BMT Təhlükəsizlik Şurası Suriyada vəziyyəti müzakirə edəcək
Tarix: 13-04-2018, 08:50 |
Çap et
BMT Təhlükəsizlik Şurası aprelin 13-də keçiriləcək açıq iclasında Suriyada vəziyyəti müzakirə edəcək.
Trend-in verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.
Qeyd edək ki, daha öncə Rusiya bu cür iclasın keçirilməsi ilə bağlı sorğu ilə müraciət edib.
Xatırladaq ki, aprelin 12-də Boliviyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası Suriya məsələsinə dair qapalı iclas keçirib.