Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir .....                     Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! .....                     Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU .....                     Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? .....                     Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib .....                     Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini .....                     Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub .....                     Ararat Mirzoyan COP29-a dəvət alıb .....                     "MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... .....                     Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” .....                     Bakıda şirkət rəhbəri həbs edildi .....                     QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR .....                     "Qısa zamanda sülh müqaviləsi imzalana bilər” .....                     Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir .....                     Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? .....                     Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! .....                     Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir .....                     Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb .....                     Paşinyan COP29-da iştirak üçün dəvət alıb .....                     ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... .....                     DEM partiyasının baş ofisinə hücum olub .....                     Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir .....                     Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib .....                     “Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" .....                     DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? .....                     “Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? .....                     Sülh sazişini bu formada imzalamağa hazırıq .....                     "COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" .....                     “İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” .....                     Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb .....                     Həm maaş, həm də pensiya alan deputatlar .....                     Qonşu ölkədə dollar kəskin bahalaşdı .....                     Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” .....                     Bakıya getməyə məcburuq .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir .....                     "Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB .....                     BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər .....                     Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: .....                 

2-ci həmlədə QƏLƏBƏ KİMİNDİR? - İNCƏLƏMƏ...
Tarix: 15-05-2023, 09:29 | Çap et
2-ci həmlədə QƏLƏBƏ KİMİNDİR?
Seçkilər II tura qalarsa (xaricdə yaşayan türklərin səsi hələ tam sayılmadığından Ərdoğanın seçilib-seçilmədiyi bəlli deyil), “Cümhur” ittifaqı liderinin ciddi fərqlə zəfər çalacağı ehtimalı var.

Səbəblər:

a) Ərdoğanın II turda qələbəsini şərtləndirən daxili amillər

İlk turda Kılıçdaroğlunun yanında yer alan bir sıra siyasilər II turda Ərdoğanı dəstəkləyə bilərlər. Məsələn, İYİ Partinin sədri Meral Akşener xanım I turda belə, “Millət” İttifaqının cərgəsində könülsüz yer almışdı. Onun fikrincə, Kılıçdaroğlu heç bir şəkildə Ərdoğana qalib gələ bilməzdi və seçkinin nəticələri Akşeneri haqlı çıxardı. Sözsüz ki, onun və tərəfdarlarının növbəti dəfə potensial məğlubun yanında dayanacağı rasional deyil. Eyni sözləri “Millət” ittifaqının digər bəzi partiyaları barədə də demək mümkündür.
CHP elektoratı I tur seçkilərində ağır psixoloji yara aldı. Onlardan bəzilərinin “onsuz da xeyri yoxdur, hamımız səs versək belə, Ərdoğan seçiləcək” deyib II tura qatılmaması ehtimalı var. Nəticədə II tura qatılanların faizi “Millət” ittifaqının əleyhinə aşağı düşə, bu da dolayısıyla Ərdoğana səs verənlərin nisbətini artıra bilər. Ərdoğana isə seçkidə qələbə qazanmaq üçün topladığı səsi “qıl payı” artırmaq lazımdır. “Millət” ittifaqının aktivliyinin azalması belə, bu imkanı ona təkbaşına qazandıra bilər.
Birinci turda gözlənəndən xeyli artıq – 5%-dən çox səs toplayan Sinan Oğanın II turda Ərdoğana daha yaxın mövqe tutacağı ehtimalı yüksəkdir. Ülkücü camiadan gələn, seçkilərə Halkların Demokratik Partisi (HDP) və Hür Dava Partisindən (HÜDA-PAR) dəstək alan, dolayısıyla gələcək siyasi fəaliyyətlərində bu partiyalardan asılı vəziyyət düşən ittifaqların seçilmək imkanlarını məhdudlaşdırmaq üçün qatıldığını bəyan edən və bu hədəfinə çatan Sinan Oğanın II turda AKP ilə daha rahat sövdələşməsi gözləniləndir. Çünki CHP II turda uğur qazanmaq istəyirsə, seçkilərə Yeşil Sol Parti adıyla qatılan HDP-dən imtina edə bilməz. Belə ki, ilk turdakı nəticələr göstərir ki, HDP hardasa 8.8% səs oranına malikdir. Bu isə onunla ittifaq quran CHP üçün həyati önəm daşıyan rəqəmdir və HDP-nin gətirdiyi səsdən imtina etmək Kılıçdaroğlunun topladığı səsləri 20-25% azalda bilər. I turda Cümhur ittifaqına cəmi 0.08% səs gətirən HÜDA-PAR`dan Sinan Oğanın elektoratını qazanmaq naminə imtina etmək və ya onu ikinci plana atmaq Ərdoğan üçün daha rahatdır. Sinan Oğanın siyasi məfkurəsinin də mühafizəkar kəsimlə eyni cizgidə olduğunu hesaba qatsaq, onun II turda Ərdoğanın yanında dayanmaması üçün heç bir səbəb yoxdur. Üstəlik, onun seçkilərdə Ərdoğana yaxınlığını gizlətməyən Azərbaycanla da yaxın əlaqələri var və zənnimizcə, bu amil də Sinan Oğanın II turdakı mövqeyini müəyyənləşdirməsində önəmli rol oynayacaq.
I turda göbəkdən aşağı şantajlara məruz qalaraq yarışı yarıda buraxan Mühərrəm İncə də bu təxribatın törədilməsində ən çox keçmiş partiyadaşlarından şübhələnir. İncə bunu açıq ifadə etməsə də, şübhələrini bəzi eyhamlarla dilə gətirib. Odur ki, İncənin də II turda Ərdoğana daha yaxın mövqe tutması sürpriz olmaz. Üstəlik, o, Kılıçdaroğlunun qələbə çalacağına inansaydı, öz namizədliyini verməz, keçmiş başkanını dəstəkləyər və ondan hansısa vəzifə qopara bilərdi. Bu baxımdan Məmləkət liderinin ümidvar olmadığı bir namizədə səs verməsi və onu dəstəkləməsi inandırıcı görünmür və bu amil İncənin II turdakı tutumunu Ərdoğanın xeyrinə formalaşdıra bilər.

Sirr deyil ki, Ərdoğan son seçkilərə bir çox zəif məqamlarla qatılmışdı. İqtisadi böhran, zəlzələ və xarici siyasətdə qeyri-ənənəvi geosiyasi təmayül və s. kimi faktorlar bu həssas problemlərin başında gəlirdi. Türk xalqının yarısının səsini alması isə Ərdoğanın əvvəlki populyarlığını itirmədiyini göstərdi. AKP liderinin keçən seçkilərdə topladığı səs oranına baxanda görə bilərik ki, o yenə eyni sayda seçicinin rəğbətini qazanmışdı. Bu mənzərə Türkiyə insanının nə bahasına olursa olsun öz siyasi tərcihini dəyişmədiyini göstərir. Başqa sözlə, Türkiyə xalqının sümükləşmiş siyasi mövqeyi var və heç bir fəlakət onun mövqeyini dəyişdirə bilməz. Bunun ən bariz örnəyini biz zəlzələ bölgəsinin Ərdoğana verdiyi səslərin timsalında görürük. Millət ittifaqı və onun xarici havadarları zəlzələdən zərər çəkən bölgə insanlarının AKP-yə səs verməyəcəyini düşündükləri halda, Ərdoğana bu vilayətlərdən çox ciddi dəstək gəldi. Məlumata görə, 85%-ə yaxın iştirak payı ilə seçkilərdə öz sözünü deyən zəlzələ məğdurlarının 54%-dən çoxu Ərdoğana, təxminən 42%-i isə Kılıçdaroğluna səs verdi. 12%-lik üstünlük böyük rəqəmdir və bu, Ərdoğanın zəlzələ bölgəsindəki nüfuzunun sarsılmadığından xəbər verir.

B) Xarici amillər

Kılıçdaroğlu ABŞ və Avropa ölkələrinin onun sonsuza qədər dəstəkləyəcəyinə ümid edir və bunu gizlətmirdi. Hətta paylaşımlarının birində Rusiyanın ünvanına sərt fikirlər səsləndirərək siyasi oriyentasiyasını bəlli etmişdi. Amma məsələ burasındadır ki, Rusiya ilə ağır hesablaşmalara hazırlaşan Qərb ölkələri Türkiyənin güclü lider tərəfindən idarə olunmasını istərlər. Müxtəlif məfkurələrə malik 6+1 partiyanın dəstəklədiyi halda 45% belə səs toplaya bilməyən Kılıçdaroğlunun hakimiyyətinin möhkəmliyi şübhə isə altındadır. Ən adi mübahisə bu koalisiyanın dağılması ilə nəticələnə bilər, bu da görüləcək işlərin ən həlledici məqamda yarıda kəsiləcəyi mənasına gəlir.

Sözsüz ki, Qərb dünyası Türkiyə kimi geosiyasi baxımdan önəmli bir məmləkəti təsadüflərin ümidinə buraxmazdı. Zənnimcə, Ərdoğana qarşı Kılıçdaroğlunun dəstəklənməsi blef idi və məqsəd Türkiyə liderini öz məxrəclərinə gətirməkdi. Prinsipcə, Ərdoğan da Rusiyaya yaxın siyasət yürütməklə manevr edir, Qərbdən Türkiyə üçün daha çox güzəştlər qoparmağa çalışırdı.

Türkiyənin güney-doğusunda baş verən zəlzələdən sonra Ərdoğan Qərblə konfliktə son qoydu, öz manevrlərini dayandırdı. Çünki bu təbii fəlakət nəticəsində Türkiyə zəif düşmüşdü və daha çox güzəşt qoparmaq sevdasının əks nəticə verəcəyi təhlükəsi vardı. Ərdoğanın zəlzələdən sonra istər Yunanıstan, istərsə də NATO-ya daxil olmaq istəyən Finlandiya ilə münasibətləri yumşaltması, hətta sonuncunun sözügedən alyansa qoşulmasına yaşıl işıq yandırması da buna dəlalət edir. Yəqin ki, yaxın günlərdə İsveçin də NATO-ya daxil olmasına razılıq veriləcək. Amma təbii ki, ondan tələb olunan güzəştlərin ən azı prinsipial qismini aldıqdan sonra.

Fikrimcə, dünənki seçkilərdən sonra Türkiyənin Qərb müttəfiqlərindən istədiyi güzəştləri daha rahat almasının da önü açıldı. Zira Qərbin qarşısında yenə güclü Ərdoğan dayanacaq və Türkiyə liderinin II turda əldə edəcəyi böyük üstünlük onun sözünün çəkisini də artıracaq. Beləcə, Türkiyənin yeni mərhələdə Rusiya ilə isti münasibətlərə də ehtiyac qalmayacaq. Çünki Rusiya həm Türkiyə ilə təbii rəqib, hətta coğrafi baxımdan ən yaxın düşməndir, həm də Ərdoğanın artıq bu manevri də öz hədəfinə çatıb və daha güclü şəkildə danışıqlar masasında oturmaq zamanı gəlib. Belə vəziyyətlərdə inadkarlığı davam etdirmək insanı hədəfdən yayındıra və qabını çatladan tünd sirkə effekti verə bilər.

Heydər Oğuz
//ovqat.com//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Bu gün, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Bu gün, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Bu gün, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Bu gün, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Bu gün, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Bu gün, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Bu gün, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Bu gün, 16:48
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq
Bu gün, 16:46
QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir
Bu gün, 16:41
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər” - deputat
Bu gün, 16:37
Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir - BARIŞIQ İSTƏMİRLƏR...
Bu gün, 16:34
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Bu gün, 16:33
Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:31
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO
Bu gün, 16:27
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb - FOTO, VİDEO
Bu gün, 16:21
Paşinyan COP29-da iştirak üçün dəvət alıb - Ermənistan XİN
Bu gün, 16:19
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... - FOTO
Bu gün, 16:17
DEM partiyasının baş ofisinə hücum olub
Bu gün, 15:04
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir - Başqa yolu yoxdur...
Bu gün, 14:00
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Bu gün, 13:58
“Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" - Rusiyalı politoloq
Bu gün, 13:56
DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? - Ekspert AÇIQLADI
Bu gün, 13:50
“Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? - FOTOLAR
Bu gün, 13:42
Sülh sazişini bu formada imzalamağa hazırıq - Qriqoryan
Bu gün, 13:39
"COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" - Vüqar Oruc
Bu gün, 13:33
“İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” - NARAZILIQ VAR...
Bu gün, 13:30
Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb - SƏBƏB
Bu gün, 13:16
Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
Bu gün, 13:09
Qonşu ölkədə dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Bu gün, 13:01
Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” - "Bir müddətdir anamla danışmırdım"
Bu gün, 12:59
Bakıya getməyə məcburuq - Erməni jurnalist
Bu gün, 12:57
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:55
Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir - VİDEO
Bu gün, 12:53
"Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB - cəzasız qalmadı...
Bu gün, 12:51
BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər - İndoneziya xarici işlər naziri
Bu gün, 12:47
Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: - “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb
Bu gün, 12:42
Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: - ABŞ-da siyasət dəyişikliyi gözlənilir
Bu gün, 12:37
“Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq” - “News.am”
Bu gün, 12:30
Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında
Bu gün, 12:26
Tuneldə ölən Elnurun ailəsi fəryad edir: Günahkarlar cavab versin! - VİDEO
Bu gün, 12:23
Təbrizdə divarlara bu cümlələr yazıldı - FOTO
Bu gün, 12:20
Tehran-İrəvan uçuşları Təbrizdən həyata keçiriləcək
Bu gün, 12:18
Qarabağ separatçısı bəraət aldı - FOTO
Bu gün, 12:14
“Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” – Əkrəm Əylisli
Bu gün, 12:09
Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb - DETALLAR
Bu gün, 12:02
İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru