də Tokayev və Nazarbayevin Moskva səfərini göstərən videodan qaynaqlanır. Videoda Nazarbayev çox zəif görünür. Keçmiş prezidentin tərəfdarları onun ölümünün yaxınlaşdığını güman edərək etirazlardan istifadə edərək Tokayevi devirməyə çalışa bilərdilər.

Bəzilərinin fikrincə isə, Tokayevin adamları eyni səbəbdən Nazarbayev ölməmişdən hakimiyyətlərinə gücləndurməyə cəhd ediblər.

Bəziləri Rusiyanın Qazaxıstana çevikliklə qüvvə göndərməsini Kremlin Tokayevə dəstəyinin əlaməti kimi görürlər.

Hətta belə ehtimallar da var ki, Nazarnayevlə Tokayevlə birlikdə işləyir, bəzi məmurlardan yaxalarını qurtarmağa çalışırlar.

Qazaxıstanlı təhlilçi Dimaş Aljanovun fikrincə, Nazarbayev və ailəsi Qazaxıstandan çıxsa, yaxud artıq çıxıbsa, bunu yalnız Tokayevin razılığı ilə edə bilərdilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02
Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58
“Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49
"Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37
Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru