Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” .....                     "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" .....                     Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... .....                     Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? .....                     Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? .....                     Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... .....                     İrəvan Rusiyanı təkzib etdi: .....                     "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... .....                     Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu .....                     İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: .....                     Məhsul sifariş edib... hardadır bilinmir... .....                     Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                     Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları .....                     Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq .....                     Nüfuz alverində təqsirləndirilən vəkilin .....                     “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” .....                     “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” .....                     "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi .....                     Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... .....                     Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib .....                     Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var .....                     Paşinyan Zəngəzur dəhlizindən imtina etmir .....                     AYNA-nın əyilən lövhəsi... .....                     Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir .....                     Ləğv prosesində olan şirkətin .....                     Aslan Quliyev həbs edilə bilər? .....                     Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır .....                     Göyçayın bir kəndinin min dərdi... .....                     “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... .....                     "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." .....                     Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış .....                     "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" .....                     Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir .....                     Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır .....                     Saatlı sakini buna görə narazıdır... .....                     "Gözünüzün doyduğu gün olacaqmı?!" .....                     "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" .....                     Quru sərhədlər nədən bağlıdır? .....                     Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür .....                     Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi .....                 

Rusiya Türkiyənin təkliflərini qəbul edə bilər
Tarix: 5-02-2022, 08:10 | Çap et
Rusiya Türkiyənin təkliflərini qəbul edə bilər
Ukraynaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla həmkarı Vladimir Zelenski arasında təkbətək görüş təxminən 3 saat 10 dəqiqə davam edib. Daha sonra nümayəndə heyətləri arasında görüş keçirilib və rəsmi sənədlərin imzalanma mərasimi baş tutub. Mərasimin ardından təşkil olunan mətbuat konfransında Ərdoğan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam etdiklərini bəyan edib. Ərdoğan ölkələr arasındakı ticarət dövriyyəsinin 10 milyard dollara çatdırılmasını hədəflədiklərini və məqsədə çatmaq üçün bu gün imzalanan Azad Ticarət Zonası haqqında sazişin mühüm əhəmiyyət daşıdığını bildirib.

Türkiyə Prezidenti Ukrayna ilə Rusiya arasındakı gərginliyə də toxunub. Ərdoğan Türkiyənin Qara dənizdə qonşusu olduğu iki dost ölkə arasındakı böhranın aradan qaldırılması üçün üzərinə düşəni etməyə hazır olduğunu qeyd edib. Ukrayna Prezidenti Zelenski isə müharibənin sona çatması yolunda Ukrayna ilə Rusiya arasında vasitəçilik etmək təşəbbüsünə görə Prezident Ərdoğana təşəkkür edib. Zelenski imzalanan müqavilə ilə Ukraynada PUA-ların istehsalının genişləndiriləcəyini diqqətə çatdırıb. Ukrayna prezidenti dialoqla bağlı Ankaranın bütün təşəbbüslərinə müsbət cavab veriləcəyini bəyan edib. Türkiyə lideri Ukraynada Krım tatarları və milli lider Mustafa Əbdülcəmil Kırımoğlu ilə də bir araya gəlib. DİA.AZ-ın məlumatına görə, Türkiyə rəhbərinin Ukrayna səfərini və verilən açıqlamaları “Şərq”ə təhlil edən politoloq Sədrəddin Soltan deyib ki, Türkiyənin yerləşdiyi coğrafiya ayıq və aktiv siyasət yürütməyə vadar edir. Analitikin fikrincə, NATO üzvü olması da Türkiyənin məsuliyyətini artırır:

“Son illər Rusiya-Ukrayna münasibətlərində yaranan gərginlik rəsmi Ankaranın məsələyə diqqətini artırıb. Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları almağı və onu birgə istehsal etməyi planlaşdırır. Azərbaycan torpaqlarının işğaldan azad olunmasında əvəzsiz rolu olmuş “Bayrakdar”ı Ukrayna da əldə etmək istəyir. Bu baxımdan, Türkiyə silah satan ölkələrdən biri kimi Ukrayna bazarını qaçırmaq istəmir. Bunun Rusiya ilə münasibətlərə elə də ciddi təsiri yoxdur. Müqayisə üçün qeyd edək ki, 44 günlük müharibə zamanı Rusiya, Fransa və başqaları Ermənistana hərbi texnika, silah-sursat və raketlərlə yardım etmişdi. Hətta Rusiya istehsalı olan raketlər müharibə bölgəsindən çox uzaqlara düşmüşdü. Bu baxımdan istənilən dövlətin öz müdafiə qabiliyyətini gücləndirmək kimi suveren hüququ var. Ukrayna da bu hüququndan istifadə edir. Ukrayna NATO-ya üzv olmaq istiqamətində fəaliyyət göstərir. Türkiyə isə Alyansın nüfuzlu və güclü dövlətlərindəndir. Bu baxımdan Ankara və Kiyevin bu istiqamətdə ortaq maraqları var. Ukrayna ərazisində, hazırda Rusiya tərəfindən ilhaq edilən Krımda türklər var. Onlar yarımadanın yerli sakinləridir. Ukrayna-Rusiya münasibətləri səbəbindən çoxlu sayda Krım tatarı, türkü yarımadanı tərk edib. Bölgədəki ictimai fəal tatarlar isə təqib və təzyiqə məruz qalır. İnsan haqlarının bir dövlətin daxili işi olmadığını əsas götürsək, onda Türkiyənin soydaşlarının hüquqlarını müdafiə etməsi təbii qarşılanmalıdır. Ona görə də Ərdoğanın səfərinin gündəliyində duran məsələlərdən biri Krım türklərinin vəziyyəti ilə tanış olmaq idi. Türkiyə və Ukrayna Qara dəniz vasitəsilə həmsərhəddir. Başqa sözlə, bu su hövzəsinin təhlükəsizliyinə onlar da cavabdehlik daşıyırlar. Bu baxımdan Qara dənizin və sahillərinin təhlükəsizliyinin təmin edilməsində hər iki dövlət maraqlıdır. Ukrayna ilə Türkiyə arasında turizm sahəsində çox geniş əməkdaşlıq mövcuddur və tərəflər bunu inkişaf etdirməyi planlaşdırırlar. Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu, qonşu dövlətin pozulan hüquqlarının bərpasını dəstəkləyir. Bu da iki ölkəni bir-birinə yaxınlaşdıran amillərdəndir. Ukrayna ilə Türkiyənin ortaq mənafelərindən bəzilərini sadalamaqla rəsmi Ankaranın bu istiqamətdə fəallığının səbəblərini göstərməyə çalışdıq”.

S.Soltan vurğulayıb ki, son 10 ildə Rusiya-Türkiyə əlaqələri də inkişaf edib. Türkiyənin iş adamları Rusiyada tikinti, yüngül sənaye sahələrinə sərmayə qoyurlar. Bu ölkənin vətəndaşları Türkiyədə dincəlməyə üstünlük verirlər. İki ölkə arasında hərbi texnika və atom-nüvə texnologiyası sahələrində əməkdaşlıqlar da əlaqələrin genişliyindən xəbər verir: “Rəsmi Ankara Moskvaya etibarlı tərəfkeş olduğunu bu addımı ilə sübut edib. Türkiyə və Rusiyanın Suriya məsələsində bir sıra ortaq mövqeləri var. Xüsusilə İdlibdə tərəflər addımlarını uzlaşdırmağa çalışırlar. Türkiyə-Ukrayna, Türkiyə-Rusiya münasibətlərindən göründüyü kimi, hər iki ölkə Türkiyəyə yaxın məsafədədir. Burada əsas məsələ Ukraynanın ərazi bütövlüyünün pozulmasına rəsmi Ankaranın yanaşmasıdır. Elə bu problem münaqişənin əsas nəticəsidir. Türkiyə bunu aradan qaldırmaq üçün tərəflərlə ayrı-ayrılıqda görüşməyə və sonra onların görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirir. Düzdür, ABŞ və müttəfiqləri ilə müqayisədə Türkiyənin Rusiyaya təsir etmək imkanı elə də böyük deyil. Ancaq Ankara ilə Moskvanın bir-birinə etimadı o birilərindən daha fərqlidir. Bu baxımdan, Rusiya Türkiyənin təkliflərini qəbul edə bilər. Moskva bu addımı ilə həm də regional münaqişələrin bölgə dövlətlərinin əməkdaşlığı ilə həllinin daha faydalı olduğunu göstərər. Ancaq hələ ki Rusiyanın Ukraynanın ərazi bütövlüyünə münasibəti beynəlxalq normalara uyğun görünmür. Moskvanın tutduğu mövqedən geri çəkilməməsi isə Qara dəniz hövzəsinə daxil başqa ölkələrin də təhlükəsizliklərinin qayğısına qalmasını zəruri edir”.

Ekspertin sözlərinə görə, Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik cəhdi bölgədə müharibə təhlükəsini azaltmağa xidmət edər:

“NATO-da, nə də Avropa İttifaqında Rusiya və Ukraynaya bu qədər yaxın, obyektiv başqa dövlət çətin tapılar. Rusiyanın yaranmış bu şansı daha real qiymətləndirməsi bütün tərəflərin xeyrinə olar. Ərdoğanın səfəri regional sülh və təhlükəsizliyin təmin olunmasına xidmət baxımından əhəmiyyətli idi. NATO ölkəsi olan Türkiyə barışdırıcı mövqeyi ilə Rusiya və Ukraynanın, habelə Qərblə Şərqin maraqlarını qoruyur”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02
Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58
“Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49
"Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37
Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36
Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34
Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33
"Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28
"Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20
Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13
Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09
Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru