Rusiya 20 ildə ilk dəfə hərbi xərclərini azaltmaq məcburiyyətində qalıb
Tarix: 2-05-2018, 10:38 |
Çap et
Rusiyanın hərbi xərcləri 1998-2017-ci illər aralığında ilk dəfə olaraq azalıb. FaktXəbər bildirir ki, bu barədə Stokholm Beynəlxalq Sülh İnstitutu (SIPRI) hesabat dərc edib.
Bildirilir ki, 2016-ci illə müqayisədə hərbi büdcə 20% azalaraq 66,3 mlrd. dollara çatdırılıb.
"Hərbi modernləşmə Rusiyada prioritet olaraq qalır, lakin ölkənin 2014-cü ildən üzləşdiyi iqtisadi çətinliklər büdcəni məhdudlaşdırıb",-deyə hesabatda qeyd olunur.
Dünyada silahlanmaya ən çox ABŞ pul (610 milyar dollar) xərcləyir. İlk üçlükdə isə Çin (228 milyard dollar) və Səudiyyə Ərəbistanı (69,4 milyard) qərarlaşıb. Rusiya hələlik dördüncüdür.