Navalnı özünün qətlə yetirilməsi üçün əlindən gələni etdi - FAKT BUDUR!
Tarix: 26-02-2024, 08:31 | Çap et
Etiraf edim ki, Aleksey Navalnının qətli məni təəccübləndirmədi, çünki əmin idim: Putin onu öldürəcək. Məsələ “nə vaxt öldürəcək”də idi. Dəqiq vaxtı bilmədiyimdən, Navalnının qətl xəbərini eşidəndən sonra düşündüm: “Nə üçün indi?” Belə ehtimal var ki, Putin get-gedə öz gələcəyinə daha az əmindir, buna görə də hakimiyyətdən getməmişdən ürəyində bəslədiyi qisas şəhvətini doydurmağı daha üstün tutdu deyə həmin bu qətl əmrini verib. Yenə əminəm ki, əmrinin icra edilməsi barədə xəbəri alanda onun kefi əməlli-başlı kökəlib. Növbəti hakimiyyət dövrünə o könlü şad, ruhu asudə qədəm qoyacaq. Navalnının qətli barədə kimsə ona sual versə, cavabı bəllidir: “Günah onun özündədir”.
Həqiqətən, müasir Rusiya Federasiyası adlanan dövlətdə vətəndaş Aleksey Navalnı özünün qətlə yetirilməsi üçün əlindən gələni 100 faiz etdi. Navalnı ağıllı adam idi, lakin bir neçə məsələdə uşaq kimi sadəlövh idi. Məsələn, inanırdı ki, rus xalqı azadlığa layiqdir. İnanırdı ki, Putin siyasətdə hansısa qaydalar əsasında oynayır. Bu, onun ən böyük səhvi idi. Putin üçün hakimiyyət naminə savaşda heç bir qayda yoxdur, nə hüquqi, nə əxlaqi, nə də dini. Deyə bilərlər ki, Navalnı Putinin hakimiyyətinə təhlükə deyildi. Deyə bilərlər, lakin çox səhv edərlər. Navalnı kiril əlifbasında “Г” hərfi kimi əyilmiş rus kütləsinin içində çox nadir insanlardan idi ki, nida işarəsi kimi dik dayanıb insanın əyilə bilmədiyini nümayiş etdirirdi. Bax, bu əyilməzlik örnəyi Putin üsul-idarəsi üçün həqiqi təhlükə idi. Məhz bu əyilməzliyə görə jurnalist Anna Politkovskayanı öldürmüşdülər.
Putin sanki aramsız olaraq adını belə çəkmək istəmədiyi Navalnı ilə danışırdı. Sanki ona deyirdi: siyasət hesabına dolanmaq istəyirsən? Bax Zyuqanova, bax Mironova, gör necə yağ-bal içində üzürlər. Sənin nəyin onlardan artıq və ya əskikdir? Qoşul onlara, salaq səni Dövlət Dumasına, lap istəsən elə yan-yörəni də salaq oraya, hətta bir fraksiya da yaradıb Dumanın tribunasından od püskür. Özün istəmədin. Hərçənd ki, səndən əla konstruktiv müxalifət çıxardı. Qərb belələrini daha çox sevir, gəzərdin Amerikanı, Avropanı, istəsəydin, lap Asiyanı və Afrikanı, bizim hakimiyyəti orada ifşa edərdin. Günah sənin özündədir, özün istəmədin. İnsan cəmiyyətdən təcrid olub yaşaya bilməz. Anladın? Yaşaya bilməz. Çünki insan ictimai heyvandır. Özü seçir, hansı heyvan olsun. Şir olmaq istəsə, bilməlidir ki, Rusiyadakı ondan güclü şirə tabe olmalıdır. Tabe olmasa, onu parçalayacaqlar. Tülkü olmaq istəsə, ona dovşandan, toyuqdan ovlamağa izn verəcəklər, bəy balası kimi yaşayacaq. Dovşan və toyuq ləzzətlidir. Amma səndən güclü heyvanın ovlağına girib orada ağalıq eşqinə düşsən, bil ki, axırın elə belə olacaq.
Sənə neçə dəfə anlatmağa çalışdılar ki, həddini biləsən? Tutub saldılar qoduqluğa, anlamadın, çıxdın başladın yenə əvvəlki işlərinə. Mühasirəyə alıb bütün gəlir mənbələrini kəsdilər, anlamadın. Həddini aşıb sabiq rus Prezidenti Dmitriy Medvedevin 3 milyard dollarlıq malikanəsini çəkdin, dünyaya göstərdin. Həmin 3 milyard dolları Medvedevə bağışlamış Əlişir Usmanov səni məhkəmə ilə hədələdi, işarəni anlamadın. Putinin Qara dəniz sahilində Gəlincikdəki möhtəşəm qəsrini və ətrafını çəkib dünyaya göstərdin, yenə ürəyin soyumadı. Ətrafına özün kimiləri toplayıb adam balası kimi yaşamaq istəyən bütün rus nazir, general və polkovniklərinin halal zəhmətlə əldə etdikləri malını-mülkünü çəkib onları öz aləmində sanki rüsvay elədin. Daha anlamadın ki, rus xalqı, insan nə qədər çox oğurlayıbsa, ona bir o qədər çox hörmət edir, onu bacarıqlı adam sayır.
Sənə neçə dəfə anlatmağa çalışdılar ki, həddini biləsən? Tutub saldılar qoduqluğa, anlamadın, çıxdın başladın yenə əvvəlki işlərinə. Mühasirəyə alıb bütün gəlir mənbələrini kəsdilər, anlamadın. Həddini aşıb sabiq rus prezidenti Dmitriy Medvedevin 3 milyard dollarlıq malikanəsini çəkdin, dünyaya göstərdin. Həmin 3 milyard dolları Medvedevə bağışlamış Əlişir Usmanov səni məhkəmə ilə hədələdi, işarəni anlamadın. Putinin Qara dəniz sahilində Gəlincikdəki möhtəşəm qəsrini və ətrafını çəkib dünyaya göstərdin, yenə ürəyin soyumadı. Ətrafına özün kimiləri toplayıb adam balası kimi yaşamaq istəyən bütün rus nazir, general və polkovniklərinin halal zəhmətlə əldə etdikləri malını-mülkünü çəkib onları öz aləmində sanki rüsvay elədin. Daha anlamadın ki, rus xalqı, insan nə qədər çox oğurlayıbsa, ona bir o qədər çox hörmət edir, onu bacarıqlı adam sayır.
Qaldı son işarəyə, sənə onu da göndərdik. Zəhərlədik. Ancaq miyanə, elə yox ki, yıxılıb öləsən. Hətta icazə verdik ki, müalicə üçün Almaniyaya gedəsən.
İşarəni anladınmı? Xeyr a! Əksinə, dələduz adamlarla əlbir olub səni zəhərləmiş şərəfli zabitlərlə telefon əlaqəsi yaratdın, özünü hökumət adamı kimi qələmə verib onları zəhərləmə əməliyyatı barədə sənə telefonla məruzə etməyə vadar etdin. Sonra isə səs yazısını dünyaya yayıb həm hökumətin rəzalətini, həm də rus xəfiyyə zabitlərinin axmaqlığını bütün dünyaya faş etdin.
Sənə yenə imkan verdik həyatında nəsə qanasan. Sən Almaniyada olanda səni axtarışa verdik. Ağlın olsaydı, elə Almaniyada qalardın. Xeyr a! Rus xalqına qəhrəman olduğunu sübut etmək istədin, durub uçdun Moskvaya. Səni hava limanında böyük izdiham gözləyirdi. Biz sənə qəhrəman olmağa icazə verə bilməzdik. Təyyarəni başqa limanda əylədik və birbaşa göndərdik səni bizim bütün dünyada öz “ədaləti” ilə tanınan məhkəməmizə. Orada da sənə lazımi və layiqlı cəzanı kəsdilər.
Yenə farağat durmadın, başladın qazamatdan bəyanat yaymağa, xalqa demokratiya naminə mübarizə dərsləri verməyə, hakimiyyəti ifşa etməyə. Səni əyalət qazamatına keçirdik, oradan da səsini ucaldıb hökuməti, ən əsası, rus xalqının xilaskarı və son ümid yeri olan Prezidenti tənqid etdin.
Sənə təkrar məhkəmə qurub 19 il həbs cəzası kəsdik ki, mumlayasan. Xeyr a! Daha ucadan qışqırdın, xalqı oyatmaq istədin.
Hay-hay, sən saydığını say, gör fələk nə sayır!
Sənin vəkillərini həbs etdik, bir neçəsi xaricə qaçdı. Yenə ram olmadın. Məcbur olub səni Sibirin şimalına, ən soyuq, ən ağır şəraiti olan Labıtnanqi həbs düşərgəsinə keçirdik. Qazamatda yatdığın bütün bu müddət ərzində səni ardıcıl olaraq 29 dəfə ŞİZO-ya saldıq ki, ağlın başına gəlsin.
Ağlın başına gəlmədi. Rus xalqının əksəriyyəti kimi başıaşağı yaşamaq istəmədin. Özün istəmədin. Gözün kor oldu, görmədin ki, rus xalqı, hamı bir nəfər kimi, ayağa qalxıb Putini dübarə özünə rəhbər seçməyə hazırlaşır. Qazamatdan etiraz səsini ucaltdın, xalqı oyatmağa çalışdın. Belə vəziyyətə dəxi dözmək olmazdı.
Di al payını!
Zərdüşt Əlizadə - dia-az.life
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Bu gün, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
|