ABŞ KXDR-dən nüvə başlıqlarını ölkədən xaricə çıxartmağı tələb edir
Tarix: 17-05-2018, 08:22 |
Çap et
ABŞ KXDR-lə danışıqlarda tələb edir ki, Pxenyan yarım il ərzində malik olduğu nüvə başlıqlarını, radioaktiv materialları və qitələrarası ballistik raketlərin ən azı bir hissəsini ölkə xaricinə çıxartsın.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı məlumatlı mənbəyə istinədən Yaponiyanın "Asahi" qəzeti yazıb.
Vaşinqton nüvə silahı, material və raketlərin çıxarılması müqabilində KXDR-i terroru himayə edən ölkələr siyahısından xaric etməyə hazır olduğunu ifadə edib. Bu, bildirildiyinə görə, Pxenyana, xüsusilə də Cənubi Koreya və Çin tərəfindən humanitar yardımın göstərilməsinə yol açacaq.