Əsas Səhifə > Dünya > Rusiya 20 ildə ilk dəfə hərbi xərclərini azaltmaq məcburiyyətində qalıb
Rusiya 20 ildə ilk dəfə hərbi xərclərini azaltmaq məcburiyyətində qalıb2-05-2018, 10:38 |
Rusiyanın hərbi xərcləri 1998-2017-ci illər aralığında ilk dəfə olaraq azalıb. FaktXəbər bildirir ki, bu barədə Stokholm Beynəlxalq Sülh İnstitutu (SIPRI) hesabat dərc edib. Bildirilir ki, 2016-ci illə müqayisədə hərbi büdcə 20% azalaraq 66,3 mlrd. dollara çatdırılıb. "Hərbi modernləşmə Rusiyada prioritet olaraq qalır, lakin ölkənin 2014-cü ildən üzləşdiyi iqtisadi çətinliklər büdcəni məhdudlaşdırıb",-deyə hesabatda qeyd olunur. Dünyada silahlanmaya ən çox ABŞ pul (610 milyar dollar) xərcləyir. İlk üçlükdə isə Çin (228 milyard dollar) və Səudiyyə Ərəbistanı (69,4 milyard) qərarlaşıb. Rusiya hələlik dördüncüdür. Geri qayıt |