Baltikdə Rusiya gərginliyi: İsveç qoşun yığır… - İNCƏLƏMƏ...
Tarix: 17-01-2022, 08:20 | Çap et
Yola saldığımız həftə ərzində Rusiyanın Ukraynaya yeni hərbi müdaxiləsi təhlükəsi fonunda yaranmış gərginlik təkcə Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) daxil olan ölkələri deyil, bu təşkilata üzv olmayan İsveç Krallığını da narahat etməyə başladı. Buna səbəb son həftədə Baltik dənizində Gotland adası yaxınlığında Rusiyaya məxsus hərbi desant gəmilərinin peyda olmasıdır. Gəmilərin sayı sürətlə artaraq, 6-ya çatdı və onların çoxalacağı gözlənilir.
Gotland adasının keçmiş Sovetlər birliyinə daxil olan Baltikyanı ölkələrlə, eləcə də Rusiyanın Kalininqrad əyaləti ilə sərhəddə yerləşdiyini nəzərə alsaq, onun nə qədər strateji əhəmiyyət daşıdığını görərik. Rusiya nə Ukraynanın, nə də digər həmsərhəd ölkələrin NATO-ya üzv qəbul edilməyəcəklərinə zəmanət almaq istəyir. Lakin buna ABŞ, NATO və AB tərəfindən etiraz görüncə, Ukrayna sərhədinə 100 min əsgər toplamaqla, habelə Baltik dənizinə hərbi desant gəmiləri çıxarmaqla, əzələ nümayiş etdirir. Ekspertlərin rəyincə, əgər Rusiya Baltikyanı ölkələrə (Latviya, Litva və Estoniya) hərbi müdaxilə edərsə, NATO-nun həm dəniz robotları, həm də hava hücumundan müdafiə qüvvələri onun qarşısında dayanacaqdır. İsveç isə NATO-ya daxil olmasa da, bu münaqişədə AB üzvü kimi NATO ölkələrini dəstəklədiyi üçün hədəf ola bilər.
İsveç Milli Müdafiə Kollecində fəlsəfə doktoru Oskar Conssonun (Oscar Jonsson) İsveçin Ekspressen (Expressen) qəzetinə müsahibəsində dediyi fikirlər maraq doğurur. Consson dekabrın əvvəlində Rusiya dövlət televiziyasının Gotlandın necə mühüm strateji hədəf ola biləcəyinə həsr olunmuş verilişini misal göstərir. O, bunu Rusiyanın hərbi mütəxəssislərinin planlaşdırdıqları standart strateji ssenari kimi təsvir edir. Ekspertin fikrincə, hazırda Rusiya taktikasının bir hissəsi Avropada qeyri-sabitlik görüntüsü yaratmaq və bu yolla danışıqlarda mümkün güzəştlərə nail olmaqdır. Oskar Consson deyir ki, İsveç Rusiyaya qarşı açıq döyüşdə əsgər sayı baxımından “uduzsa” belə, hərbi mövcudluğun artırılmasının əhəmiyyətsiz olduğuna və ya İsveçin hipotetik olaraq Rusiyanın işğalını dayandıra bilməyəcəyinə inanmaq sadəlövhlükdür. Ekspert daha sonra bunları əlavə edir:
“2014-cü ildə Ukrayna ordusu İsveç ordusundan son dərəcə zəif təchiz edilmişdi və sivil dünyanın digər ölkələri ilə olduqca kövrək əlaqələrə malik idi. Ancaq yeddi il keçsə də, onlar hələ də müharibə vəziyyətindədirlər. Onlar dirənirlər və hətta qətiyyətlə qərar da verirlər”.
İsveçin müdafiə naziri Piter Hultqvist (Peter Khultkvist) Gotlandda hərbiçilərin sayının artmasını və aktiv vəziyyətə gətirilməsini Avropadakı təhlükəsizlik vəziyyətinin gərginləşməsi ilə izah edir.
– Biz bu vəziyyəti ciddi qəbul etdiyimizi qeyd etməyi və siqnallar göndərməyi vacib hesab edirik, – deyə o, Ekotun şənbə günü müsahibəsində bunları deyir:
– İsveç Silahlı Qüvvələrinin fövqəladə hallara hazır olan hərbi birləşmələrinin operativ ehtiyat bölməsi cümə günü axşam saatlarında Gotlandda eniş edib. Bu bölmə Norrbottenin Bodendəki N saylı alayı tərəfindən qurulub və təxminən 120 əsgər və zabitdən ibarət bir taqımdan ibarətdir.
Müdafiə naziri daha sonra əlavə edir:
– Rusiya Ukrayna ətrafında 100 min əsgər toplayıb. Ukraynada həm də müxtəlif üsullarla təxribatçı əməliyyatlar aparılır. Görünən odur ki, bizə və müttəfiqlərimizə qarşı real təhlükə var. Rusiyanın elə təkcə bu təhlükəni gündəmə gətirməsi, belə hərbi manevrlər etməsi, daim Ukraynaya təzyiq göstərməsi, Ukraynanı sarsıtması və hadisələrin bu cür gedişatı bizi daha da hazırlıqlı olmağa sövq edir.
Müdafiə naziri daha sonra qeyd edir:
– İsveç bu bütöv təhlükəsizlik mühitinin bir hissəsidir və Ukraynada nəsə baş verərsə, hamımız bundan təsirlənəcəyik. Ona görə də Gotlandın gücləndirilmiş müdafiəsi çox vacibdir. Risk çox böyükdür. Biz Riksdagendə(İsveç parlamentində) də müzakirə zamanı bildirdik ki, İsveçə hücum heç də istisna deyil. Avropa bu gün təhlükə ilə üz-üzədir və bunu nəzərdən qaçırmaq olmaz.
Xatırladaq ki, keçən həftə Rusiya XİN S. Lavrovun mətbuat konfransında fin jurnalistin “Siz lap əvvəldə Skandinaviyanı yada saldınız. Rusiya İsveçin və Finlandiyanın təhlükəsizlik siyasətində müstəqil qərarlar qəbul etməsinə, hansı xətti götürməsinə və eləcə də NATO-nun tərkibinə daxil olmasına necə baxır?” sualına belə cavab vermişdi:
– Mən bəri başdan demək istəyirəm ki, Rusiya həm Finlandiyanın, həm də İsveçin suverenliyinə hörmətlə yanaşır. Biz hesab edirik ki, bu ölkələrin neytrallığı ümumavropa düzəninə böyük və əvəzsiz töhfə verməklə yanaşı, bu bölgədə sabitliyin əsas təminatçısıdır. İsveçin və Finlandiyanın suverenliyinə hörmət etməyənlər isə nəyin bahasına olursa-olsun, bu ölkələri NATO-nun üzvü etmək istəyirlər. Bunun təbliğatı isə çoxdan başlayıb.
Daha sonra Lavrov əlavə edib:
– Biz təkbətək görüşlərimizdə həm Finlandiyanın, həm də İsveçin dövlət rəhbərləri ilə bu məsələləri zaman-zaman gündəmə gətiririk. Amma yenə də Finlandiyanın və İsveçin NATO-ya üzv olması özlərinin verəcəyi qərardır. Rahim Sadıqbəyli, Stokholm (İsveç) //pressklub.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
• Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33 |
|
|
|
• "Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28 |
|
|
|
• "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20 |
|
|
|
|