Əsas Səhifə > Dünya > BMT Təhlükəsizlik Şurası Suriyada vəziyyəti müzakirə edəcək
BMT Təhlükəsizlik Şurası Suriyada vəziyyəti müzakirə edəcək13-04-2018, 08:50 |
BMT Təhlükəsizlik Şurası aprelin 13-də keçiriləcək açıq iclasında Suriyada vəziyyəti müzakirə edəcək. Trend-in verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb. Qeyd edək ki, daha öncə Rusiya bu cür iclasın keçirilməsi ilə bağlı sorğu ilə müraciət edib. Xatırladaq ki, aprelin 12-də Boliviyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası Suriya məsələsinə dair qapalı iclas keçirib. Geri qayıt |