Türkiyə İraq və Suriyada hərbi əməliyyatları müzakirə edir
Tarix: 2-10-2014, 13:07 |
Çap et
Oktyabrın 2-də Türkiyə parlamenti İraq və Suriyada hərbi əməliyyatlara icazə verilməsinə dair hökumətin xahişinə baxacaq.
Parlamentdə İslam Dövləti (İD) ekstremist qrupunun yaratdığı təhlükə müzakirə olunacaq. Bu qrup İraq və Suriyada böyük əraziləri tutub.
Bundan əvvəl Türkiyə parlamenti İraq və Suriyada kürd separatçılarına qarşı əməliyyatları dəstəkləyib. Dəməşq rejiminin yaratdığı təhlükənin dəf olunmasına da dəstək ifadə olunub.
Ancaq Ankara hələlik İD yaraqlılarına qarşı ABŞ koalisiyasını necə dəstəkləyəcəyini bildirməyib. Prezident Recep Tayyip Erdoğan təhlükəsizliyin təminatı üçün Türkiyə ilə sərhəd hissədə Suriyanın içərisinə bufer zona yaradılmasına çağırıb.