Qanlı müharibə bölgəsində son durum: - “Hər bir metr uğrunda şiddətli döyüş gedir”
Tarix: 1-03-2024, 10:53 | Çap et
Ukraynada yaşayan, beynəlxalq media orqanları ilə əməkdaşlıq edən, qanlı döyüş meydanlarından reportajlar hazırlayan tanınmış azərbaycanlı jurnalist İdrak Camalbəyli AYNA-ya müsahibəsində Ukraynadakı son döyüş əməliyyatlarından danışıb. Beləliklə:
- Hazırda döyüş zonalarında vəziyyət nə yerdədir?
- Hazırda Donbasdayam. Ukrayna ordusu bütün gücü ilə müqavimət göstərir. Olduğum istiqamətdə tərəflərdən hər hansı birinin üstünlüyünü müşahidə etmirəm. Ukrayna ordusunda yüksək əhval-ruhiyyə var. Yüksək rütbəli hərbçilər mərmi çatışmazlığından şikayətlənirlər. Amma döyüşlərdə bu problem hiss olunmur.
- Son zamanlar Qərb ölkələrində Ukraynanın müdafiəsinə ordu göndərilməsi məsələsi müzakirə olunur. Bu xəbərlər ictimaiyyət arasında necə qarşılanır və Qərbdən ordu gəlməsi realdırmı?
- Qərbdən ordu göndərilməsinə Ukraynada heç kim inanmır. Təlimatçılar göndərilə bilər. Amma ruslarla döyüşməyə ordunun göndəriləcəyi real deyil. Hələlik buna ehtiyac da yoxdur. Ukrayna ordusunda kifayət qədər hərbçi var. Ukraynalılar hesab edirlər ki, Qərb lazımi köməklikləri etsə, ordu zəbt olunmuş əraziləri də azad edə bilər. Əsasən, müasir aviasiya vasitələri və uzaq mənzilli raketlərə ciddi ehtiyac var.
- Deyirsiniz ki, Ukrayna ordusunda kifayət qədər hərbçi var. Amma Prezident Zelenski orduya çağırılmaq üçün canlı qüvvə çatışmazlığından narahatlığını ifadə etdi...
- Səfərbərliklə bağlı müəyyən problemlər var. Bu, əsasən Ukraynanı tərk edən cavanlarla bağlıdır. Kiyev çalışır ki, Avropaya gedən kişiləri geri qaytarsın. Bununla belə, hələlik döyüşlərdə bu amil müşahidə olunmur. Rusiyanın bir az üstünlük qazanması səbəbi də mərmi çatışmazlığıdır.
- Ümimiyyətlə, son vaxtlar Ukrayna ilə bağlı pessimist xəbərlər yayılır. Xüsusilə, Avdeyevkanın itirilməsindən sonra bu cür məlumatlar intensivləşib. Niyə? Cəmiyyətlə bu yöndə ruh düşkünlüyü hiss olunurmu?
- Rusiyanın Avdeyevkanı zəbt etməsindən sonra genişmiqyaslı hücuma keçəcəyi gözlənilirdi. Amma Ukrayna ordusu bunun qarşısını ala bildi. Rusiya ordusu yüz metr də irəliləyirsə, bu, çox böyük itkilərin hesabına baş verir. Hər bir metr uğrunda şiddətli döyüş gedir. Ehtimalım odur ki, Ukraynanın böyük itkilər verdirməklə geri çəkilməsi bir taktikadır. Bu baxımdan yaxın aylarda üstünlüyün Ukrayna tərəfinə keçəcəyi gözlənilir.
Ukrayna ilə bağlı pessimist proqnozların hansı məqsədlə verilməsinin səbəbini bilmirəm. Çünki Ukraynanın hələlik kifayət müdafiə və hücum potensialı var. Bundan əlavə, əhali artıq müharibəyə öyrəşib və əksəriyyət Rusiya ordusunun Ukraynada məğlub ola biləcəyinə inanır. Ola bilsin ki, Rusiya kəşfiyyatı da bu tip xəbərlər yaydırmaqla Ukraynada ruh düşkünlüyü yaratmaq istəyir. Amma vəziyyət iki il əvvəllə müqayisədə çox dəyişib. Rusiya bu yolda məqsədinə çata bilməyəcək.
- Bu ayın ortalarında Rusiyada prezident seçkiləri keçiriləcək. Təhlükəli gözləntilər var ki, rus ordusunun qarşısında seçkilərədək Ukraynadan maksimum dərəcədə torpaq qoparmaq vəzifəsi qoyulub. Yəni, bununla Putin özünə seçki hədiyyəsi etmək istəyir. Ukrayna bunun qarşısında dayana biləcəkmi və hazırda rusların belə şiddətli hücumları müşahidə olunurmu?
- Təhlükəli gözləntilər həmişə var. Bu baxımdan, mart ayında Rusiyanın daha genişmiqyaslı hücuma keçəcəyini gözləmək olar. Ukrayna ordusunun da buna uyğun hazırlaşdığı istisna deyil. İnanmıram ki, Rusiya yaxın həftələrdə cəbhədə ciddi uğur əldə edə bilsin. Demək olar, hər iki tərəfin gücü eynidir. Rusiyanın aviasiya üstünlüyü olmasına baxmayaraq, Ukrayna ordusu bunu döyüşlərdə hiss elətdirmir. Düşünürəm ki, Ukrayna bu dalğanın da qarşısında dayana biləcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Bu gün, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
|