Əsas Səhifə > Dünya > ABŞ KXDR-dən nüvə başlıqlarını ölkədən xaricə çıxartmağı tələb edir
ABŞ KXDR-dən nüvə başlıqlarını ölkədən xaricə çıxartmağı tələb edir17-05-2018, 08:22 |
ABŞ KXDR-lə danışıqlarda tələb edir ki, Pxenyan yarım il ərzində malik olduğu nüvə başlıqlarını, radioaktiv materialları və qitələrarası ballistik raketlərin ən azı bir hissəsini ölkə xaricinə çıxartsın. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı məlumatlı mənbəyə istinədən Yaponiyanın "Asahi" qəzeti yazıb. Vaşinqton nüvə silahı, material və raketlərin çıxarılması müqabilində KXDR-i terroru himayə edən ölkələr siyahısından xaric etməyə hazır olduğunu ifadə edib. Bu, bildirildiyinə görə, Pxenyana, xüsusilə də Cənubi Koreya və Çin tərəfindən humanitar yardımın göstərilməsinə yol açacaq. Geri qayıt |