"Ukrayna üzrə sülh sazişi necə ola bilər?" - "The New York Times"
Tarix: 8-02-2024, 08:24 | Çap et
Putin elə sülh sazişinə razı ola bilər ki, indi işğal etdiyi əraziləri əldə etsin və Ukraynanın Avropaya inteqarasiyasını dayandırmaqla onu neytral qalmağa vadar etsin. Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb. Bu il Ukrayna və Rusiyanın ekspertlərin gözlədiyindən daha uğurlu hərbi kampaniya aparacağı hələ də mümkündür. Lakin bu il döyüş əməliyyatlarının ən ehtimal edilən nəticəsi dalan vəziyyətinin saxlanılması olacaq. Və bu dalan müharibənin necə sona yetəcəyini müəyyən edəcək. Jurnalistlər iddia edir ki, Ukrayna bütün ərazilərini geri qaytarmaq istəyir, amma bu, çətin ki, baş verəcək. "Ukraynalılar müqavimət göstərmək iqtidarında olduqlarına inanır. Onlar 2022-ci ildə Kiyevi müdafiə edib, Xersonu geri qaytarıb və Rusiyanı Xarkovdan sıxışdırıb. Onların ordusu Avropada ilk olaraq döyüşlərdə bərkiyib, Amerika və müttəfiqlərinin texnologiyaları sayəsində daha da müasirləşib. Onlar ən pis nəticədən- tam məğlubiyyətdən, öz demokratik hökumətinin devrilməsindən və Rusiyanın oyuncaq rejiminin qurulmasından yan keçib. Bir çox ukraynalılar indi hesab edir ki, Rusiyaya güzəştə getmək onların həmvətənlərinin əbəs yerə həlak olması demək olacaq", - məqalədə deyilir. Müəllif qeyd edir ki, Ukrayna müharibədə ölənlər və yaralananlarla birgə çoxlu insanlarını itirib, onun döyüş sursatları, maddi resursları və avadanlığı tükənir. Avropanın 54 milyard dollar məbləğində iqtisadi yardımı yenicə təsdiq etməsinə rəğmən, məhz Amerika pulları Kiyevin hərbi gücünü təmin edir. Lakin Nümayəndələr Palatasında respublikaçıların əksəriyyəti hazırda Ukraynaya bundan sonra yardım göstərilməsinin əleyhinə çıxır. Hətta Ukraynayönümlü respublikaçılar Bayden administrasiyasından döyüş meydanında hazırkı dalandan çıxmağın strategiyasının necə olacağını soruşur. Bu arada isə maliyyələşmə sərhəd siyasəti üzrə debatlara cəlb edilə bilər. "Əgər Ukrayna Rusiyaya qalib gəlmək üçün ona lazım olduqlarını əldə edə bilməsə, hansı sövdələşməyə gedə bilər?" - analitiklər sual edir. Onların fikrincə, Vladimir Putin elə sülh sazişinə razı ola bilər ki, indi işğal etdiyi əraziləri əldə etsin və Ukraynanı Avropaya inteqarasiyasını dayandırmaqla onu neytral qalmağa vadar etsin. Ukraynalılar bu sövdələşməni təslimçilik adlandırır, lakin Amerikanın əlavə yardımı olmadan bunu qəbul etməyə məcbur ola bilər. Ukrayna üçün daha əlverişli sövdələşmə heç olmasa işğal edilmiş ərazilərin bir hissəsinin geri qaytarılması, habelə onun ABŞ və Avropadan Rusiyadan müdafiə olunmasına kömək edəcək vəd alması olardı. Mümkündür ki, Putin o zaman gələcək hücumlar barəsində dəfələrlə götürqoy edəcək. Belə ssenaridə Ukrayna dərhal NATO və Avropa İttifaqına daxil olmaya bilər, məhz belə perspektiv ilk növbədə Rusiyanın hərbi müdaxiləsinə səbəb olub. "Lakin belə sövdələşmənin mümkün olması üçün Ukraynaya Rusiyanın gücünü sarsıda biləcək daha güclü ordu tələb ediləcək. Rusiya ordusu zərər çəkib, onun ən müasir silahı itirilib, onun modernləşdirilməsi isə illərlə təxirə salınıb. Əgər ABŞ tərəfindən təklif edilən 60 milyard dollar məbləğində yardım paketi nə zamansa gerçəkləşəcəksə, bu, Rusiyanın arxa cəbhəsinə daha cəsarətli zərbələr endirilməsinə imkan verəcək ki, bu da Moskvanı özündən çıxarır. Konqresin pulları pis və yaxşı sövdələşmə arasında həlledici amil ola bilər. Bu pullar Ukraynaya danışıqlar masası arxasında mövqelərini möhkəmləndirə bilər. Bunsuz Putinin Qərbin səbrinin tükənəcəyi barədə fikirlərində haqlı olduğu üzə çıxacaq", - məqalədə deyilir. Rusiya ilə danışıqların mümkünlüyü-proqnozlar Yanvarın 15-də Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, Rusiya ilə münasibətdə güzəştlər döyüş meydanında qələbə olmadan mümkün deyil, çünki əksəriyyət rusiyalıların mentaliteti belədir. Rusiya və Ukrayna davam edən müharibədən tükənib, bu da bu ilin sonunda danışıqlar üçün pəncərə aça bilər. Bu fikirlə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ceyms Stavridis çıxış edib. "İlin sonuna yaxın ABŞ-da seçkilərdən sonra bizim potensial danışıqlar üçün məqamımız olacaq", - o, deyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|