Naxçıvanın dizini belə yerə gətirirlər... .....                     "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... .....                     Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                     ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                 

“Türkiyə yeganə ölkədir ki, Rusiya ilə Ukraynanı bir araya gətirə bilir” - HƏQİQƏTƏN DƏ...
Tarix: 25-08-2022, 10:26 | Çap et
“Türkiyə yeganə ölkədir ki, Rusiya ilə Ukraynanı bir araya gətirə bilir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qısa videosu yayılıb. Videoda Prezidentdən Ukrayna Prezidenti Volodimir Zelenskinin vəziyyəti haqqında sual verilir. Ərdoğan isə cavabında “çox dərdlidir” deyə bildirir. Bunun səbəbi kimi Türkiyə lideri Ukraynanın əsas tərəfdaşlarının – Qərbin verdiyi sözlərə əməl etmədiyinə işarə edir.

Türkiyənin Ukrayna məsələsində maraqlı mövqeyindən biri isə avqustun 23-də onlayn keçirilən Krım Platformasında Ərdoğanın videoçıxışındakı sözləridir. Türkiyə lideri çıxışında Krımın Ukraynaya qaytarılmalı olduğunu bildirir. Məlumdur ki, Ankara ilə Moskva arasında münasibətlər heç də pis deyil. Hətta Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində Ankaranın ciddi vasitəçiliyi mövcuddur. Bu baxımdan, Ankaranın belə mövqeyinin proseslərin gedişinə hansı təsir göstərəcəyi maraqlıdır. dia-az.life xəbər verir ki, mövzu ətrafında AYNA-nın suallarını cavablandıran Türkiyənin Ankara Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl Türkiyənin ilk gündən – hələ 2014-cü ildən Ukraynanın yanında olduğunu deyib:

- Ankaranın tutduğu siyasi mövqe açıq və dəqiqdir. Türkiyə Ukraynanın suverenliyini qəbul edir, ərazi bütövlüyünü tanıyır və bunun bərpa olunmasını istəyir. Çünki Ukraynanın ərazi bütövlüyünün pozulması beynəlxalq hüquqa da, dövlətlərarası münasibətlərin tənzimlənməsi qanunlarına da ziddir. Bu ilin 24 fevralından əvvəl də Türkiyə müharibənin başlamasını istəmədiyini bildirmişdi. Müharibənin olmaması üçün Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə çalışdı, bunun üçün bir çox addımlar atdı. Müharibə başladıqdan sonra da bunun dayanması üçün vasitəçilik missiyasını davam etdirdi, indi də etdirməkdədir. Amma təkrar edirəm: Ukraynanın ərazi bütövlüyü məsələsi müzakirə mövzusu deyil. Ankara birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

- Vasitəçilik demişkən, Rusiya-Ukrayna rəsmilərinin ilk təmaslarını da Türkiyə təşkil etdi...

- Bəli, ilk yüksək səviyyəli görüş Antalya forumunda baş tutdu. Ankara Rusiya və Ukrayna xarici işlər nazirlərini bu forumda bir araya gətirə bildi. Eyni zamanda, Türkiyə Prezidentinin birbaşa vasitəçiliyi ilə rusiyalı və ukraynalı rəsmi heyətlər arasında İstanbulda çox ciddi görüş keçirildi. Ümidlər yaranmışdı ki, atəşkəs olacaq, sülhə doğru ilkin addım atılacaq. Əfsuslar olsun ki, bu, baş vermədi. Amma nəzərə almaq lazımdır ki, bir çox məsələlər Türkiyədən asılı deyil. Türkiyə Prezidentinin də bu barədə açıqlamaları var. Hörmətli Ərdoğan bildirir ki, bütün dünya bu məsələdə aktiv rol almalıdır.

- Görünür ki, Ukraynanın tərəfdaşları sülhdə maraqlı deyil. Ərdoğanın Ukrayna Prezidenti ilə görüş barədə danışarkən, Zelenski haqqında “çox dərdlidir, verilən sözlər yerinə yetirilmir” ifadəsi də var...

- Türkiyə birinci gündən bunu deyir ki, Qərb ölkələri, xüsusilə, ABŞ Ukraynaya çox vədlər verərək, əslində Ukraynanı bir növ Rusiya kimi güclü düşmənlə baş-başa qoydu. Bunun nəticəsində də Rusiya Qərbə, ABŞ-a verilməli olan cavabı bilavasitə döyüş meydanında Ukraynaya işğalçı hücum etməklə, ərazilərini işğal etməklə vermiş oldu. Problemin yaranmasının səbəbkarı təkcə Rusiya yox, həm də Qərbin məsuliyyətsizliyidir. Qərb öhdəliklərini yerinə yetirmədi. Bu səbəbdən də diqqət etsəniz, görərsiniz ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmur. Çünki müharibənin başlamasının səbəblərindən biri də Qərbin məsuliyyətsizliyidir. Ukraynaya vədlər verib, amma onları yerinə yetirməyib.

- Yəni ki, Türkiyənin əsas istəyi tezliklə atəşkəsin olması, sülhün yaranmasıdır...

- Rəsmi Ankara mövqeyində sabitdir və bəyanat da verib ki, sülhdən yanadır. Bu mövqeyində də hansısa dəyişiklik yoxdur. Türkiyə dünyada qida qıtlığının önlənməsi üçün vasitəçilik etdi, nəticədə “taxıl dəhlizi”nin yaradılması istiqamətində ciddi addım atıldı. Bununla bağlı təxribatlar varmı? Əlbəttə! Provokasiyalar olacaq, amma əsas olan ciddi addımın atılması idi ki, artıq Ukrayna taxılı daşınmaqdadır. Ərdoğanın Soçi səfərini, Putinlə görüşünü də diqqətdən qaçırmamaq lazımdır. Türkiyə Prezidenti Soçidə təkcə Türkiyə-Rusiya münasibətlərini yox, eyni zamanda, Ukrayna məsələsini də müzakirə etdi.

- Və Ərdoğan Lvovda Zelenski ilə də görüşdü...

- Bəli, bu, vasitəçilik missiyası ilə atılan addımlardır. Türkiyə Prezidenti Rusiya və Ukrayna liderlərinin təkbətək görüşməsini, müharibənin dayandırılması istiqamətində razılaşmasını istəyir. Bunun üçün də vasitəçiliyə hazır olduğunu bildirir. Təbii ki, asan deyil. Çünki Ukraynanın da ritorikası dəyişib. Əvvəl ehtiyatlı bəyanatlar verən Zelenski Lvov görüşündə Krımın da geri qaytarılmasını tələb etdi və ondan sonra danışıqlara razı olduğunu bildirdi. Təbii ki, bu, ABŞ-ın və Qərbin Zelenskiyə verdiyi vədlərin nəticəsində dəyişən ritorikadır. Əlbəttə, Rusiyanın bunu qəbul etməsi çətindir.

- Krım demişkən, Türkiyə Prezidentinin Krım Platformasındakı videoçıxışında “Krım Ukraynaya qaytarılmalıdır” ifadəsi var...

- Əvvəldə də dediyim kimi, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ankara üçün bu mövqe dəyişməyib. Əminəm ki, Türkiyə sülh üçün vasitəçilik missiyasını davam etdirəcək. Çünki Ukrayna Türkiyənin dəniz qonşusudur, regiondakı proseslər hər bir ölkəyə təsir göstərir. Eyni zamanda, Türkiyə ilə Rusiya arasında yaxşı münasibətlər var. Moskva ilə Ankara arasında hansısa gərginlik yarananda tərəflərin bunun dinc şəkildə aradan qaldırması təcrübəsi var. Türkiyə bu gün dünyada yeganə ölkədir ki, həm Rusiya ilə, həm də Ukrayna ilə təmaslar qura, müzakirələr apara bilir. Hətta tərəfləri bir araya gətirə bilir. Bu səbəbdən də Türkiyə diplomatik vasitəçilik missiyasını üzərinə götürüb. Amma yenə deyirəm, hər şey Türkiyədən asılı deyil. Qərb ölkələrinin də sülhə doğru yanaşması vacibdir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru