"Gözünüzün doyduğu gün olacaqmı?!" .....                     "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" .....                     Quru sərhədlər nədən bağlıdır? .....                     Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür .....                     Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi .....                     "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" .....                     "Proses davam etməlidir" .....                     Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” .....                     Bakıda yataqxana içində yaşayış ola-ola sökülür .....                     Əri ölüm ayağında olduğu üçün intihar edibmiş .....                     "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi .....                     Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır .....                     “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal .....                     Estetik cərrah pasiyenti görün nə hala salıb .....                     "Ticarətlə məşğul olmaq istəyirdim..." .....                     AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” .....                     Hikmət Məmmədov işdən çıxarıldı .....                     Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                     Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona .....                     Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                 

Tarixin amansız dərsi: artıq heç nə əvvəlki kimi olmayacaq - HƏQİQƏTƏN DƏ...
Tarix: 28-02-2022, 08:00 | Çap et
Tarixin amansız dərsi: artıq heç nə əvvəlki kimi olmayacaq
İkinci Dünya müharibəsindən sonra Avropada ən irimiqyaslı hərbi əməliyyatlar cərəyan etməkdədir. 80 il əvvəl olduğu kimi, yenə də təcavüzün qurbanı Ukrayna oldu. Amma bu dəfə bəla qərbdən deyil, şərqdən gəldi. Rusiya müharibəni başladaraq, bütün dünyanın Ukraynanın suveren ərazisi kimi tanıdığı torpaqlara soxuldu.

Faktiki olaraq hərbi əməliyyatlar ölkənin bütün ərazisini əhatə edir. Artıq yüzlərlə insan həyatını itirib, şəhərlər və qəsəbələr viran qalıb. Ukrayna ordusu düşmənə nə qədər ciddi müqavimət göstərsə də, ordu nə dərəcədə fədakarcasına döyüşsə də, Rusiya təcavüzkar qüvvələri, istədikləri sürətlə olmasa da, hər halda irəliləyirlər. Əlbəttə ki, bəşəriyyətin proqressiv kəsimi sidq ürəkdən ukraynalılara dözüm və yekun qələbə diləyir. Amma siyasət, xüsusən də müharibə romantik hisslər məkanı deyil, burada praqmatik və realist düşüncə daha önəmli və həlledicidir.

Ukrayna Rusiyaya qarşı – yalqız və atılmış


Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi barədə dünyanın aparıcı ölkələri dəfələrlə xəbərdarlıq etmişdi, bəziləri isə hətta diplomatik nümayəndəliklərini Kiyevdən çıxarmışdı. Aydın idi ki, ciddi kəşfiyyat təsdiqi olmadan belə addımlar atılmazdı. Çünki Rusiya-Ukrayna qarşıdurması ta 2014-cü ildən - Rusiyanın Krımı ilhaq etməsindən aktiv fazaya qədəm qoymuşdu, lakin xarici diplomatların heç bir təxliyəsindən söhbət getmirdi.

Bu dəfə isə vəziyyət başqa cür idi. Putinin orduya hücum əmri verməsi gün söhbəti idi. Yekunda olan oldu. İndi Ukrayna, ölkə Prezidenti Volodomir Zelenskinin sözləri ilə desək, Rusiya ilə üz-üzədir və bütün dünya tərəfindən tək buraxılıb. Baxmayaraq ki, uzun illər başda ABŞ və Avropanın aparıcı dövlətləri olmaqla bir çox dövlətlər rəsmi Kiyevə nə dərəcədə valeh olduqlarını və məhəbbətlərini izhar edir, onu daha qətiyyətli anti-Rusiya addımları atmağa sövq edirdilər. Məsələ real müharibəyə çatdıqda isə ukraynalılarla səngərlərdə çiyin-çiyinə dayanmaq istəyən bir əcnəbi ordu tapılmadı.

Yekun bəllidir


Hadisələr hansı məcrada cərəyan edəcək? Qeyd etdiyimiz kimi, ukraynalılar vətənləri üçün ölüm-dirim mübarizəsi aparırlar. Rus işğalçıları ciddi itkilərə məruz qalır, canlı qüvvə və texnika sarıdan gözləmədikləri zərbələr alırlar. Amma nə qədər acınacaqlı olsa da, bir şey aydındır: əgər Ukraynaya hər hansı kənar qüvvə yardım etməsə və ya hər hansı səbəbdən rusların hücumu dayanmasa (Ukrayna Prezidenti bütün vasitələrdən istifadə edərək işğalçını danışıq masasına əyləşdirməyə çalışır), bu qarşıdurma təcavüzkarın qələbəsi ilə nəticələnəcək. Çünki qüvvələr nisbəti çox fərqlidir.

İtkilər nə qədər ciddi olsa belə, Vladimir Putini seçdiyi yoldan döndərə bilməyəcək. Avropanın göbəyində, özü də qardaş bir xalqa qarşı irimiqyaslı müharibə başladan şəxs hər cür qurbanı verməyə hazırdır, təki çirkin məqsədinə yetsin. Xüsusən də nəzərə alsaq ki, həlak olanlarla Putinin yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Məsələ bir qədər uzana bilər, amma bu, yekuna təsir etməyəcək.

Sözsüz ki, müharibə sonsuza qədər davam etməyəcək. İstənilən halda sülh bərqərar olacaq. Amma dünya heç vaxt artıq əvvəlki kimi olmayacaq. Analitiklər, hərbi ekspertlər, tarixçilər, siyasətçilər, biznesmenlər – hər kəs özünə aid nəticə çıxaracaq. Əlbəttə ki, dəyərləndirmələr fərqli olacaq. Amma onların sırasında birinin olacağı heç bir şübhə doğurmur. O da bundan ibarətdir ki, siyasətdə romantika keçərli deyil, bu sahədə daha çox praqmatiklər uğur qazanırlar. Və artıq Qərbin vədlərinə, dəstək ismarıclarına çox az ölkə başçısı aldanacaq.

2008-ci il Gürcüstan və 2022-ci il Ukrayna hadisələri göstərdi ki, Qərbin nəzəri müstəvidən praktiki hərəkətə keçmək sarıdan ciddi problemləri var. NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın fəryadlarına cavab olaraq bildirdi ki, Alyans yalnız üzvlərinə təhlükəsizlik zəmanəti verir, digərlərinə isə bu, aid deyil. Bu mövqeni əsas götürüb xatırlasaq ki, həm Ukrayna, həm Gürcüstan, həm də Moldova uzun illərdir NATO-ya üzv olmaq üçün dəridən-qabıqdan çıxır, amma Alyans heç cür müsbət cavab vermir, o zaman hər şey gün kimi aydın olar: heç kim Rusiya ilə açıq döyüşdə üz-üzə gəlmək istəmir. Ən məqbulu bunu başqalarının əli ilə, daha doğrusu isə, canları ilə etməkdir.

Və qeyd etdiyimizə misal olaraq bir nümunə: Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib ki, “milli maraqlarımız nəzərə alınmaqla, Gürcüstan Rusiyaya qarşı maliyyə və iqtisadi sanksiyalarda iştirak etməyə hazırlaşmır”. Necə deyərlər, şərhsiz. Sadəcə 2008-ci il hadisələrini və Rusiya-Gürcüstan münasibətlərinin sonrakı və hazırkı durumunu xatırlamaq yetərlidir. Gürcülər artıq nəticə çıxarıblar.

Axına düşməmək şərtilə


Sonda isə bir zəruri qeydə ehtiyac duyuruq. Deyilənlər o anlama gəlməməlidir ki, bütün dövlətlər suverenliklərini unudaraq Rusiya imperiyasının ağuşuna atılamlıdır. Əsla! Sadəcə dünyada iki güc mərkəzinin olduğunu unutmayaraq, bu güclər arasında optimal mövqe seçmək lazımdır. Elə mövqe ki, heç bir güclü axın ölkəni burulğana çəkib apara bilməsin, Ukrayna misalında olduğu kimi. Və belə siyasətə kifayət qədər nümunələr var. Məsələn, Türkiyə.

NATO üzvü olmasına rəğmən, qardaş ölkə Rusiya ilə də normal münasibətlər qurmağa nail olub. Bəli, zaman-zaman müəyyən gərginliklər olur, həm o, həm də digər tərəflə. ABŞ-ın Türkiyəyə F-35 qırıcılarının satışını dayandırmasını və ya Türkiyə tərəfinin Suriyada vurduğu Rusiya qırıcısına görə Moskvanın tətbiq etdiyi sanksiyalar bu qəbildən olan gərginliklərdəndir. Amma ümumi götürdükdə, Türkiyə həm dünya miqyasında mövqeyini qüvvətləndirir, həm də potensial rəqibləri ilə ümumi dil tapmağı bacarır. Bir sözlə, siyasəti bu sahədə anlayışı olanlar həyata keçirəndə, dövlət üçün də, xalq üçün də ciddi təhlükə yaşanmır. Ukraynadakı son hadisələrdən sonra yəqin ki, bunu anlayanların sayı kəskin surətdə artacaq.
//AYNA//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28
"Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20
Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13
Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09
Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru