Vaşinqtondan Ankaraya hədə: ya mənim yanımda olacaqsan, ya da... - “Seçkilər yaxınlaşdıqca Türkiyəyə qarşı təzyiqlər daha da artacaq”
Tarix: 26-08-2022, 14:48 | Çap et
Bayden administrasiyası Türkiyəyə qarşı təzyiqləri gücləndirir və milli valyutalarda hesablaşmalar üçün sanksiyaya məruz qalan Rusiya banklarına müxbir hesablar açacağı təqdirdə, yerli bankları dollarla əməliyyatlar aparmaq imkanından məhrum etməklə hədələyir. ABŞ maliyyə nazirinin müavini Uolli Adeymonun Türkiyədəki Amerika Ticarət Palatasına göndərdiyi məktubda bildirilir ki, türk bankları Rusiya ilə ABŞ bankları arasında seçim etməlidir.
“Türkiyə bankları ABŞ bankları ilə eyni münasibətləri davam etdirərkən, sanksiya tətbiq edilən Rusiya bankları ilə müxbir əlaqələri ola bilməz. Lütfən, sanksiyaya məruz qalmış Rusiya qurumları ilə sövdələşmənin Türkiyə maliyyə qurumları və şirkətləri üçün risk yarada biləcəyini nəzərə alın”, - deyə məktubda vurğulanır.
Qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyədə növbəti prezident və parlament seçkiləri keçiriləcək. Analitiklər hesab edirlər ki, Vaşinqtonun Türkiyə hökumətinə müraciəti seçkiöncəsi lirəni dəyərdən salmaq, daxili inflyasiyanı gücləndirmək məqsədi daşıyır.
Belə düşüncədə olanların iddialarına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəqil xarici siyasət kursu, Rusiyaya qarşı Qərbin sanksyalarına qoşulmaması, eləcə də dünyada artan rolu ABŞ və müttəfiqlərini ciddi şəkildə narahat edir: “Bu səbəbdən Qərb dairələri bir tərəfdən Türkiyədə daxili iqtisadi vəziyyəti gərginləşdirməyə, digər tərəfdən isə Ərdoğan iqtidarını seçki dövründə zəiflətməyə çalışırlar”. dia-az.life-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, seçkilər yaxınlaşdıqca Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmalar davam edəcək: “Gözlənilən odur ki, qarşıdakı seçkilər Türkiyənin siyasi tarixində ən gərgin seçkilərdən biri olacaq. Artıq müxalifət düşərgəsi qarşıdan gələn seçkilərdə vahid namizədlə iştirak etməklə bağlı müzakirələrə başlayıb. Hakim partiya da seçkilərə ciddi şəkildə hazırlaşır. Heç şübhəsiz ki, baş verənlərin fonunda Türkiyəyə qarşı xarici təzyiqlər də artır”.
“Bunun bir səbəbi Türkiyənin dünya miqyasında güclənməsi, aparıcı diplomatik oyunçulardan birinə çevrilməsidirsə, digər səbəbi müstəqil xarici siyasət yürütməsi ilə bağlıdır. Xüsusən, Rusiya məsələsində Türkiyənin tutduğu mövqe, şimal qonşumuza qarşı embarqolara qoşulmaması, ABŞ və müttəfiqləri ilə fikir ayrılıqları münasibətləri daha da gərginləşdirir”, - deyə həmsöhbətimiz bildirib.
Deputatın sözlərinə görə, ABŞ Maliyyə Nazirliyinin Türkiyəyə etdiyi son müraciət də təsadüfi deyil: “Onlar aydın şəkildə bildirirlər ki, Türkiyə ABŞ və Rusiya valyutası arasında seçim etməlidir. Əks halda Türkiyə banklarını dollarla əməliyyatlar aparmaq imkanından məhrum edəcəkləri ilə hədələyirlər. Bu, kifayət qədər ciddi bəyanatdır. Açıq şəkildə qeyd edirlər ki, Türkiyə bütün riskləri nəzərə almalıdır”.
“Nəzərə alanda ki, son dövrlər Türkiyəyə qarşı iqtisadi təzyiqlər davam edir və lirənin ucuzlaşmasının xarici amillərlə bağlılığı ən yüksək rəsmi səviyyədə etiraf olunur, bu prosesin bundan sonra da davam edəcəyini söyləmək olar. Seçkilər yaxınlaşdıqca təzyiqlər daha da artacaq və daxili iqtisadi problemlər yaratmaqla Ərdoğan komandasının elektoratını azaltmağa çalışacaqlar”, - deyə Bayramov söyləyib.
Əlavə edib ki, Türkiyənin müstəqil xarici siyasət kursu həm Türkiyənin, həm də qardaş ölkə olaraq Azərbaycanın maraqlarına cavab verir: “Hesab etmirəm ki, ABŞ və müttəfiqləri təzyiqlər yolu ilə Türkiyəni geri çəkilməyə təhrik edə biləcəklər. Türkiyə demokratik dəyərlərin oturuşduğu bir dövlətdir və seçkilərin taleyinə hər hansı kənar qüvvələr deyil, türk xalqı aydınlıq gətirəcək”. dia-az.life-ın məlumatına görə, Türkiyənin Ankara Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl da AYNA-ya şərhində qeyd edib ki, Qərb əlindəki imkanlardan yararlanaraq Türkiyəyə təzyiq edir: “Burada qarşı əsas təzyiq aləti iqtisadi məsələlərdir. Məlumdur ki, bu gün Türkiyə müstəqil, balanslaşdırılmış xarici siyasət yürüdür. Məhz bu siyasətin nəticəsidir ki, Türkiyə bu gün dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Rusiya məsələsində tutduğu mövqe, NATO daxilində fikir ayrılıqları, ABŞ və müttəfiqləri ilə ortaya çıxan problemlər Qərb dairələrini ciddi şəkildə narahat edir. Onlar Türkiyə kimi önəmli bir dövlətin müstəqil siyasət yürütməsi ilə barışmaq istəmirlər”.
“Məhz bunun nəticəsidir ki, son dövrlər Türkiyəyə qarşı təzyiqlər daha ciddi xarakter almğa başlayıb. Heç şübhəsiz ki, lirənin ucuzlaşması, Türkiyə iqtisadiyyatında yaşanan problemlər əsas etibarilə xarici təzyiqlərlə bağlıdır. Onsuz da bu siyasət həyata keçirilirdi. Seçkilər yaxınlaşdıqca isə təzyiqlər daha da artacaq. ABŞ maliyyə nazirliyinin Türkiyəyə son müraciəti də məhz bundan qaynaqlanır”, - deyə müsahibimiz vurğulayıb.
İsmayıl Türkiyənin çox ciddi seçim qarşısında olduğunu diqqətə çatdırıb: “Qarıdakı seçkilər kifayət qədər gərgin şəraitdə keçəcək. Bunun əlamətləri artıq tam çılpaqlığı ilə ortadadır. Bütün hallarda Türkiyədə seçkilərin taleyini xalq həll etməlidir və xalq da həll edəcək. İmkan vermək olmaz ki, kənar qüvvələr daxildə təsir imkanları qazansınlar. Bunun Türkiyə üçün uğurlu olmayacağı hər kəsə məlumdur. Bu mənada türkiyəli seçicilərin də üzərinə böyük məsuliyyət düşür”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
|